NƏHCÜL- BƏLAĞƏ HAQQINDA ÜMUMİ MƏLUMAT

“Nəhcül-bəlağə” haqqında ümumi məlumatı müxtəsər şəkildə nəzərinizə çatdırırıq.

“Nəhcül-bəlağə”nin lüğət mənası bəlağət yolu, yaxud açıq və gözəl danışmaq yolu deməkdir. Bu kitabın məzmunu isə həzrət Əlinin (ə) söylədiyi xütbə, yazdığı məktub və hikmətli kəlamlarından ibarətdir.

Böyük alim Seyid Rəzi Məhəmməd ibn Əhməd (təvəllüdü h.q. ilə 359, vəfatı 405) hicri qəməri tarixi ilə 400-cü ildə (1000-ci il) həzrət Əlinin (ə) xütbə, kəlam və məktublarını toplayıb adını “Nəhcül-bəlağə” qoymuşdur.

O, bu kitabı Nəhcül-bəlağə adlandırmasının səbəbini belə açıqlayır;
“Yaxşı olar, ki, mən bu kitaba “Nəhcül-bəlağə” adını verim, çünki, bu qiymətli, gövhər kəlamlar, bəlağətin yolunu oxucuların üzünə açır və bu məharəti, hünəri axtaranları özünə yaxınlaşdırır, habelə müəllim, şagird və zahidlərin istək və arzularını yerinə yetirir”.

Seyid Rəzi, bu kəlamları toplayarkən həzrətin bəzi kəlamlarını və hətta gətirdiyi xütbə məktub və kəlamlarında sənəd və mənbələri qeyd etməmişdir. Amma digər alimlərin səyi nəticəsində bu çatışmazlıq aradan götürülmüşdür. O cümlədən Hadi Kaşiful-Ğita “Müstədrəkün-Nəhcül-bəlağə” və Rza Ustadi ”Mədarike-Nəhcül-bəlağə” əsərlərində bu kitabın sənədlərini yazmışlar. Buna misal olaraq, bir nümunəni nəzərinizə çatdırırıq. Nəhcül-bəlağənin 3-cü xütbəsi- “Şiqşiqiyyə” xütbəsini Seyid Rəzi öz kitabında gətirmiş, amma haradan nəql etdiyini qeyd etməmişdir. Necə ki, başqa mənbələrə əsasən, Seyid Rəzidən qabaq yaşayan, Şeyx Səduqun “İləlüş-şəraye” və “Əlcəməl” adlı əsərlərində bu xütbə vardır.

Bunu da qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) mübarək kəlamlarını hələ Seyid Rəzidən öncə həzrətin öz səhabə və silahdaşı olan Zeyn ibn Vəhab (37 h. q. t.-i ilə Süffeyn döyüşündə şəhid olmuşdur) cəmləmişdir. Habelə Əbu Süleyman Zeyd ibn Vəhab (vəfatı h. q. t. ilə 96-cı ildə), İsmayıl ibn Mehran Səkuni (h.q. t. ilə 3, miladi ilə 9-cu əsr), Əbül Qasim Əbdul Əzim Həsəni (təvəllüdü h. q. t.-i ilə 173-cü il, vəfatı 252-ci il,) Həzrət Əlinin (ə) bir çox xütbələrini toplayaraq, hər üçü “Xütəbu-Əmiril-Möminin” adlı kitab yazmışlar.

Nəhcül-bəlağənin məzmun və mətni üç hissədən ibarətdir:

1-ci hissə 241-242 xütbədən ibarətdir. Xütbələr, həzrət Əlinin (ə) müxtəlif hadisə və şəraitilə bağlı etdiyi söhbətlərdən ibarətdir. O cümlədən, birinci xütbə yer, göy, mələklər və Adəmin (ə) xilqəti, 184-cü xütbə “Müttə-qin” yaxud “Həmmam” xütbəsi ilə məşhur olub, mö-minlərin xüsusiyyətlərindən bəhs edir.

2-ci hissə 78-79 Məktubdan ibarətdir. Həzrət Əli (ə) bu məktubları, müxtəlif şəxslərə yazmış və onlara düzgün yolu, əmanətə xəyanət etməməyi və gözəl işləri tövsiyə etmişdir. O cümlədən, Azərbaycanın hakimi Əşəs ibn Qeysə (5-ci mək.), Bəsrənin Hakimi Osman ibn Hüneyfə (4-45-ci mək.), Bəhreyn hakimi Ömər ibn Əbu Sənəməyə (42-ci mək.) və Şamın qanunsuz hakimi Müaviyəyə (6-cı mək.) də məktub yazmışdır.

