.
Qurani-kərim Fəcr surəsinin 27 – 30-cu ayələrində buyurur:

يَأَيَّتهُا النَّفْسُ الْمُطْمَئنَّةُ
ارْجِعِى إِلىَ‏ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً
فَادْخُلىِ فىِ عِبَادِى
وَ ادْخُلىِ جَنَّتىِ

“Ey arxayın olmuş nəfs. Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq. Mənim bəndələrimin sırasına daxil ol! Və Mənim cənnətimə daxil ol!”
İnsanın dünya və axirət səadətini əldə etməsi üçün onun Qurani-kərimin yaşayış üslubuna malik olması lazımdır. Qurani-kərimin bizlərə təqdim etdiyi yaşayış üslubunun əsasını hər bir işi Allahın razılığına görə görmək, hər bir sözü Allahın razılığına görə demək, hər bir hadisəyə Allahın razılığına görə rəy bildirmək təşkil edir. Əgər biz həyat addımlarını Allahın razılığına xatir atarıqsa əməli şəkildə bütün dünyaya Qurani-kərimin yaşayış üslubunu göstərmiş olarıq.
Xanım Fatimə əleyhasalam həyatı büsbütün Allahın razılığına xatır olan kamil insandır. Həzrət Fatimənin (ə) həyat səhnələrinin Həzrət Fatimənin (ə) əxlaqıhamısında Allahın razılığının başqalarının razılığı fövqündə olduğu aşkar şəkildə görünür. O məsum xanım (ə) üçün Allahın razılığı yeganə hədəf olmuşdur. Vəhy mələyi Cəbrail həzrət Muhəmmədin –səllAllahu əleyhi və alih- yanına gələrək “ey Allahın Rəsulu! Allah mənə taşırdı, sənə deyim ki, qızın Fatimədən onun istəyini soruşasan. Allah vəd edir ki, həmin istəyi mütləq qəbul edəcəyəm” dedikdə həzrət Muhəmməd (s) qızı Fatimənin (ə) evinə gələrək buyurdu: “Qızım, Allahdan nə istəyirsən? Cəbrail mənə xəbər gətirib ki, sənin hacət və istəyini Allah qəbul edəcəkdir. Xanım Fatimə (ə) buyurdu: “Atacan! Mən Allahdan Onun özünü istəyirəm!”
Bəli, belə bir kamillik zirvəsində olan qadın təkcə qadınlar üçün yox, əksinə bütün bəşəriyyət üçün nümunə və örnək olmaq haqqına malikdir.
Həzrət Fatimə əleyhasalam üçün çoxlu elçilər gəlmişdi. Onların arasında var-dövlət sahibləri olanlar da vardı. Onların arasında Ədürrəhman ibn Ovf da vardı ki, o var-dövlətini Peyğəmbərin (s) üzünə çəkərək dedi: “Fatiməni (s) mənimlə evləndir, əvəzində sizə min qırmızı tüklü dəvə və on min dirhəmlik ev verəcəyəm.”
Mənaqibi ibn Şəhr Aşub 3-cü cild 245-ci səhifə
.
Belə bir varlı elçiləri olduğu halda həzrət Fatimənin (s) yalnız Allahın razılığını düşünürdü.
Əmirəlmöminin Əli əleyhissalam günlərin birində Allahın Rəsulunun (s) evinə gələrək Fatimə (ə) üçün elçilik etdikdə həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- qızına buyurdu: “Qızım! Əmin oğlu Əli sənin üçün elçiliyə gəlib, onun həyat yoldaşı olmağa razısanmı?!”
Həzrət Fatiməin (ə) atası Peyğəmbərə (s) ilk sualı bu oldu ki;
أرَضِیَ اللهُ
(Mənim Əlini seçməyimdən) Allah razıdırmı?!
“Onun pulu varmı ya yoxmu?” , “evi haradadır və necədir?!” , “miniyi varmı yoxmu?!” və sair bu kimi dəbdə olan sualların heç bir olmadı, o Xanımın (ə) seçimində. Onun üçün mühüm olan Allah Taalanın bu işdən razı olması idi. Allah razıdırsa, deməli Fatimə (ə) də razıdır.
Çünki həzrət Fatimə (ə) dünya və axirət xoşbətliyinin Alların razılığında olduğunu bilirdi. Elə buna görə də Əbdürrəhmanın on min dirhəmlik evini yox, Əli əleyhissalamın kiçik və sadə evini seçdi. Həmin evdə dünyaya “qiyamət gününə qədər bütün insanların ülgü və nümunəsi olan” Həsən, Hüseyn və Zeynəb (onların hamısına Allahın salamı olsun) göz açmış və tərbiyə almışlar. Həmin evə dəfələrlə vəhy mələyi Cəbrail enmişdir, mələklərin get-gəl yeri olmuşdur həmin ev.
Elə isə, bizim hamımızın məqsəd və məramımız Allahın razılığı olmalıdır.

 

RZA ƏZİZOĞLU İRƏVANİ