
“Namazdan öncəki məhəbbət anı”
Kimsə mənəviyyatını artırmaq istəyirsə, əvvəlcə mehribanlıq üçün səy göstərməlidir. Evinizə namaz qılmaq üçün girirsiniz…
Qapıda qızınız, oğlunuz və həyat yoldaşınız sizi qarşılamağa gəlir. Bəli, namaz vacibdir.
Amma bu bir neçə dəqiqəlik mehribanlıq daha böyük bir mənəviyyat qapısı aça bilər.
Uşaqlarınızı qucaqlayın… öpün… sevindirin. O anda Allah sizin qəlbinizə bir rəhmət göndərər…
Namazda elə bir hal taparsınız ki, ruhunuz yumşalar, qəlbiniz titrəyər… Bəlkə də göz yaşlarınızla o namaz unudulmaz bir ibadətə çevrilər.
Amma əksinə…
Əgər əsəblə içəri girsəniz, kiminsə qəlbini qırsanız… O namazda ruhani bir hal gözləsəniz belə… Qəlbiniz sanki kilidli bir qapı kimi qapalı qalar.
Mənəviyyatın açarı bəzən məhz bu sadə anlardadır:
Bir neçə dəqiqəlik məhəbbət… qəlbdəki ağırlığı aparar, və səni Allahla daha yaxın bir hala gətirər.
Qur’an (Ali-İmran, 159):
“(Ya Peyğəmbər!) Allahın mərhəməti sayəsində sən onlara qarşı yumşaq davrandın. Əgər kobud və qəlbi sərt olsaydın, onlar sənin ətrafından dağılıb gedərdilər…”
Unutma… Qəlbləri Allah birləşdirər. Amma o qapının açarı — sənin mehriban davranışındır.