Mübarək Şəban ayının 15-ci gününün (Nimeyi-Şəban) gecəsi (Martın 7-dən 8-nə keçən gecə) çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası İmam Baqirdən (ə) nəql edir ki, o həzrətdən Şəban ayının 15-ci gününün gecəsinin fəziləti barədə soruşulduqda, Həzrət buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həmin gecə Allah-Taala bəxşiş qapısını Öz bəndələrinin üzünə açar, onları Öz kərəm və lütfü ilə bağışlayar. Bu gecə Allaha daha da yaxın olmağınız üçün çalışın. Bu elə bir gecədir ki, Allah-Taala Öz müqəddəs zatına and içmidir ki, günahdan başqa, hər bir şeyi Ondan diləyənin əlini boş qaytarmasın. Bu, elə bir gecədir ki, Allah-Taala “Qədr gecəsi”ni Peyğəmbər (s) üçün qərar verdiyi kimi, bu gecəni də bizim üçün qərar vermişdir. Elə isə həmin gecəni Allaha çoxlu həmd-səna və dua edin!”
Həmçinin Peyğəmbər (s) zövcəsi Ayişəyə buyurmuşdur: “Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şəban ayının 15-ci gecəsidir. Bu gecə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur…”
Mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəzilətlərindən biri də İmam Zamanın (ə.c.) həmin gecənin səhəri, hicri-qəməri tarixi ilə 255-ci ildə (miladi-878) Samirra şəhərində dünyaya göz açmasıdır. Bu gecənin bir neçə əməli vardır:
1. Qüsl etmək;
2. “Ehya saxlamaq” (gecəni səhərə qədər oyaq qalıb ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, hər kəs bu gecəni ehya saxlasa, bütün qəlblərin öləcəyi gün – qiyamət günü onun qəlbi ölməz.
3. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biri də imam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etməkdir.
4. Bu duanı oxumaq:
اَللّهُمَّ بِحَقِّ لَيْلَتِنا [هذِهِ] وَمَوْلُودِها، وَحُجَّتِكَ وَمَوْعُودِهَا الَّتى قَرَنْتَ اِلى فَضْلِها فَضْلاً، فَتَمَّتْ كَلِمَتُكَصِدْقاً وَعَدْلاً، لا مُبَدِّلَ لِكَلِماتِكَ وَلا مُعَقِّبَ لِأياتِكَ، نُورُكَ الْمُتَاَ لِّقُ،وَضِيآؤُكَ الْمُشْرِقُ، وَالْعَلَمُ النُّورُ، فى طَخْيآءِ الدَّيْجُورِ، الْغائِبُالْمَسْتُورُ، جَلَّ مَوْلِدُهُ، وَكَرُمَ مَحْتِدُهُ، وَالْمَلائِكَةُ شُهَّدُهُ، وَاللَّهُ ناصِرُهُ وَمُؤَيِّدُهُ، اِذا آنَ ميعادُهُ، وَالْمَلائِكَةُ اَمْدادُهُ، سَيْفُ اللَّهِ الَّذى لا يَنْبوُ، وَنُورُهُ الَّذى لا يَخْبوُ، وَ ذوُالْحِلْمِ الَّذى لا يَصْبوُا، مَدارُ الَّدهْرِ، وَنَواميسُ الْعَصْرِ، وَوُلاةُ الْأَمْرِ، وَالْمُنَزَّلُ عَلَيْهِمْ ما يَتَنَزَّلُ فى لَيْلَةِ الْقَدْرِ، وَاَصْحابُ الْحَشْرِ وَالنَّشْرِ، تَراجِمَةُ وَحْيِهِ، وَوُلاةُ اَمْرِهِ وَنَهْيِهِ، اَللّهُمَّ فَصَلِّ عَلى خاتِمِهْم وَقآئِمِهِمُ الْمَسْتُورِ عَنْ عَوالِمِهِمْ اَللّهُمَ وَاَدْرِكَ بِنا أَيَّامَهُ، وَظُهُورَهُ وَقِيامَهُ، وَاجْعَلْنا مِنْ اَنْصارِهِ، وَاقْرِنْ ثارَنا بِثارِهِ، وَاكْتُبْنا فى اَعْوانِهِ وَخُلَصآئِهِ، وَاَحْيِنا فى دَوْلَتِهِ ناعِمينَ، وَبِصُحْبَتِهِ غانِمينَ، وَبِحَقِّهِ قآئِمينَ، وَمِنَ السُّوءِ سالِمينَ يا اَرْحَمَ الرَّاحِمينَ، وَالْحَمْدُللَّهِِ رَبِّ الْعالَمينَ، وَصَلَواتُهُ عَلى سَيِّدِنا مُحَمَّدٍ خاتَمِ النَّبِيّينَ وَالْمُرْسَلينَ، وَعَلى اَهْلِ بَيْتِهِ الصَّادِقينَ وَعِتْرَتِهَ النَّاطِقينَ، وَالْعَنْ جَميعَ الظَّالِمينَ، واحْكُمْ بَيْنَنا وَبَيْنَهُمْ يا اَحْكَمَ الْحاكِمينَ