3-cü hissə 480-489 hikmətamiz sözdən ibarətdir. Burada həzrətin (ə) müxtəlif yerlərdə söylədiyi əxlaqi, elmi, siyasi-ictimai, tarixi, psixoloji və digər hədislər yığılmışdır.

Nəhcül-bəlağə həzrət Əmirəl-möminin Əlinin (ə) qiymətli bir kitabı olaraq, bizi müxtəlif elmlərdən agah edir. Bu kitabda üsulid-din, firuid-din, Quran, sünnə, şəri hökmlər, kainat və məxluqatın sirləri, fəlsəfə, astronomiya, coğrafiya, siyasət, peyğəmbərlər, İslam tarixi, əxlaq, adət və ənənələr və başqa mövzular haqqında danışılır.

Nümunə olaraq bu kitabdan bir neçə cümləni nəzərinizə çatdırırıq:
Həzrət Əli (ə) tarix fəlsəfəsini belə açıqlayır:

Xütbə 182: “Həqiqətən keçmiş tarixlərdə və ötən əsrlərdə yaşayan insanların həyatında böyük bir ibrət vardır. Haradadır Əmaliqə və onların övladları? Hardadır Fironlar və onların sülaləsi?”
Xütbə 192: “İbrət götürün keçmiş zaman-larda yaşayan zülmkar və təkəbbürlü ümmət-lərdən ki, necə Allahın əzabına düçar oldular!”

Məktub 31: Həzrət Əli oğlu İmam Həsənə (ə) belə buyurur: “Oğlum! Doğrudur ki, mən keçmişdəkilər kimi uzun ömür sürməmişəm, amma onların etdiyi əməlləri nəzərdən keçirib, baş verən hadisələr haqqında fikirləşib, onların qoyduğu izləri seyr edib, sanki onlardan biri olmuşam”.

Nəhcül-bəlağə öz gözəllik və ecazkarlığı ilə bütün böyük dahiləri heyran qoymuşdur. Belə ki, bir çox şəxsiyyətlər bu qiymətli əsərə çoxlu şərh və tərcümələr yazmış, müxtəlif dillərə tərcümə etmişlər.

O cümlədən, ilk dəfə Nəhcül-bəlağəyə şərh yazan Seyyid Fəzlullah Ravəndi və onu birinci dəfə fars dilinə tərcümə edən Hüseyn Ərdəbili (h.q. t. ilə 10-cu əsrdə ) olmuşdur.

Nəhcül-bəlağəyə ən böyük şərhi 27 cilddə fars dilində Məhəmmədtəqi Cəfəri (o, yalnız 185 xütbəyə şərh yazmışdır), ərəb dilində isə sünni alimi olan İbn Əbil-Hədid Mötəzili (20 cilddə) yazmışdır. Habelə məsihi alim Corc Cordaq “Rəvayiu Nəhcül-bəlağə” adlı kitabında həzrətin heyrətamiz və qəribə kəlamlarını toplamışdır.
Nəhcül-bəlağənin ən qədim nüsxəsi h. q. t. ilə 421-ci ilə (10 əsr əvvələ) aid olaraq, Qum şəhərində Ayətullah Həsənzadə Amulinin şəxsi kitabxanasında saxlanılır.

Allah bizə öz milli-dini irsimizə sahib çıxmaqda, onu dəqiq öyrənib, düzgün şəkildə yaşatmaqda yardım etsin!


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (“əl-Ənam”, 162)

 

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ

Fəsahət və bəlağətdə həqiqətən də bərabəri olmayan, mövzu baxımından İslam dininin əsaslarına, o əsasların vacib saydığı hökmlərə, hökmlərin təşrihi səbəblərinə toxunan, bunları islam Peyğəmbərindən (s.ə.v.v.) əxz etdiyi hududsuz elm qudrətilə açıqlayan, içtimai və iqtisadi məsələlərə, İslam dininin insani göruşunə aydınlaşdırıçı işıqlar tutan «Nəhcul-bəlağə» Əmir-əl-möminin Əli ibni Əbu Talibin (ə) xütbələrinin, sözlərınin, öyudlərinin, vəsiyyətlərinin, məktublarının və hikmətli sözlərinin toplanmasından meydana gəlmişdir. Bunları Şərif Rəzi Məhəmməd ibni Hüseyn toplayıb kitab halına salmış və üç bölumə ayırmışdır. Birinci bölumə xütbələri, ikinci bölumə əsasən məktubları, üçüncu bölumə isə hikmətli sözləri daxil edilmişdir.

