Qiyamət” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. And olsun Qiyamət gününə!
  2. And olsun ayıq vicdana, tənə edən nəfsə (ki, Qiyamət haqdır)!
  3. İnsan elə düşünür ki, Biz onun sümüklərini yığmayacağıq?
  4. Xeyr, Biz onun barmaqlarının uclarını(n hətta xətlərini də) bərpa etməyə qadirik.
  5. (İnsan məada şəkk etmir) sadəcə, o, bütün ömrü boyu günah etmək istəyir.
  6. (Buna görə də) o: “Qiyamət günü nə vaxt olacaq?” – deyə soruşur.
  7. Gözlərin qorxudan fırlanacağı,
  8. ayın tutulacağı
  9. və günəşlə ayın qovuşacağı zaman –
  10. o gün insan deyəcəkdir: “Hara qaçaq?”
  11. Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaq.
  12. O gün son sığınacaq (ancaq) sənin Rəbbinə doğru olacaqdır.
  13. O gün insana öncədən və ya sonra göndərdiyi bütün əməllər xəbər veriləcəkdir.
  14. Əslində, insan öz vəziyyətindən xəbərdardır,
  15. hətta (üzdə) özünə üzr (və bəhanə)lər gətirsə belə!
  16. Onu (Quranı) tələsik oxumaq üçün dilini hərəkət etdirmə!
  17. Çünki onu (sənin qəlbinə) toplamaq və (sənin dilindən) oxumaq Bizə aiddir.
  18. Deməli, Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
  19. Sonra, onu izah etmək də Bizə aiddir.

—————————————————————————————-

50-51. Haqdan sanki şirdən ürküb qaçan vəhşi eşşəklər kimi qaçmaq: Vəhşi eşşəklərdə şirə qarşı qəribə qorxu hissi var. Hətta şirin səsini eşitdikdə belə, qorxu hissi onları elə bürüyür ki, dəli kimi olub ətrafa səpələnirlər. Şir sürüyə hücum etdikdə onlar bu səhnəni izləyən adamda heyrət doğuracaq şəkildə pərən-pərən düşürlər. Ümumiyyətlə, hər şeydən qorxub-hürkən bu heyvan qaniçən düşmənindən daha çox qorxur. Bu ayə müşriklərin ruha qida olan ayələrdən qorxub qaçmasını obrazlı şəkildə həm şüursuz olan, həm də hər şeydən ürküb qaçan vəhşi eşşəyin qaçışına bənzətmişdir. Halbuki Quran nəsihət və xatırlamadan başqa bir şey deyil.[1]

“Qiyamət” surəsinin ümumi məzmunu: Surənin əsas məzmununu məad və Qiyamət gününə aid məsələlər təşkil edir. Yalnız bəzi ayələrində Quran və onu yalan hesab edənlərdən danışılır.[2]

  1. Vicdan məadın doğru olduğunu sübuta yetirən bir dəlildir: Məadın doğru olduğunu sübuta yetirən vasitələrdən biri insanın daxilindəki vicdan məhkəməsidir. İnsan yaxşı iş gördükdə vicdan onun ruhunu sevinc, şadlıq və fərəh hissi ilə doldurur, bu vasitə ilə sahibini mükafatlandırır, pis bir iş gördükdə, cinayət törətdikdə isə sahibinin ruhuna təzyiq göstərir, ona əzab verir. Bəzən bu hiss elə bir həddə çatır ki, cinayəti törətmiş adam vicdan əzabından xilas olmağın yolunu intiharda görür. Necə deyərlər, vicdan öz sahibinin edam hökmünü özü kəsib icrasını onun özünə tapşırır. Vicdan hissi bəzi adamlarda çox güclü, bəzilərində isə çox zəifdir. Ancaq hər bir adamda mövcuddur. Sadəcə, çox adam etdiyi çoxsaylı günahlar nəticəsində onu tamamilə yararsız hala salır.[3] Əgər kiçik dünyanın – insanın öz daxili dünyasının kiçik bir məhkəməsi varsa, böyük dünyanın – bu əzəmətdə olan varlıq aləminin məhkəməsi niyə olmamalıdır? İnsan vicdan vasitəsilə diriliş və Qiyamətin doğruluğunu dərk edir. Bununla da surənin əvvəlində qeyd edilmiş iki and arasındakı əlaqə aydın olur. Başqa sözlə desək, ikinci and birinci and üçün bir dəlildir.[4]

