İmam Məhdinin (ə.f) qiyamından əvvəl qiyam etmək və İslam dövləti qurmaq olarmı?

İmam Sadiqin (ə) əshabından biri belə bir rəvayət nəql edib ki,
«اَلْزِمْ بَيْتَكَ وَ كُنْ حَلَساً مِنْ اَحْلاسِهِ وَ اسْكُنْ ما سَكَنَ اللَّيْلُ وَ النَّهارُ فَاِذا بَلَغَكَ اَنَّ السُّفْيانى قَدْ خَرَجَ فَارْحَلْ اِلَيْنا وَ لَوْ عَلى رِجْلِكَ»
“Evinizdə olun və evin xalçalarından biri kimi olun! Gecə ilə gündüz sakin qaldığı kimi siz də sakin olun. Amma Süfyaninin xüruc xəbəri sizə çatdıqda, piyada da olsa bizə tərəf gəlin.”
Buna bənzər başqa rəvayətlərimiz də var ki, Həzrət Məhdinin(ə.f) zühur nişanələri aşkar olmayana qədər qiyam etməyin!
Bu rəvayətləri araşdırarkən diqqətinizi bir neçə mətləbə çəkmək istəyirəm.
Müqəddəs İslam şəriətində pozulmağa icazə verilməyən müəyyən prinsiplər silsiləsi var, o cümlədən “əmr bil məruf əmr və nəhy ənil munkər” hansı ki, şübhə doğurmayan məsələlərdəndir. (Bu badədə çoxlu ayə və hədislərimiz var)
İndi ilahi əmrlərin tapdalandığı, nəhylərin olunduğu və mərufların unudulduğu, zülm və fəsadın hər yerə yayıldığı bir mühitdəyiksə, təsirli bir qiyamla fəsad sistemini alt-üst edib, yerinə ilahi qanunlarla idarə ediləcək bir dövlət qururuqsa, belə bir fərziyyədə kimsə bunun haram olduğunu iddia edə bilərmi?
Qısacası, fərz etsək ki, yuxardakı rəvayət (və ona bənzər rəvayətlər) İmam Məhdinin (ə.f) qiyamından əvvəlki qiyamların hər birini zəlalət hesab edir, əvvəla biz “xəbəri vahid”-lə əqidəmizi qura bilmərik. İkincisi isə bu Quranın və Əimmənin (ə) sirəsinə zidd bir şeydir. (Həzrət Peyğəmbərin (s) və Əimmənin (ə) həyatı ilə tanış olan hər bir kəs bunu rahatlıqla başa düşər.)
Üçüncüsü bu rəvayətlərin müqabilində əlimizdə başqa rəvayətlər də var ki, hidayət çırağı olan İmamlarımız (ə) öz dövrlərində baş vermiş bəzi qiyamları tərifləmişlər, baxmayaraq ki, bu qiyamlar əsas hədəflərinə çatmamışdılar. Bu qiyamları necə haram etmək olar?
Məsələn:
“Zeyd ibn Əlinin (ə) qiyamı” müqəddəs qiyam kimi qeyd olunur; Mərhum Şəhid (r) öz “Qəvaidində” əmr be məruf və nəhy əz münkər bölməsində buyurur: “Zeydin xürucu İmamın (ə) icazəsi ilə olmuşdur” və Şeyx Müfid “İrşadda” buyurur: “ Zeyd İmam Baqirdən (ə) sonra İmam Səccadın (ə) ən üstün övladı idi. Təqvalı, alim, abid, səxavətli və cəsur biri idi. Qılıncla yaxşılıqları əmr edib, pislikdən çəkindirməyə və Kərbəla şəhidlərinin qanını almaqdan ötrü qiyam etdi”.
Mərhum Əllamə Maməqani Zeyd ibn Əlinin fəziləti və mədhinə dair çoxlu rəvayətlər gətirir və onun məzəmmətinə daxil edilmiş bəzi zəif rəvayətləri mədh rəvayətləri ilə müqayisədə əhəmiyyətsiz və əsassız hesab edir.
Mərhum Əllamə Məclisi Zeyd və onun qiyamı ilə bağlı xəbərlərdəki ixtilafları qeyd etdikdən sonra deyir: “Əksər əshab Zeydin məqamının böyüklüyünü və əzəmətini etiraf edirlər”.
Əgər Həzrət Məhdidən (ə.f) əvvəlki qiyamlar səhv və müşriklərin qiyamıdırsa; Zeyd ibn Əlinin qiyamını necə tərifləmək olar?!
Başqa bir misal olaraq, “Huseyn bin Əli”-nin (Fəx şəhidi) mədhinə olan rəvayətləri gətirmək olar. Hansı ki, İmam Həsən Müctəbanın (ə) nəvələrindən idi. Məkkə yaxınlığında Abbasilərlə olan döyüşdə özü və yaxın dostları şəhid olur. O həmin şəxsdir ki, Deybəl Xozai İmam Rzanın (ə) yanında “mədarise ayat” şeirində onu Əhli-Beytin (ə) böyük şəhidi kimi qələmə verir və İmam Rza (ə) etiraz etmir, əksinə əlavə edir:
قُبُور بِكرُ فان و اُخرى بِطَيْبة * و اُخرى بِفَخٍّ نالَها صَلَواتى
“Kufanda olan qəbirlər və digərləri Taybədə(Mədinədə) və digərləri isə Fəxxdə onlara salavatım yetişibdir”