Şərif Rəzi adı ilə tanınan Əbulhəsən Məhəmməd ibni Əbu Əhmədil-Hüseyn Əli ibni Əbu Talibin (ə) nəslindən olub, imam Museyi-Kazimin oğlu İbrahimin nəticəsi Əhməd Hüseynin oğludur. Ana tərəfdən də Fatimə vasitəsilə imam Hüseynə (ə) qohumluğu çatır və ata tərəfdən siyadət şərəfinə sahibdir («Ümdətüt-talib fi ənsabi Əli ibn Əbu Talib», Nəcəful-əşrəf, h. 1337, M.1918, səh. 193-200; Məhəmməd Əbduh: «Şərhi-Nəhcül-bəlağə», Beyrut, Muəssisətul-aləmi nəşri, M.Əbduhun ön sözü, səh.6). Şərif Rəzi hicri 359-cu ildə (969-970) anadan olmuş, usul və ədəbiyyatda çox yuksək mövqe qazanmış, 383-cu ildə (993) Bağdadda seyyidlərin hakimiyyət xidmətini öz uzərinə göturmuşdur. «Kitabul-mutəşahib fil-Quran», «Məcazatul-asareyni-nəbəviyyə», «Təlxisul-bəyan ən məcazatil-Quran» «Kitabul-Həsaıs» «Əxbari-quzati-Bağdad» adlı əsərləri, atası haqqında bir kitabı, uç cild risaləsi, Əbu Əddullah Huseyn ibni Əhməd ibni Həccacın (h.391, m.1000-ci ildə vəfat etmişdir) şerlərindən seçmələri və divanı vardır.

Rəzinin ən məşhur əsəri Həzrət Əlinin (ə) xutbə, məktub və sözlərini topladığı «Nəhcul-bəlağə»dir. («Ümdatul-Talib», səh. 196-197). Hicrətin 406-cı ilinin məhərrəm ayının 6-da (aprel, 1015) Bağdadda vəfat etmiş, Kərhdəki evində dəfn edilmişdir (Hacı Şeyx Əbdullahil-Məmakani: «Tənqiyhul-məqal fi əhvalir-rical» Nəcəf, Murtəzaviyyə mətbəəsi, h.1352, III cild, səh.107). Seyyid Rəzi bu xutbə, məktub və hikmətli sözləri toplayarkən bir xeyli qaynağa sahib idi. Əbu Cəfər Məhəmməd ibni Həsən ibni Əli ət-Tusinin (h.460/1067) rəvayətindən aydınlaşır ki, Həzrət Əmirin (ə) oxuduğu xütbələri ilk dəfə kufəli Zeyd ibni Vəhəbul-Cuyheyni qələmə almışdır. O, Əmir-əl-möminin (ə)-ın əshablarından idi. Nəhrivana gedərkən Həzrət Əmir Zeydi də özu ilə göturmuşdu. (Yenə həmin mənbə, I cild, səh. 471-472). Tusi bu kitabı Əbu Mehnəf Lut ibni Yəhyadan, o, Əbu Mənsur Cuheynidən, o da Zeyd ibni Vəhəbdən rəvayət etmişdir. Zeyd isə rəvayət etdiyi xütbələri şəxsən Əmir-əl-möminin əleyhissəlamın özundən eşitmişdir. İbni Hacər Zeyd ibni Vəhəbin, cahiliyyə dövrunu və əsri-səadəti (peyğəmbər zamanı) görduyunu, lakin Həzrət Rəsuli-Əkrəmlə (s.ə.v.v.) göruşmədiyini, Kufədə yaşadığını, hicrətin 96-cı ilində (m.714) vəfat etdiyini göstərir. Zeydin Peyğəmbərin (s.ə.v.v.) besətindən əvvəli görməsi onun yüz ildən artıq yaşadığını göstərir.

Həzrət Əmirin (ə) xütbələrini yazanlardan biri də İbrahim ibni Həkəm ibni Zuheyril-Fəzaridir. Həkəm ibni Zuheyr hicrətin 127-ci ilində (m.741) vəfat edən İsmail ibni Əbdurrəhmanus-Suddəinin təfsirini rəvayət etmişdir. Elə bir təfsir yoxdur ki, onun təfsirindən rəvayət etməsin. Tirmızi də «Səhih» əsərində ondan faydalanmışdır. Həkəm ibni Zuheyr hicrətin 180-cı ilində (m.796) vəfat etmişdir. Oğlu İbrahimin isə Həzrət Əmirin (ə) xütbələrini əhatə edən bir kitabı vardır («Tənqiyh…», I cild, səh. 15).

Xütbələri toplayanlardan biri də İsmail ibni Mehranis-Səkunidir. O, imam Cəfər Sadiqin (H.148, m.765) imam Əliyyur-Rizanın (h.202, m.817) zamanlarında yaşamış, onlarla muşərrəf olmuş, bir sıra kitablar yazmış və Həzrət Əmirin (ə) xütbələrini toplamışdır.