14-15. İnsan öz əməllərinin ən yaxşı hakimidir: Bu ayədə insanın bədən üzvlərinin öz əməllərinə şahidlik edəcəyindən bəhs edən digər Quran ayələrinin ehtiva etdiyi məzmun əks olunmuşdur (Fussilət-20, Yasin-65). Belə ki, Qiyamət günü insanın əməllərinin ən böyük şahidi o özü olacaq. Çünki insan özünü hər kəsdən yaxşı tanıyır, özünə hər kəsdən daha çox bələddir. Baxmayaraq ki, bütün sirlərdən xəbərdar olan, böyük məhkəmənin yeganə sahibi olan Allah tam sübut üçün bir çox şahidlər gətirəcəkdir. Bu ayələrdə məad və Qiyamətdən bəhs edilsə də, onların məzmunu daha genişdir, dünyaya da şamil olur. Çünki insan dünyada öz həqiqi simasını yalanlar, arxa çevirmələr, qaçmalar, inkarlar, imtinalar və riyakarlıq pərdəsi arxasında gizləsə də, öz vəziyyətindən xəbərdardır. İmam Sadiq (ə) belə buyurmuşdur: “Sizlərdən kimsə öz zahirini bəzəyib gizlində pis işlərlə məşğul olarsa, nə edə bilər? Özü özünə müraciət etsə, belə olmadığını bilməzmi? Allah-taala buyurur: “İnsan öz vəziyyətindən xəbərdardır”. İnsanın daxili dünyası düzələrsə, zahiri də yaxşı olar, gözəlləşər.”[5]

 

  1. Xeyr (siz düşündüyünüz kimi deyil, məadın dəlilləri sizün üçün yetərsiz deyil)! Sadəcə, siz tez ötüb keçən dünyanı (və heç bir məhdudiyyəti olmayan nəfsi istəkləri) sevir,
  2. axirəti tərk edirsiniz.
  3. O gün neçə-neçə üzlər sevinəcək
  4. və öz Rəblərinə baxacaq.
  5. O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
  6. Çünki qarşıda bel sındıran bir əzab olduğunu biləcək.
  7. Xeyr (o düşündüyü kimi deyil), can xirtdəyə yetişəcəyi zaman:
  8. “Bunu (ölümün çəngindən) xilas edən varmı?” – deyiləcəkdir.
  9. Dünyadan ayrıldığını yəqin edəcək
  10. və baldır baldıra dolaşacaq.
  11. O gün hamının yolu Rəbbinə doğru olacaq.
  12. 3 (Həmin gün deyiləcək:) O nə iman gətirdi, nə də namaz qıldı.
  13. Yalan saydı və üz döndərdi.
  14. Sonra da lovğa-lovğa ailəsinin yanına qayıtdı.
  15. (Buna görə də ona deyiləcək:) Allahın əzabı sənə daha layiqdir, daha layiq!
  16. Yenə də Allahın əzabı sənə daha layiqdir, daha layiq!
  17. Bəlkə insan məqsədsiz tərk edildiyini güman edir?
  18. Məgər o, (uşaqlığa) axıdılan bir damla nütfə deyildi?!
  19. Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb görkəmə saldı.
  20. Ondan da bir cüt kişi və qadın yaratdı.
  21. Belə bir varlıq ölüləri diriltməyə qadir deyil?

[1] Nümunə, c.25, səh.263

[2] Nümunə, c.25, səh.271

[3] Nümunə, c.25, səh.275

[4] Nümunə, c.25, səh.285

[5] Nümunə, c.25, səh.292