Həzrət (ə) buyurdu: “Sənin üçün zərəri yoxdur, ayağa qalx və namaz qıl ki, mən də sənin necə namaz qıldığını görüm”. Mən üzü qibləyə dayanıb, namaz qılmağa başladım və namazın bütün rüku və səcdəsini yerinə yetirdim. Ancaq İmam (ə) bu namazı bəyənmədi və buyurdu: “Namazı yaxşı qılmadın. Necə də bir insan üçün çirkindir ki, ömründən 60-70 il keçər və bir kamil namaz qıla bilməz”.
Sonra əllərini üzünə qədər qaldırdı və dayandığı halda buyurdu: “Allahu Əkbər”. Ondan sonra rükuya getdi və əllərinin içini dizinə qoydu. Həzrətin (ə) barmaqları açılmış halda idi. Ondan sonra səcdəyə getdi və səcdə halında əllərini bədəninə yapışdırmamışdı və bədəninin yeddi üzvünü yerə qoymuşdu. Səcdə edən zaman alnı, əllərinin içi, iki diz qapağı, ayağının iki baş barmağı, burnunun ucu yerə dəyirdi. Birinci səcdədən qalxan zaman buyurdu: “Allahu Əkbər”. Sağ böyrü üstə əyləşdi və sağ ayağını sol ayağının altına qoydu. Buyurdu: “Əstəğfirullahi Rabbi və ətubu ileyh” və əyləşdiyi yerdə yenə buyurdu: “Allahu Əkbər” və ikinci səcdəyə getdi. Onu da birinci səcdə kimi yerinə yetirdi. Təşəhhüdü deyən zaman İmamın (ə) barmaqları bir-birindən açılmış vəziyyətdə idi. Namazı bitirəndən sonra buyurdu: “Səcdə zamanı bədənin yeddi üzvünün yerə qoyulması vacibdir. Burnunun ucunu yerə qoymaq sünnətdəndir (müstəhəbdir)”.
Sonra bu ayəni tilavət etdi: «Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın». (“Cinn” 18).
İmam (ə) buyurdu: “Ey Həmad, belə namaz qıl!”.