Həzrət Əmirin (ə) əshabından nufuz sahibi kimi tanınan və imam Həsən (ə) zamanında da ömur surmuş Əsbəq ibni Nubatə Həzrətin Malik-ul-Əştəri Misirə vali təyin edərkən ona yazdığı «Əhdnamə»ni və Məhəmməd-ul-Hənəfiyyəyə vəsiyyətlərini rəvayət etmişdir. Malik-ul-Əştərlə göndərilən və misirlilərə xitabən yazılan məktublarını isə Cəməl cihadında Həzrət Əlinin (ə) yanında olan Səsəə ibni Suhan rəvayət etmişdir.

İmam Əlıyyən-Nəqinin (ə) zamanında yaşayan (h.254, m.868) Saleh ibni Əbu Həmmad Əbul-Xeyri Razi də xütbələri ehtiva edən bir kitab tərtib etmişdir.

Bunlardan başqa 238-ci ildə (m.896) vəfat edən və Muxtar ibni Əbu Übeydətus-Səqəfinin əmisı Sədin nəslindən olan İbrahim ibni Muhəmməd ibni Səidi Səqəfi, 330-cu ildən (m.844) sonra vəfat etmiş, iki yuzə qədər kıtabın muəllifi olan Əbduləziz ibni Yəhyail-Cəludiyyil-Bisri, 260-ci ildə (m.873) vəfat edən və atası imam Sadiqin (ə) dövrunu görmuş Hişam ibni Muhəmməd ibni Səid də xütbələri toplayanlardandır. Hişamın tarix və ənsaba dair bir sıra kitabları vardır. İmam Əliyyən-Nəqinin (ə) zamanında yaşayan və «Kitabi-Məhasin» sahibi Əhmədin babası olan Məhəmməd ibni İsa ibni Əbdullah ibni Səidul-Əşərinin, fıqhə dair bir sıra əsərlərın muəllifi Məhəmməd ibni Əhmədil-Cufinin də Həzrət Əmirin (ə) xütbələrindən ibarət kitabları vardır. Bunlardan əlavə şiəliklə əlaqəsi olmayan, məşhur muvərrix Əbulhəsən Əli ibn Muhəmmədi Mədaini də (h.225, m.839) Əmir-əl-möminin Əlinin (ə) xütbələrini və amillərinə yazdığı məktubları bir kitab halında toplamışdır (İbnun-Nədim, «Əl-fehrest», Misir, Rəhmaniyyə mətbəəsi, 1345, səh.149).

Görunduyu kimi, Seyyid Rəzi Həzrət Əlinin (ə) xütbələrini, məktublarını, hikmətli sözlərini toplayarkən dövrundən əvvəlki bir çox qaynaqlarla tanış idi. Şərif Rəzinin qardaşı Ələmul-huda Seyyid Murtəzanın (h.436, m.1044) kitabxanasında səgsən min cild kitab vardı. «Möçuzətul-Buldan» bu kitabxananın dunyada misilsiz olduğunu, kitabların hamısının elmi biliklərlə zənginliyini göstərməkdədir (Misir, 2. 1323, II cild, Bey-nəs-sureyn mətbəəsi, səh. 343). Doğrudan da, Seyyid Rəzinin bu sahədəki xidmətləri əvəzsizdir. Çunki o, «Nəhcul-bəlağə»ni tərtib etməsəydi, bəlkə də bu xütbələrin, məktubların və hikmətli sözlərin çoxu bizə gəlib çatmazdı. «Nəhcul-bəlağə»də rast gəlmədiyimiz bəzi xütbələr də Həzrət Əmirə (ə) aid edilir ki, «Əl-lölö», «Əl-iftixar», «Əl-vəsilə» bunlardandır. İbni Şəhraşub (h.588, m.1192) da öz «Mənaqib» əsərində adını çəkdiyimiz xütbələrdən bəhs açır.

Şubhə yox ki, Həzrət Əlinin (ə) «Nəhcul-bəlağə»yə duşməmiş xutbə və məktubları da vardır. Məlumdur ki, Amidinin «Qurərul-hikəm» indəki qısa və hikmətli sözlərin sayı 11.050-yə çatır. Ancaq «Xütbətül-bəyan» kimi bəzi xütbələrdə quluvvə qaçanların etiqadlarını əks etdirən sözlərin olması, bu xütbələrin Həzrət Əliyə (ə) aidliyinə haqlı şubhələr yaradır (Bax: Bozorgi Tehrani Məhəmməd Möhsin, «Əz-zəriə», VII cild, səh. 187-193).

