Mötəbər əhli-sünnə mənbələri hesab edilən Müstədrək ələs-Səhihəyn, Əbu-Nueym İsfahaninin Fədailus-Səhabə, Müsnəd Əhməb bin Hənbəl və sair mənbələrində İmam Əli (ə) haqda gələn maraqlı hədisi təqdim edirik: Səhabə Zeyd ibni Ərqəm deyir: Allahın Elçisi (s) buyurdu: “Mənim kimi yaşamaq və ölmək istəyən hər kəs və həmçinin mənə vəd edilən əbədi cənnətdə məskunlaşmaq istəyən hər kəs Əli ibni Əbu-Talibin ardıcılı olsun! Çünki o heç vaxt sizi düz yoldan çıxarmaz və sizi azğınlığa aparmaz.” Hakim Nişaburi bu hədisi Müstədrək ələs-Səhihəyn əsərində (cild-3, səh-128,) gətirir və əlavə edir: Bu sənədi düz olan hədisdir ki Müslimlə Buxari onu nəql etməyib. Bu hədisi Təbərani əl-Kəbir əsərində, Əbu-Nueym əl-İsfahani Fədailus-Səhabə əsərində gətiriblər. Hədis Kənzul-Ummalda (hədis:2578) və İmam Əhməd Hənbəlin əl-Müsnəd əsərində (cild-5, səh-32) də gəlibdir.
Peyğəmbər (s) kimi yaşamaq istəyənlər dinləsinlər!
Oxşar yazılıar
Bəzən Allah sənin planlarını pozur ki, onlar sənə zərər verməsin.
m Bəzən Allah sənin planlarını pozur ki, onlar sənə zərər verməsin. O, bunu sənə dəfələrlə işarə edib, amma sən fərqinə varmamısan. Bağlanan qapılar uğursuzluq deyil, Allahın səni qoruma üsuludur. “Bəlkə…
Əsas odur ki, Allah səndən razı olsun
Nə etsən də, insanlar hər zaman nəsə deyəcəklər: Gözəl geyinsən, “özünü göstərir” deyərlər, Sadə geyinsən, yoxsul hesab edərlər. Sözünü açıq söyləsən, kobud deyərlər, Susub dinləsən, qorxaq adlandırarlar. Uğur qazansan, təkəbbürlü…