Duanın oxunuşu: Əllahummə bihəqqi ləylətina (hazihi) və məvludiha, və huccətikə və məv`udihəlləti qərəntə ila fəzliha fəzla, fətəmmət kəlimətukə sidqən və ədlən la mubəddilə likəlimatik, və la muəqqibə liayatikə nurukəl mutəəlliq, və ziyaukəl muşriq, vəl ələmun-nuru fi təxyaid-dəycuril ğaibul məstur, cəllə məvliduhu və kərumə məhtiduh, vəl məlaikətu şuhhəduh, vəllahu nasiruhu və muəyyiduhu iza anə miaduh, vəl məlaikətu əmdaduhu səyfullahilləzi la yənbu, və nuruhulləzi la yəxbu, və zul hilmilləzi la yəsbu mədarud-dəhr, və nəvamisul əsri və vulatul əmr, vəl munəzzəlu ələyhim-ma yətənəzzəlu fi ləylətil qədr, və əshabul həşri vən-nəşri təracimətu vəhyih, və vulatu əmrihi və nəhyih. Əllahummə fəsəlli əla xatimihim və qaimihimul məsturi ən əvalihim. Əllahummə və ədrik bina əyyaməhu və zuhurəhu və qiyaməh, vəc`əlna min ənsarihi vəqrin sarəna bisarih, vəktubna fi ə`vanihi və xuləsaih, və əhyina fi dəvlətihi naiminə və bisuhbətihi ğanimin, və bihəqqihi qaimin, və minəs-sui saliminə ya ərhəmər-rahimin, vəl həmdu lilahi rəbbil aləmin, və sələvatuhu əla səyyidina Muhəmmədin xatəmin-nəbiyyin, vəl mursəlinə və əla əhli-bəytihis-sadiqin, və itrətihin-natiqin, vəl`ən cəmiəz-zalimin, vəhkum bəynəna və bəynəhum ya əhkəməl hakimin.
5. Peyğəmbərin (s) həmin gecə oxuduğu bu duanı oxumaq:
اَللَّهُمَّ اقْسِمْ لَنا مِنْ خَشْيَتِكَ ما يَحُولُ بَيْنَنا وَبَيْنَ مَعْصِيَتِكَ، وَمِنْ طاعَتِكَ ما تُبَلِّغُنا بِهِ رِضْوانَكَ وَمِنَ الْيَقينِ ما يَهُونُ عَلَيْنا بِهِ مُصيباتُ الدُّنْيا، اَللّهُمَّ اَمْتِعْنا بِاَسْماعِنا وَاَبْصارِنا وَقُوَّتِنا ما اَحْيَيْتَنا، وَاجْعَلْهُ الْوارِثَ مِنَّا، وَاجْعَلْ ثارَنا عَلى مَنْظَلَمَنا، وَانْصُرنا عَلى مَنْ عادانا، وَلا تَجْعَلْ مُصيبَتَنا فى دينِنا وَلا تَجْعَلِ الدُّنْيا اَكْبَرَ هَمِّنا، وَلا مَبْلَغَ عِلْمِنا، وَلا تُسَلِّطْ عَلَيْنا مَنْ لا يَرْحَمُنا، بِرَحْمَتِكَ يا اَرْحَمَ الرَّاحِمينَ
Duanın oxunuşu: Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətik, və min taətikə ma tubəlliğuna bihi rizvanək, və minəl yəqini ma yəhunu ələyna bihi musibətud-dunya. Əllahummə əmti`na biəsmaina və əbsarina və quvvətina ma əhyəytəna, vəc`əlhul varisə minna, vəc`əl sarəna əla mən zələməna, vənsurna əla mən adana, və la təc`əl musibətəna fi dinina, və la təc`əlid-dunya əkbərə həmmina, və la məbləğə ilmina, və la tusəllit ələyna mən la yərhəmna, birəhmətikə ya ərhəmər-rahimin.