«Nəhcul-bəlağə»yə çox ətraflı bir şərh yazan və bu baxımdan da dəyərli bir tarixi əsər meydana gətirən İbni Əbilhədid Əbdulhəmid (h.655, m.1275) «Nəhcul-bəlağə»dəki sözlərin Həzrət Əliyə (ə) aidlıyində şübhə olmadığını, çoxunun təvatürlə sabitliyini, uslub eyniliyni qeyd edir.

«Nəhcul-bəlağə»nin Seyyid Rəzi tərəfindən meydana gətirildiyini, yəni ki, bu kitabdakı xütbələrin, sözlərin Seyyid Rəziyə aid olduğu haqqındakı şubhə barəsində nəhv, luğət, şer, təfsir, hədis, fiqh, ənsab, qiraət, hətta hesab, həndəsə və hikmətdə zamanəsinin körkəmli elm sahibı olan İbni Həşşab Əbdullahdan (h. 567, m 1172) soruşularkən, o, demişdi: «Seyyid Rəzi, yaxud bir başqası bu xütbələrə necə sahıb ola bilər? Biz Seyyid Rəzinın risalələrini görmuşuk, mənsur sözlərindəki uslubunu da bilirik». İbni Həşşabın «Xütbeyi-Şikşikiyyə»ni Seyyid Rəzinin anadan olmasından hələ iki yüz ıl əvvəlki kitablarda gördüyünü İbnı Əbılhədid ustadı Müsəddiq ibni Şəbibdən rəvayət edir. («Reyhanətul-ədəb», V cild, səh. 216-218).

Bəziləri heç bir dəlilə əsaslanmadan bu sözlərın sonradan uydurulduğunu, hətta bu qədər xütbələrin əzbərlənib yazılmasına, dörd yuz ilə yaxın bir muddət sonra isə Seyyid Rəziyə çatmasına şübhə ılə yanaşsalar da, onların ərəblərin xususiyyətlərini bilməməsi göz qabağındadır. Ərəb müvərrixlərindən Həccac, Səhban, Vail və b. Cahiliyyə və islam dövrü xətiblərinin sözlərini, Xalid ibni Əbdullah, Mötəsim və Ziyad xəlifə və əmirlərin xütbələrini nəql etmişlər ki, bunlar tarix kitablarında mövcuddur.

Bundan əlavə ərəblər fəsahət və bəlağətə aşiqdir. Fəsahət və bəlağətdə örnək olan şerləri, sözləri əzbərləmək ərəblərdə bir ənənə idi. Hətta hicrətin 132-ci ilində (m.570) son Əməvi xəlifəsi Mərvan tərəfindən öldurulən məşhur Əbdulhəmidi Katibdən bu bəlağəti necə əldə etmisən, – deyə soruşulduqda o, cavab vermişdi ki, başının ön hissəsində saç olmayanın (Həzrət Əlınin) xütbələrindən yetmiş xutbə əzbərlədim və onların köməyi ilə bu bəlağəti əldə etdim. Əbdulhəmid haqqında: «Yazı onunla başlamış, İbnıl-Amidlə tamamlanmışdır», – sözlərı məşhurdur.

«Nəhcul-bəlağə»dəki xütbələrdə «əzəl, əzəliyyət, məlul» kimi dövrundə istifadə olunmayan, daha çox fəlsəfi duşuncədən doğmuş olan sözlərın mövcudluğuna əsaslanıb xütbələrin Həzrəti Əliyə (ə) aid olmadığını söyləyənlər də olmuşdur. Belə ki, «əzəl» sözu «Sihah», «Əsasul-luğa», «Lisanül-ərəb» müəlliflərinin və dıgərlərinin yazdıqları kimi, «ləmyəzəl»dən törəmiş, vaxtilə «ləm»siz, sadəcə olaraq, «əzəl» şəklində işlədilmişdir. Fəlsəfi termınlərə gəldikdə bilmək lazımdır ki, Həzrət Əlinin (ə) elmi xaceyi-kainatdandır (s); Əli onun elm qapısıdır. O isə «Şədidul-quva»dan təəllüm etmişdir (Qurani-Kərim, «Ən-nəcm» surəsi, 5-ci ayə).

Bu baxımdan o, həm tövhidin, həm xilqətin, həm də dunyəvi işlərin dərinliyinə varmış, səbəblərini, nəticələrini təhlil və izah etmiş bir murəbbiyi-aləm, bir xaceyi-külldür. Mövlananın:

Rahi-istidlaliyan çupin bovəd,

Rahi-çupin səxt bitəmkin bovəd.*

dediyi kimi, onun elmi dəlılə yox, yəqinə əsaslanır.

*Dəlillərlə hərəkət edənin yolu taxtadandır. Taxta yol isə çox etibarsızdır.