İmam Cavaddan (ə) gələn bir hədisdə oxuyuruq: “Peyğəmbər (s) Fəx torpağından keçirdi, minikdən düşdü və namaz qıldı. Elə ki, ikinci rükətə çatdı, namazda ağlamağa başladı. Ela ağladı ki, camaat da Həzrətə (s) baxıb ağladılar. Namazın salamından sonra Həzrətdən (s) niyə ağladığını soruşdular. Buyurdu: Cəbrayıl yanıma endi və mənə xəbər verdi:
اِنَّ رَجُلا مِنْ وُلْدِكَ يُقْتَلُ فى هذا الْمَكانِ، اَجْرُ الشَّهيدِ مَعَهُ، اَجْرُ شَهيدَيْنِ
“Sizin övladlarınızdan bir kişi bu torpaqda öldürüləcək, onunla şəhid olanın savabı iki şəhidin savabı qədərdir”
Hətta İmam Cavad (ə) buyurub:
لمْ يَكُنْ لَنا بَعْدالطَّفِّ مَصْرَع اَعْظَمُ مِنْ فَخٍّ
“Kərbəla hadisəsindən sonra heç bir qətliam bizim üçün Fəx qırğını kimi olmadı”
Huseyn ibni Əlinin (Fəx şəhidi) özündən rəvayət olunub ki,
ما خَرَجْنا حَتى شاوَرْنا مُوسى بنِ جَعْفَر فَاَمَرْنا بِالْخُرُوجِ
“Biz Musa bin Cəfərlə (ə) məsləhətləşmədən və O (ə) da bizə qiyam əmri vermədən biz qiyam etmədik”
Bundan əlavə rəvayət varımızdır ki, Həzrət Məhdinin (ə.f) qiyamından əvvəl bir dəstə qiyam edəcək və Həzrətin (ə.f) qiyamı üçün zəminə yaradacaq. Tarixə nəzər saldıqda bu şəxslər haqqında ancaq xoş sözlər görürük. Baxmayaraq ki, bu cür hədislərimiz çoxdur, lakin biz yazının həcmini nəzərə alaraq bir rəvayət gətirməklə kifayətlənirik.
İmam Kazim (ə) buyurub:
رَجُلُّ مِنْ اَهْلِ قُمْ يَدْعُوا النّاسَ اِلَى الْحَقِّ يَجْتِمِعُ مَعَهُ قَوْم كَزُبُرِ الْحَديدِ لاتَزِلُّهُم الرِّياحُ الْعَواصِفُ وَ لايَمِلُّونَ مِنَ الْحَرْبِ وَ لايَجْبُنُونَ وَ عَلَى اللهِ يَتَوَكَّلُوْنَ وَ الْعاقِبَةُ لِلْمُتَّقينَ
“Qum əhlindən bir nəfər qiyam edər və insanları haqqa tərəf dəvət edər, ətrafına dəmir parçaları kimi möhkəm bir izdiham toplanar. Şiddətli tufanlar onları sarsıtmaz və döyüşdən yorulmaz və qorxuya yol verməz və Allaha təvəkkül edərlər və aqibət əməlisalehlərindir!”

Quranın zahirindən, Peyğəmbər (s) və Əimmənin (ə) sirəsindən və rəvayətlərdən bu qənaətə gəlirik ki, Həzrət Məhdinin (ə.f) qiyamından əvvəlki qiyamların bəziləri məşrudur (icazəlidir).

Həzrətin (ə.f) qiyamından əvvəlki qiyamları məzəmmət edən azsaylı rəvayətləri isə aşağıda qeyd etdiyimiz yollarla həll etmək olar.

1) O rəvayətlərdən məqsəd İmamların (ə) və ya naiblərinin, onlar olmadıqda dinin böyüyü sayılan məracenin izni olmadan edilən qiyamlar batildir.

2) Məzəmmət edilən qiyamlar ona görə məzəmmət edilib ki, qiyam edənlərin məqsədi camaati özlərinə tərəf çəkmək olub, nəinki Ali Muhəmmədin (s) hədəflərinə doğru. Bu səbəbdən də məzəmmət olunublar. ( çoxsaylı hədislərimizdə buna işarə olunub)

3) Müəyyən vaxtlarda baş verən və bu cür qiyamlara hazırlıq olmadığı qiyamlara aiddir və İmamlarımız (ə) bu vaxtından əvvəl və yetişməmiş qiyamların qarşısını almaq üçün bu sözləri söyləmiş və onları qadağan etmişlər.

Sonda İslam ümmətini zalımlara qarşı ayağa qalxmağa, məzlumları dəstəkləməyə və ədaləti bərqərar etməyə çağıran Quranın ümumi dəvətlərinə nəzər salırıq. Nisa surəsinin 75-ci ayəsində oxuyuruq:

وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ وَلِيًّا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ نَصِيرًا
“Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) – həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!”

Aydındır ki, ədalət və ədaləti bərqərar etməkdən və ya məzlumları müdafiə etməkdən və zalımlarla mübarizədən bəhs edən bu ayə və buna bənzər ayələr müəyyən bir zaman və məkanla məhdudlaşmır və İslamın əsas prinsiplərindən biridir və harada olursa olsun, bu müqəddəs hədəfin zəminələri hazır olsa, vaxt itirmədən onu icra etmək lazımdır.
İltimasi dua.