Bu duanın digər günlərdə də oxunması tövsiyə olunur. “Əvaliul-ləali” kitabında nəql olunur ki, Peyğəmbər (s) bu duanı daim oxuyarmış.
6. Çoxlu salavat demək;
7. “Kumeyl” duasını oxumaq; “Kumeyl” duasını hər cümə axşamı, həm də mübarək Şəban ayının 15-ci gününün gecəsi oxumaq tövsiyə olunur.
8. “Subhanəllah”, “Əlhəmdu lillah”, “Əllahu-əkbər”, “La ilahə illəllah” zikrlərinin hər birini yüz dəfə demək;
9. “Misbah” kitabında Əbu Yəhyadan nəql olunan bir hədisdə mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəziləti barədə belə deyilir: “İmam Sadiqdən (ə): “Bu gecə hansı duanı oxusam, savabı daha çox olar?” – deyə soruşdum. Həzrət belə buyurdu: “İşa namazını qıldıqdan sonra, iki rükət bu qayda ilə namaz qıl; bininci rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsini oxu. Salamları verdikdən sonra 34 dəfə “Əllahu-əkbər”, 33 dəfə “Əlhəmdu lillah” və 33 dəfə “Subhanəllah” de və sonra bu duanı oxu:
يا مَنْ اِلَيْهِ مَلْجَأُ الْعِبادِ فِى الْمُهِمَّاتِ، وَاِلَيْهِ يَفْزَعُ الْخَلْقُ فىِ الْمُلِمَّاتِ، يا عالِمَ الْجَهْرِ وَالْخَفِيَّاتِ، وَ يا مَنْ لا تَخْفى عَلَيْهِ خَواطِرُ الْأَوْهامِ، وَتَصَرُّفُ الْخَطَراتِ، يا رَبَّ الْخَلايِقِ وَالْبَرِيَّاتِ، يا مَنْ بِيَدِهِ مَلَكُوتُ الْأَرَضينَ وَالسَّمواتِ، اَنْتَ اللَّهُ لا اِلهَ اِلاَّ اَنْتَ، اَمُتُّ اِلَيْكَ بِلا اِلهَ اِلاَّ اَنْتَ، فَيا لا اِلهَ اِلاَّ اَنْتَ، اجْعَلْنى فى هِذِهِ اللَّيْلَةِ مِمَّنْ نَظَرْتَ اِلَيْهِفَرَحِمْتَهُ، وَسَمِعْتَ دُعآئَهُ فَاَجَبْتَهُ، وَعَلِمْتَ اسْتِقالَتَهُ فَاَقَلْتَهُ، وَتَجاوَزْتَ عَنْ سالِفِ خَطيئَتِهِ وَعَظيمِ جَريرَتِهِ فَقَدِ اسْتَجَرْتُ بِكَ مِنْ ذُنُوبى، وَلَجَاْتُ اِلَيْكَ فى سَتْرِ عُيُوبى، اَللّهُمَّ فَجُدْ عَلَىَّ بِكَرَمِكَ وَفَضْلِكَ، وَاحْطُطْ خَطاياىَ بِحِلْمِكَ وَعَفْوِكَ، وَتَغَمَّدْنى فى هذِهِ اللَّيْلَةِ بِسابِغِ كَرامَتِكَ، وَاجْعَلْنى فيها مِنْ اَوْلِيآئِكَ، الَّذينَ اجْتَبَيْتَهُمْ لِطاعَتِكَ، وَاخْتَرْتَهُمْ لِعِبادَتِكَ، وَجَعَلْتَهُمْ خالِصَتَكَ وَصِفْوَتَكَ، اَللّهُمَ اجْعَلْنى مِمَّنْ سَعَدَ جَدُّهُ، وَتَوَفَّرَ مِنَ الْخَيْراتِ حَظُّهُ، وَاجْعَلْنى مِمَّنْ سَلِمَ فَنَعِمَ، وَفازَ فَغَنِمَ، وَاكْفِنى شَرَّ ما اَسْلَفْتُ، وَاعْصِمْنى مِنَ الْإِزدِيادِ فى مَعْصِيَتكَ، وَحَبِّبْ اِلَىَّ طاعَتَكَ، وَما يُقَرِّبُنى مِنْكَ، وَيُزْلِفُنى عِنْدَكَ، سَيِّدى اِلَيْكَ يَلْجَأُ الْهارِبُ، وَمِنْكَ يَلْتَمِسُ الطَّالِبُ، وَعَلى كَرَمِكَ يُعَوِّلُ الْمُسْتَقيلُ التَّائِبُ اَدَّبْتَ عِبادَكَ بالتَّكَرُّمِ، وَاَنْتَ اَكْرَمُ الْأَكْرَمينَ، وَاَمَرْتَ بِالْعَفْوِ عِبادَكَ وَاَنْتَ الْغَفُورُ الرَّحيمُ، اَللّهُمَّ فَلا تَحْرِمْنى ما رَجَوْتُ مِنْ كَرَمِكَ، وَلا تُؤْيِسْنى مِنْ سابِغِ نِعَمِكَ، وَلا تُخَيِّبْنى مِنْ جَزيلِ قِسَمِكَ فى هذِهِ اللَّيْلَةِ لِأَهْلِ طاعَتِكَ، وَاجْعَلْنى فى جُنَّةٍ مِنْ شِرارِ بَرِيَّتِكَ، رَبِّ اِنْ لَمْ اَكُنْ مِنْ اَهْلِ ذلِكَ، فَاَنْتَ اَهْلُ الْكَرَمِ وَالْعَفْوِ وَالْمَغْفِرَةِ، وَجُدْ عَلَىَّ بِما اَنْتَ اَهْلُهُ، لا بِما اَسْتَحِقُّهُ، فَقَدْ حَسُنَ ظَنّى بِكَ، وَتَحَقَّقَ رَجآئى لَكَ، وَعَلِقَتْ نَفْسى بِكَرَمِكَ، فَاَنْتَ اَرْحَمُ الرَّاحِمينَ، وَاَكْرَمُ الْأَكْرَمينَ، اَللّهُمَّ وَاخْصُصْنى مِنْ كَرَمِكَ بِجَزيلِ قِسَمِكَ، وَاَعُوذُ بِعَفْوِكَ. مِنْ عُقُوبَتِكَ، وَاغْفِر لِىَ الَّذنْبَ الَّذى يَحْبِسُ عَلَىَّ الْخُلُقَ، وَيُضَيِّقُ عَلىَّ الرِّزْقَ، حَتّى اَقُومَ بِصالِحِ رِضاكَ، وَاَنْعَمَ بِجَزيلِ عَطآئِكَ، وَاَسْعَدَ بِسابِغِ نَعْمآئِكَ، فَقَدْ لُذْتُ بِحَرَمِكَ وَتَعَرَّضْتُ لِكَرَمِكَ، وَاسْتَعَذْتُ بِعَفْوِكَ مِنْ عُقُوبَتِكَ، وَبِحِلْمِكَ مِنْ غَضَبِكَ فَجُدْ بِما سَئَلْتُكَ، وَاَنِلْ مَا الْتَمَسْتُ مِنْكَ، اَسْئَلُكَ بِكَ لا بِشَىءٍ هُوَ اَعْظَمُ مِنْكَ
Duanın oxunuşu: Ya mən iləyhi məlcəul ibadi fil muhimmat, və iləyhi yəfzəul xəlqu fil mulimmat, ya aliməl cəhri vəl xəfiyyat, (və) ya mən la təxfa ələyhi xəvatirul əvham, və təsərruful xətərat, ya rəbbəl xəlaiqi vəl bəriyyat, ya mən biyədihi mələkutul ərəzinə vəs-səmavat, əntəllahu la ilahə illa ənt, əmuttu iləykə bila ilahi illa ənt, fəya la ilahə illa ənt, ic`əlni fi hazihil-ləyləti mimmən nəzərtə iləyhi fərəhimtəh, və səmi`tə duaəhu fəəcəbtəh, və əlimtəstiqalətəhu fəəqəltəhu və təcavəztə ən salifi xətiətih, və əzimi cərirətih, fəqədistəcərtu bikə min zunubi, və ləcə`tu iləykə fi sətri uyubi. Əllahummə fəcud ələyyə bikərəmik, vəhtut xətayaə bihilmikəlləzinəctəbəytəhum litaətik, vəxtərtəhum liibadətik, və cəəltəhum xalisətəkə və sifvətək. Əllahumməc`əlni mimmən səədə cədduh, və təvəfərə minəl xəyrati həzzuh, vəc`əlni mimmən səlimə fənəimə və farə fəğənim, vəkfini ərrə ma əsləftu və`simni minəl izdiyadi fi mə`siyətik, və həbbib iləyyə taətək, və ma yuqərribuni minkə və yuzlifuni indək, səyyidi iləykə yəlcəul harib, və minkə yəltəmisut-talib, və əla kərəmikə yuəvvilul mustəqilut-taib, əddəbtə əbadəkə bit-təkərrumi və əntə əkrəmul əkrəmin, və əmərtə bil əfvi ibadək, və əntəl ğəfurur-rəhim. Əllahummə fəla təhrimni ma rəcəvtu min kərəmik, və la tu`yisni