Peyğəmbərin (s) vəfatından üç ay keçər- keçməz onun cigərparası Həzrəti Zəhra (s.ə) da bu fani dünyadan gedəsi oldu. Həzrəti Əlinin (ə) güclə beyət etdirmək üçün evinə hücum çəkmiş dəstə qapının bağlı olduğunu görüb evə soxulmaq istədi. Qapının arxasında dayanıb gələnlərə nəsihət etmək istəyən xanım Zəhranın (s.ə) sanki heç Peyğəmbər qızı olmasına məhəl qoymayan bu inadkar dəstə qapını yandirmaq qərarına gəldi. Az sonra isə yarıyanmış qapını vurub sındıraraq içəri daxil olanlar qapı arxasında ölümcül vəziyyətdə yıxılıb qalmış, bətnindəki Möhsünü siqt olmuş Zəhranın (s.ə) ah- naləsinə də fikir vermıdilər. Beləliklə, xanım Zəhra (s.ə) dörd (beş) məsum körpənin anası yanıq qapı mismarının sinəsini dəlməsi qabırğasının sınması və aldığı digər ağır yaralar nəticəsində 18 yaşındaykən əziz atası Peyğəmbərə (s) qovuşdu
Sonda sözümüzü Peyğəmbərin (s) və imam Həsənin (ə) Fatimə (s.ə) barədə buyurduğu iki hədislə bitiririk:. Peyğəmbər (s) buyurmuşdur: “Məryəm öz əsrinin qadınlarının xanımı idisə, qızım Fatimə (s.ə) əvvəldən- axıra qədər bütün dünyanın qadınlarının xanımıdır”. İmam Həsən Hüctəba (ə) buyurmuşdur: “Biz Allahın yer üzərində insanlara olan höccətiyik, Fatimə(s.ə) Allahin bizə olan höccətidir”.
İstifadə olunmuş ədəbiyyat:
1)Fəzailul-xəmsə.
2) Üsuli- kafi.
3) Təzkirətul- xəbas.
4) Kənxul- həqayiq.
5)Zəxairul- uqba.
6)Rəyahinuş- şəriət.
7)Əmaliye şeyx Səduq.