Onu, onun elmini bilmək uçun yenə Mövlanaya müraciət edək:

Əz Əli amuz ixlasi-əməl,

Şiri-həqra dan münəzzeh əz dəğəl.

Çon to babi an mədini-elmra,

Çon şoayi afitabi-helmra.

Baz baş, ey babi-rəhmət ta əbəd,

Barqahi-ma ləhu küfvən əhəd.

Dər şocaət şiri-Rəbbanisti,

Dər morovvət xod ki danəd kisti?*

*İxlası da, əməli də Əlidən öyrən; Haqqın şirini hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan: Sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan Allah barikahı, bağlanma, əbədi olaraq açıq qal. İgidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilər?

Bu daxımdan da o filosoflara deyil, filosoflar ona möhtacdır.

«Nəcul-bəlağə»nin bəzi nusxələrində ola bilsin ki, xütbələrdən ixtisar olunanı vardır. Tərtibçilər öz zövqlərinə, ehtiyac və luzuma görə bəzi cumlələri bəlkə də çıxarmışlar. Buna görə də bir kitabın bir neçə nusxəsində bu cur naqislik və artırmalara həmişə rast gəlmək olur. Bu, artıq cumlələrin sonradan əlavə edildiyinə deyil, bəzi sözlərin tərtibçi tərəfindən yazılmadığına dəlalət edir. Bir də əzbərlənən sözlərdə, əzbərləyənlərin mənanı deyil, lakin bəzi kəlmələri dəyişdirməsi, katiblərin bəzi sözləri zamana uyğunlaşdırması və eyni mənanı verən digər sözlərlə əvəz etmələri mümkündür… Hədısləri nəql edənlər belə, «Həzrət Peyğəmbər belə buyurdu, yaxud buna bənzər bir sözlə buyurdu ki,» – deyə rəvayət edirlər. Yalnız Qurani-Məciddə qiraət xüsusiyyətlərı istisna olmaqla belə fərqlər yoxdur və bütün musəlmanlar tam əmindirlər ki, bir sözu, ifadəsi belə dəyişdirilməyən yeganə kitab Qurandır, Allahın kitabıdır.

«Nəhcül-bəlağə»dəki bəzi xütbələrin, vəsiyyətlərin, qısa sözlərin bir qismi ayrıca şərh edilmişdir. Təkcə «Xütbətüş-şikşikiyyə»nin on altı tərcümə və şərhi vardır (Əz-zəriə ilə təsanifiş-şıə, IV cild, Tehran, 1320-1322, səh. 99-100…)

İmam Həsənə (ə) vəsiyyətləri orijinalı ilə və digər iki vəsiyyətlə 1329-cu ildə İstanbulda fars dilində nəşr olunmuşdur. Həmin nəşr «Hədiyyətül-üməm» adı ilə 1381-ci ildə Nəcəfül-əşrəfdə, 1961-ci ildə «Mənşurul-ədəbiye-ilahi və düstürül-əməliye və karqahi», «Kitabul-əxlaqeyn nəfisə fi şərhi xütbətül-vəsiyyə» və «Nazimül-vəsiyyə» adları ilə İranda təkrar nəşr edılmişdir. Bu vəsıyyətin turkcəsindən başqa altı şərhi vardır. Əbu Çəfər Mühəmməd ibini Yəqubi Küleyni də bu vəsiyyəti rəvayət etmişdir.

Həzrətin Malik Əştərə yazdığı Əhdnamə, «Adabul-müluk», «Töhfeyi-Süleymani», «Düsturi-hikmət», «Ünvanur-riyasə, ər-rayi vər-raiyyə», «Şərhül-əhd», «Nəsayihül-müluk», «Nəzmül-əhd», «Hidayətül-hüsam fi əcaibil hidayəti vəl hükkam», «Töhfətul-vəli», «Tərcümətül-əhd», «Şərhi-əhdnamə», «Əsasüs-siyasə fi təsisir-riyasə», «Dirasatün nəhc», «Rümuzül-imarə» kimi adlarla şərh edilmişdir. Onların sayı 20-dən artıqdır.

«Həmmam xutbəsi» kimi tanınan xütbələrin on beş şərhi vardır.

Bunlardan başqa Həzrət Əlinin (ə) hikmətli və qısa sözlərini məşhur Cahiz (h. 225, m. 869) «Miə kəlimə» (yüz söz) adı ilə toplamışdır ki, bu əsəri Səfəviyyə dövru şairlərindən Adil və həmin dövrün adamlarından Məhəmməd ibni Əbu Talibi Astrabadi farscaya çevirmişlər. Adilin əsəri Tehranda 1304-cu ildə nəşr olunmuşdur.

