İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq.

 

İmam (ə) buyurur: “Ey Mufəzzəl! Günəşin batması və çıxması, gecə və gündüzün dövr etməsi barəsində düşün. Əgər günəş çıxmasaydı, Yer kürəsinin işi bir-birinə dəyərdi. İnsanlar yaşamağa və öz işlərini yerinə yetirməyə qadir olmazdılar. Dünya qaranlıq olsaydı, onların ziyanına olardı. Nur olmadan həyat şirin olmazdı və ondan ləzzət almazdılar. Günəşin çıxmasına ehtiyacın olması aydındır və bundan artıq şərhə ehtiyac yoxdur.

 

Ancaq günəşin batması sirri barəsində düşün. Əgər günəş batmasaydı, insanlar rahatlıq tapmazdılar. Halbuki, onların hər şeydən daha çox cisimlərinin, canlarının istirahətinə, yeməyin həzm olmasına və yeməyi bədənin bütün üzvlərinə çatdırmasına ehtiyacları vardır. Əgər insan hərisliyi bais olsaydı ki, o davamlı olaraq iş görsün – bədənləri gücdən düşərdi.

 

İnsanların bir çoxu əgər gecə düşməzsə və qaranlıq onlara hakim olmazsa – hərislik və mal cəm etmək tamahı ilə aramlıq tapmazdılar.

 

Həmçinin Yer üzü günəşin davamlı nur saçmasına görə yanmış olardı.

Bütün canlılar – bitkilərdən tutmuş heyvanlara qədər – hərarətin çoxluğundan məhv olardılar.

 

Ona görə də Müdrik Allah belə tədbir etmişdir ki, (günəş) bir zaman çıxsın və başqa bir zaman isə batsın. Çıraq kimi olsun ki, ev əhli onu iş görmək üçün yandırarlar və rahatlıq tapmaq üçün söndürərlər.

 

Nur və zülmət bir-birinin əksidir. O qədər itaət edirlər ki, dünyanın əmin-amanlığı bir yerdə təmin olunsun”. (Həvzəh)

 

/Deyerler.org/