Xanım Fatimeyi Zəhra ələyhəs-səlam niyə gecə dəfn olunub? –
Cavab: Gecə dəfn olmaq, xəlifənin xəbəri, hüzuru olmadan qılınan namaz, gizli qəbir Peyğəmbər (s)-in vəfatından sonrakı hadisələrin üstündən qələm çəkib iz itirməyə cəhd göstərənlər üçün xanımın qoyub getdiyi ən gözəl sübütdur.
Doğrudur xanım özü belə istəmişdi və belə vəsiyyət etmişdi. Amma nə baş vermişdir ki, xanım belə bir vəsiyyət etmək məcburiyyətində qalbı?!! Xanımın belə vəsiyət etməsi onun düşmənlərinə qarşı qəzəbinin, narahatlığının təzahürü deyilmi? Həqiqətdə həzrət bu əməliylə gələcək nəsillərin iti baxışlarını bir neçə düşündürücü suala cəlb etməklə həqiqəti onlara catdırmaq istəyib:
Niyə xanım Fatimənin qəbri gizlidir? Niyə Peyğəmbər (s)-in qızı gecə və gizlində dəfn olundu? Niyə Əli (ə) onu pak peykərinə Əbubəkrin və Ömərin xəbəri olmadan namaz qıldı? Və…
Peyğəmbər (s)-in canişinliyi iddiasında olan Peyğəmbər (s) qızının peykərinə namaz qılmaq ləyaqətindən məhrum idimi?
Bəli xanım gecə, gizli dəfn olmasını vəsiyyət etdi. Ona zülm edənlərin heç birinə xəbər verilməsinə razı olmadı. Bu şiənin haqq olmasını sübüt edə biləcək ən gözəl sənəddir. Xanım Fatimə (s)-in şəhid olduğunu, dünyadan məzlum köçdüyünü və ona zülm edənlərdən ölənədək razı qalmadığını sübut edir. Bu deylənləri sünnü və şiə kitablarında nəql olmuş rəvayətlər təsdiqləyir. Nümunə olaraq onların bir neçəsini nəql edirik.
Gecə dəfn olunması əhli-sünnət kitablarında:
Buxari öz səhihində yazır:
وَعَاشَتْ بَعْدَ النبي صلى الله عليه وسلم سِتَّةَ أَشْهُرٍ فلما تُوُفِّيَتْ دَفَنَهَا زَوْجُهَا عَلِيٌّ لَيْلًا ولم يُؤْذِنْ بها أَبَا بَكْرٍ وَصَلَّى عليها
“Fatimə (s) peyğəmbərdən (s) sonra altı ay yaşayıb. Dünyasını dəyişdikdən sonra həyat yoldaşı Əli (ə) Əbubəkrə xəbər vermədən gecə onun namazını qılıb və dəfn etdi.”
البخاري الجعفي، محمد بن إسماعيل أبو عبدالله (المتوفي256هـ)، صحيح البخاري، ج 4، ص 1549، حديث: 3998، كتاب المغازي، باب غزوة الخيبر، التحقيق د. المصطفى ديب البغا، الناشر: دار ابن كثير، اليمامة – بيروت، الطبعة: الثالثة، 1407 – 1987
İbn Quteybə Deynuri, “Təvilu müxtələfil-hədis” kitabında yazır:
وقد طالبت فاطمة رضي الله عنها أبا بكر رضي الله عنه بميراث أبيها رسول الله صلى الله عليه وسلم فلما لم يعطها إياه حلفت لا تكلمه أبدا وأوصت أن تدفن ليلا لئلا يحضرها فدفنت ليلا.
“Fatimə (s) Əbubəkrdən öz atası Rəsulullahın mirasını tələb etdi. Əbubəkr vermədikdə xanım onunla ölənədək danışmayacağına and içdi. Və Əbubəkr onun dəfinində iştirak etmsin deyə gecə dəfn olmasına vəsiyyət etdi. Odur ki, xanım gecə dəfn oldu.”