Əbu Əliyyi Təbərsi, yaxud Əliyyibni Seyyid Fəzlullahi Ravəndi (h.573, m.1178) «Yüz kəlmə»ni əlifba sırası ılə otuz fəslə ayırmış və adını da «Nəsrul-Ləali» qoymuşdur. Bu kitab h. 1312-ci ildə nəşr olunmuşdur. Rəşidəddin Məhəmməd ibini Məhəmmədil-Vətvat (h.552, m.1157) «Töhfətus-siddiq», «Fəslül-xitab», Ünsul-ləhfan» adları ilə ilk üc xəlifənin sözlərini topladığı kimi «Mətlubu külli talib» adı ilə Həzrət Əlinin (ə) də yüz sözunu toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir. Bunlardan və Seyyid Rəzinin «Nəhcül-bəlağə» kitabının sonuna daxil etdiyi qısa sözlərdən başqa Həzrətin daha on mənzum, mənsur, ərəbcə və farsca, hətta fransızca qısa və hikmətli sözlərinin şərh və tərcümələri vardır. Həzrət Əlinin (ə) qısa sözlərini, xususilə «Qurərül-hikəm və dürərül-kəlim» adıyla toplayan Nasihuddin Əbdülvahid ibni Məhəmmədi Təmimiyyi Amididir. Hicri 588-ci ildən on gün əvvəl vəfat edən (m.1192) İbni Şəhraşubun rəvayətinə görə, Amidi onun ustadı olmuşdur. Amidi «Qurərul-hikəm»də Əmir-əl-möminin əleyhissəlamın 11.050 sözünü toplamışdır.

Hicri 738-ci ildə (1337) vəfat edən Savcızadə «Nəsrül-ləsali»ni «Budrətül-məali fi tərcümətül-ləali» adı ilə və hər sözu «məfailun, məfailun, fəulun» vəznində farsca bir beytlə tərcumə etmişdir. Supahizadə Əli Qalib farsca beytləri bir-bir turkcəyə tərcumə etmişdir ki, bu kitab Naxçıvanizadə Məhəmmədin yazısı ilə daşbasması olaraq 1315-ci ildə Osmaniyyə mətbəəsində nəşr olunmuşdur. Naxçıvanizadənin Savcızadə olmasını ehtimal edə bilmədik. 953-cü ildə (1546) yazdığı «Təzkirə»sində Əbdullətif Lətifi də (h.990, m.1582) «Nəsrül-ləali»ni «Nəzmül-cəvahir» adı ilə nəzmlə turk dilinə cevirmişdir. 1940-ci ildə Həzrət Əlinin (ə) anadan olmasından şəhadətinə qədərki dövru əhatə edən tərcumeyi-halı ilə birgə 54 xutbə və xitabələrini, imam Həsənə (ə) vəsiyyətini, Malik Əştərə «Əhdnamə»sini, 17 məktubunu, əmr və vəsiyyətlərini, 44 hikmət və nəsihətini, «Divan»ından 48 şeri tərcümə edilmişdir. Ankarada Əmək Basım Yayınevi tərəfindən «İmam Əli buyruğu» adı ilə nəşr olunmuşdur.

İndi də oxuculara təqdim olunan bu əsər haqqında: Qeyd olunduğu kimi, Seyyid Rəzi «Nəhcül-bəlağə»ni iki qismə və üç bölümə ayırmış, ilk bölumə əsasən xütbələrini, ikinci qismin birinci bölumünə məktublarını, ikinci bölumunə ısə hikmətli sözlərini daxil etmişdir. Burada da buna eyni ilə riayət olunub. Ancaq bu bölümlər içində mümkün ola biləcəyi qədər mövzu xüsüsiyyətinə və xronoloji tərtibə riayət gözlənilib. Tərcümədə Şeyx Məhəmməd Əbduhun «Nəhcül-bəlağə» şərhinin son nəşri olan və Beyrutda yayınlanan nəşri əsas götürülüb. Bu nəşr dörd qismə ayrılmışdır. Birinci və ikinci qisimdə xütbələr, muxtəlif hadisələrlə bağlı söylənən sözlər, ücüncü qisimdə məktublar, dördüncü qisimdə isə hikmətli sözlər və nəsihətlər var.

Tərcümə uç qismə ayrılıb. Birinci qisimdə xütbə və xitabələri, ikinci qisimdə məktubları, ücünçü qisimdə isə hikmət və nəsihətləri verilib. Birinci qisim beş bölumə ayrılır: 1-ci bölumdə «Allah, Həzrət Mühəmməd (s.ə.v.v.), iman, İslam və Qurani-Məcid», 2-ci bölümdə «Özü və Əhli-beyt», 3-cü bölümdə «Dünya-axirət», 4-cü bölümdə «İctimai-iqtisadi xütbələri 5-ci bölümdə «İlk üç xəlifə və özünün zamanına aid xütbələr» və tarixlə baqlı olan xütbə və xitabələrini dərc etdik. Bu qisimdəki xütbə və xitabələrin sayı 192-dir.

