Sonuncu mənzildə ki, Qəsri Bəni-Məqatil adlanır, İmam Hüseyn (ə) Əmr ibn Qeys Məşriqi və onun əmisi oğlu ilə rastlaşır.
Əmr ibn Qeys deyir: İmam Hüseynin (ə) qafiləsini gördükdə onlara yaxınlaşdıq. Gedib İmam (ə) salam etdik. Əmioğlum imam (ə) dedi: “Saqqalınızda gördüyüm bu siyahlıq hənadır, yoxsa, sizin saqqalınız tükünün öz rəngidir?”.
İmam (ə) buyurdu: “Hənadır. Biz Bəni-Haşimin saçı-saqqalı tez ağarır”.
Sonra İmam (ə) soruşdu: Siz mənim köməyimə gəlirsiz?
Mən dedim:
انا رجل كبیر السن ! كثیر العیال ! وفی یدی بضایع للناس
Mən qoca kişiyəm, ailəm çoxdur, əlimdə insanların malları var və borcum da çoxdur. Bilmirəm sizin işinizin axırı necə olacaq. Xoşum gəlmir ki, camaatın mənim yanımdakı əmanəti zay olsun.
İbn Qeys deyir: Əmioğlum da mənim kimi cavab verdi.
İmam (ə) buyurdu:
انـطـلـقـا فـلا تـسمعا لی واعیه ولا تریا لی سوادا, فانه من سمع واعیتنا اورای سوادنا فلم یجبنا واعیتنا, كان حقا علی اللّه ان یكبه علی منخریه فی نار جهنم
“Belə isə buradan uzaqlaşın. Çünki hər kəs mənim kömək istəmək səsimi eşidə və ya məni meydanda tək görə və kömək etməyə, “ləbbeyk” deməyə, Allah-Taala onu üzü üstə cəhənnəmə atacaq”. (Həyatu İmamil-Hüseyn (ə), Qərşi, c.3, s.88).
P.S: Baxmayaraq ki, İbn Qeysin əmisi oğlu həssas bir məqamda çox axmaq sula verir, amma İmam (ə) onu bu yersiz suala görə məlamət etmir və təmkinlə cavabını verir. Daha sonra isə imam (ə) onları hidayət etməyə, cəhənnəm odundan xilas etməyə və əbədi səadətə qovuşmağa çalışır. Amma onlar nəfsi istək və dünya sevgisinə yenilir və bəhanə gətirərək azğınlıq yolunu tuturlar. Buna baxmayaraq imam (ə) yenə də onları təkfir etmir, yamanlamır və çalışır ki, dünya şəhvətinə bulaşmış bu insanların axirət əzabını yüngülləşdirsin: “buradan uzaqlaşın ki, səsimə səs verməsəniz üzü üstə cəhənnəmə atılacaqsınız”.
@mirmehemmed_beshir