الدينوري، أبو محمد عبد الله بن مسلم ابن قتيبة (المتوفي276هـ)، تأويل مختلف الحديث، ج 1، ص 300، التحقيق: محمد زهري النجار، الناشر: دار الجيل، بيروت، 1393هـ، 1972م.
Əbdur-rəzzaq Sənani yazır:
عن بن جريج وعمرو بن دينار أن حسن بن محمد أخبره أن فاطمة بنت النبي صلى الله عليه وسلم دفنت بالليل قال فرَّ بِهَا علي من أبي بكر أن يصلي عليها كان بينهما شيء.
“Peyğəmbər (s)-in qızı Fatimə (s) gecə dəfn olundu ki, Əbubəkr ona namaz qılmasın. Çünki onların arasında söz-söhbət olmuşdu.”
الصنعاني، أبو بكر عبد الرزاق بن همام (المتوفي211هـ)، المصنف، ج 3، ص 521، حديث 6554 و حديث: 6555، التحقيق حبيب الرحمن الأعظمي، الناشر: المكتب الإسلامي – بيروت، الطبعة: الثانية، 1403هـ.
Sonra deyir:
عبد الرزاق عن بن عيينة عن عمرو بن دينار عن حسن بن محمد مثله الا أنه قال اوصته بذلك.
“… Xanım Fatimə özü belə vəsiyyət etmişdi.”
الصنعاني، أبو بكر عبد الرزاق بن همام (متوفي211هـ)، المصنف، ج 3، ص 521، حديث 6554 و حديث: 6555، التحقيق حبيب الرحمن الأعظمي، الناشر: المكتب الإسلامي – بيروت، الطبعة: الثانية، 1403هـ.
İbn Bəttal səhihi Buxarinin şərhində deyir:
أجاز أكثر العلماء الدفن بالليل… ودفن علىُّ بن أبى طالب زوجته فاطمة ليلاً، فَرَّ بِهَا من أبى بكر أن يصلى عليها، كان بينهما شىء.
“Əksər alimlər cənazənin gecə dəfn olmasına icazə verirlər. Əli (ə) ibn Əbutalib (ə) da öz zövcəsi Fatimə (s)-i gecə dəfn etdi ki, Əbubəkr ona namaz qılmasın. Çünki, Əbubəkrlə xanım Fatimə (s) arasında söz-söhbət olmuşdu.”
إبن بطال البكري القرطبي، أبو الحسن علي بن خلف بن عبد الملك (المتوفي 449هـ)، شرح صحيح البخاري، ج 3، ص 325، التحقيق: أبو تميم ياسر بن إبراهيم، الناشر: مكتبة الرشد – السعودية / الرياض، الطبعة: الثانية، 1423هـ – 2003م.
İbn Əbil-Hədid Cahizdən (vəfatı: 255 hicri) nəql edir.
وظهرت الشكية، واشتدت الموجدة، وقد بلغ ذلك من فاطمة ( عليها السلام ) أنها أوصت أن لا يصلي عليها أبوبكر.
“Xanım Fatimə (s)-in şikayəti, narahatlığı eləbir həddə yetişdi ki, xanım Əbubəkrin ona namaz qılmamasına vəsiyyət etdi.”
إبن أبي الحديد المدائني المعتزلي، أبو حامد عز الدين بن هبة الله بن محمد بن محمد (المتوفي655 هـ)، شرح نهج البلاغة، ج 16، ص 157، التحقيق محمد عبد الكريم النمري، الناشر: دار الكتب العلمية – بيروت / لبنان، الطبعة: الأولى، 1418هـ – 1998م.
Sonra bu sünnü alimi yazır:
وأما إخفاء القبر، وكتمان الموت، وعدم الصلاة، وكل ما ذكره المرتضى فيه، فهو الذي يظهر ويقوي عندي، لأن الروايات به أكثر وأصح من غيرها، وكذلك القول في موجدتها وغضبها.
“Xanım Fatimənin ölmünün və qəbirinin gizli olmasını, Əbubəkrin və Ömərin xanımın cənazəsinə namaz qılmamalarını və Seyyid Mürtəzanın bütün dediklərini mən təsdiq və qəbul edirəm. Çünki, bunları sübut edə biləcək rəvayətlər daha səhih və daha çoxdur. Həmçinin xanımın o iki nəfərdən narahat olub və onlardan qəzəblənməsi mənim nəzərimcə digər sözlərdən daha etibarlıdır.”
