İmam Rza (ə) öz dövründə 3 islahat aparmışdır: etiqad, rəftarlar və rabitələr ilə bağlı.

İmamın (ə) zamanında elə etiqadlar mövcud idi ki, onların ən öndə gedənləri cəbriyyunlar idilər. Onların etiqadına görə, insan hər işində məcburidir. Onların əqidəsinə görə, insanlar bitki kimidirlər. Yəni, heç bir ixtiyarı yoxdur.

 

İmam (ə) onların bu yanlış əqidəsini aradan aparmaq üçün elmi məclislər təşkil edir və müzakirələr aparırdı. O, cəbriyyunları kafir adlandırırdı.

 

İmamın (ə) apardığı başqa bir islahat rəftarla bağlı idi. İmam (ə) buyururdu ki, yanlış rəftar görən zaman onları əmr-be-məruf və nəhy-əz-munkər etmək lazımdır. Qurani-Kərimdə bunun əhəmiyyəti haqqında buyurulmuşdur: “O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar.

(Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür.

Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun Kitabına) tabe olanlar – həmin nicat tapanlardır!”. (“Əraf” 157).

 

Ona görə də İmamın (ə) dövründə nəhy-əz-munkər mədəniyyəti inkişaf edir.

 

İmamın (ə) apardığı üçüncü islahat cəmiyyətdə olan rabitələr ilə bağlı idi. İmam (ə) buyurur: “7 şey, 7 şey olmadan məsxərə olunasıdır.

1. Hər kim dili ilə istiğfar edər, ancaq qəlbində peşman olmaz.

2. İnsan Allahdan tövfiq istəyər, ancaq səy göstərməz.

3. İnsan ehtiyat istəyində olar, ancaq günah etməkdən qorxmaz.

4. Hər kim Allahdan behişt istəyər, ancaq giriftarlıqlara səbir etməz.

5. O kəs ki, cəhənnəm atəşindən Allaha pənah aparar, ancaq dünya şəhvətini tərk etməz.

6. Hər kim Allahı yada salar, ancaq Allahla görüşmək üçün tələsməz.

7. O kəs ki, ölümü yada salar, ancaq özünü onun üçün hazırlamaz”. (Tebyan/Deyerler.org/)