II qismə məktublarını, əmrnamə və vəsiyyətlərini daxil etdik. Bu qisimdə də xronoloji ardıcıllığı gözlədik və onu dörd bölumə təqsim elədik: 1-ci bölumü Cəməl cihadından əvvəlki və sonrakı dövrlərə aid xütbələrinə, 2-ci bölumu Müaviyəyə göndərdiyi məktublara, 3-cü bölümü cihad zamanı söylədiyi xütbələrə və vəsiyyətlərə, 4-cu bölümü idari məktublarına, əmrnamə və əhdnamələrinə verdik. Buradakı xitabə, məktub, əmrnamə və vəsiyyətlərin ümumi sayı 63-dür.

Üçüncü qisimdə qısa sözləri, hikmət və nəsihətləri yerləşdirilib. Bu qisimdə də mövzuya dair bir təsnif aparmağa çalışdıq. 1-ci bölumə «Din, iman, mömin, müslim, Quran və ibadət», 2-ci bölümə «Həzrət Mühəmməd (s.ə.v.v.) özü və Əhli-beyt», 3-cü bölümə «Dünya-axirət», 4-cü bölümə «Ağıl-elm», 5-ci bölümə müxtəlif mövzulara aıd hikmətlər, 6-ci bölümə tarixlə bağlı sözlər, 7-ci bölumə isə «Həqiqət, ədalət, güzəran, insanlıq və cihad» haqqındakı sözlərini daxil etdik. Bu qismin hər bölümünün sonuna «Nəhcül-bəlağə»də olmayan, lakin «Qürərül-hikəm»də yer almış sözlərindən də qatdıq və 325 söz seçdik. Beləliklə, xütbələr 192, Məktub, əmrnamə və vəsiyyətlər 63, hikmətli sözlər 325 olmaqla, 580-ə çatdı.

Bunu da qeyd edək ki, bu bölgü sözlərdəki üstün xarakterə görədir. Yoxsa məsələn, iman və Qurandan bəhs edilən bir xütbədə dünyadan, axirətdən, dünya və axirətdən bəhs edilən digər bir xütbədə Həzrət Mühəmməddən (s.ə.v.v.), Əhli-beytdən, ictimai-iqtisadi bölumə aid bir xütbədə tarixi bir hadisədən, yaxud İslamdan bəhs edilmişdir. Yəni xütbələrdə, hətta məktublarda və hikmətli sözlərdə olan təsnif, üstün xarakterə görədir. Xütbələrdə, xitabələrdə, məktublarda, əmr və vəsiyyətlərdə, hətta hikmətli sözlərdə bir ayəyə, hədisə, hadisəyə işarə edilmişsə, yaxud birisinə xitabsa, birisindən bəhs varsa, o xütbə və xitabənin, o sözün axırına qoyulmuş nömrələrlə o ayə, o hədis, o hadisənin izahı yazılmış, qaynağı göstərilmişdir ki, bu da olduqca ətraflı bir şərh mahiyyəti daşıyır.

Seyyid Rəzinin topladığı xütbə və xitabələrin sayı 233-ə qədərdir. Bunların bir qismi müxtəlif rəvayətlərdən meydana gəlmişdir. Bir qismi isə Həzrətin dualarını, bir ayəni və ya surəni oxuduqdan sonrakı sözünü, yağmur dualarını, əshabını məkarimi-əxlaqa, ibadət və itaətə təşviqini əhatə edir və çoxu da bir-birini tamamlayır. Bir xütbədə zikr edilənlər başqa bir xutbədə, lakin digər bir tərzdə təkrarlanır. Həzrət Əlinin (ə) xütbələrinin özünü 192 xütbədə bulunduğu üçün onları tərcümə etmək məsləhət oldu.

S. Rəzinin 2-ci bölümündə 76 məktub, vəsiyyət və söz vardır. Bunların bir qismi ayrı rəvayətlərlə gəlmişdir. Bu tərcümədə ikinci qisimdəki son vəsiyyətləri birinci qismə daxil edilmişdir. Bu qisimdə 72 xitabə, məktub, əmrnamə və vəsiyyət var ki, demək olar hamısı yerindədir.

Üçüncü qisimdəki sözlər və vəcizələr isə «Qurərul-hikəm»dən seçilməklə, deyə bilərik ki, mənada təkrar olmamaq baxımından tamdır.


De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (“əl-Ənam”, 162)