min sabiği niəmik, və la tuxəyyibni min cəzili qisəmik, fi hazihil-ləyləti li əhli taətik, vəc`əlni fi cunnətin min şirari bəriyyətik, rəbbi in ləm əkun min əhli zalik, fəəntə əhlul kərəmi vəl əfvi vəl məğfirəh, və cud ələyyə bima əntə əhluh, la bima əstəhiqquh, fəqəd həsunə zənni bikə və təhəqqəqə rəcai lək, və əliqət nəfsi bikərəmik, fəəntə ərhəmur-rahimin, və əkrəmul əkrəmin. Əllahummə vəxsusni min kərəmikə bicəzili qisəmik, və əuzu biəfvikə min uqubətik, vəğfir liyəz-zənbəlləzi yəhbisu ələyyəl xuluq, və yuzəyyiqu ələyyər-rizq, hətta əqumə bisalihi rizak, və ən`əmə bicəzili ətaik, və əs`ədə bisabiği nə`maik, fəqəd luztu bihərəmik, və təərrəztu likərəmikə vəstəəztu biəfvikə min uqubətik, və bihilmikə min ğəzəbik, fəcud bima səəltuk, və ənil məltəməstu mink, əs`əlukə bikə la biəy`in huvə ə`zəmu mink.
Sonra səcdəyə gedərək, 20 dəfə “Ya Rəbbi”, 7 dəfə “Ya Allah”, 7 dəfə “La həvlə və la quvvətə illa billah”, 10 dəfə “Maşaəllah” və 10 dəfə “La quvvətə illa billah” dedikdən sonar, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat göndərib hacətini Allahdan istəyirsən…
10. Cəfər-Təyyar namazını qılmaq;
11. Əbu Yəhya Sənani imam Baqir (ə) və imam Sadiqdən (ə) belə nəql edir: “Şəban ayının 15-ci gününün gecəsi dörd rükət namaz qıl; belə ki, hər rükətində “Həmd”dən sonra yüz dəfə “İxlas” surəsini oxu və namazdan sonar de:
اَللّهُمَّ اِنّى اِلَيْكَ فَقيرٌ، وَمِنْ عَذاِبكَ خائِفٌ مُسْتَجيرٌ، اَللّهُمَّ لا تُبَدِّلْ اِسْمى، وَلا تُغَيِّرْ جِسْمى،وَلاتَجْهَدْ بَلائى، وَلاتُشْمِتْ بى اَعْدآئى،اَعُوذُ بِعَفْوِكَ مِنْ عِقابِكَ، وَاَعُوذُ بِرَحْمَتِكَ مِنْ عَذابِكَ، وَاَعُوذُ بِرِضاكَ مِنْ سَخَطِكَ، وَاَعُوذُبِكَمِنْكَجَلَّ ثَنآؤُكَ، اَنْتَ كَما اَثْنَيْتَ عَلى نَفْسِكَ، وَفَوْقَ ما يَقُولُ الْقآئِلُونَ
Duanın oxunuşu: Əllahummə inni iləykə fəqir, və min əzabikə xaifun mustəcir. Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi, və la təchəd bəlai, və la tuşmit bi ə`dai, əuzu biəfvikə min iqabik, və əuzu birəhmətikə min əzabik, və əuzu birizakə min səxətik, və əuzu bikə minkə cəllə sənauk, əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun.
Qeyd etmək lazımdır ki, Mübarək Şəban ayının 15-ci günü imam Zaman ağanın (ə.c.) doğum günü olduğundan, o həzrətin zühurunun tezləşməsi üçün çoxlu dua etmək həmin günün müstəhəb əməllərindəndir.
(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəban ayının fəzilət və əməlləri” bölümü.)