شرح نهج البلاغة، ج 16، ص 170.
Gecə dəfn olunması şiə kitablarında:
Xanımın belə bir vəsiyyət etməsi şiələr arasında aydın və yekdel qəbul olmuş məsələ olmasına baxmayaraq burada bir rəvayətə işarə edirik.
Mərhum Səduq xanımın gecə dəfn olmasının səbəbini belə nəql edri:
عَنِ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ أَبِي حَمْزَةَ عَنْ أَبِيهِ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ عليه السلام لِأَيِّ عِلَّةٍ دُفِنَتْ فَاطِمَةُ (عليها السلام) بِاللَّيْلِ وَ لَمْ تُدْفَنْ بِالنَّهَارِ قَالَ لِأَنَّهَا أَوْصَتْ أَنْ لا يُصَلِّيَ عَلَيْهَا رِجَالٌ [الرَّجُلانِ].
Əli ibn Əbu Həmzə atasından nəql edir ki, imam Sadiq (ə)-dan “niyə xanim Fatimə gündüz yox, gecə dəfn oldu?”- sual etdikdə həzrət buyurdu: Xanım Fatimə özü gecə dəfn olunmasına vəsiyyət etdi ki, Əbubəkrlə Ömər onun cənazəsinə namaz qılmasılar.”
الصدوق، أبو جعفر محمد بن علي بن الحسين (المتوفي381هـ)، علل الشرايع، ج1، ص185، التحقيق: التقديم: السيد محمد صادق بحر العلوم، الناشر: منشورات المكتبة الحيدرية ومطبعتها – النجف الأشرف، 1385 – 1966 م .
“Mədarik” kitabının müəllifi mərhum Seyyid Məhəmməd Amili deyir:
إنّ سبب خفاء قبرها ( عليها السلام ) ما رواه المخالف والمؤالف من أنها ( عليها السلام ) أوصت إلى أمير المؤمنين ( عليه السلام ) أن يدفنها ليلا لئلا يصلي عليها من آذاها ومنعها ميراثها من أبيها ( صلى الله عليه وآله وسلم ).
“Müxalif və müvafiqin nəql etdiyinə istinadən xanım Fatimə (s) məzarının gizli qalmasının səbəb budur ki, xanım özü həzrət Əli (ə)-a vəsiyyət edərək tapşırmışdı ki, ona əziyyət və atasının mirasıdan məhrum edənlər onun cənazəsinə namaz qılmasınlar.”
الموسوي العاملي، السيد محمد بن علي (المتوفي1009هـ)، مدارك الأحكام في شرح شرائع الاسلام، ج 8، ص279، النشر و التحقيق مؤسسة آل البيت عليهم السلام لإحياء التراث، الطبعة: الأولي، 1410هـ.
Nəticə: Bukimin sənədləri, əhli-sünnənin böyüklərinin etiraflarını nəzərə aldıqda məlum olur ki, xanımın gecə dəfn olmasına səbəb onun öz vəsiyyəti olub. Çünki həzrət istəməyib ona zülm edənlər onun cənazəsinə namaz qılsınlar. Bu yolla da xilafəti qəsb edənlərə qarşı qəzəbini tarixin silinməz səhifələrinə yazaraq sonra gələn nəsillər üçün əbədiləşdirdi.
“Fatimə mənim bir hissəmir. Onun qəzəbi mənim əzəbimdir.” { Səhihi-Buxari cild 5, səh. 75. “Səhabənin fəzilətləri” bölümü. }
“Fatimə cənnət qadınlarının seyyidəsidir.” { Səhihi-Buxari cild 5, səh.74. “Səhabənin fəzilətləri” bölümü. }
Xanım Fatimə (ə) Əbu-Bəkrə beyət etmədən vəfat etdi. Həmçinin vəfat edəndə də Əbu-Bəkrə qarşı o qədər qəzəbli halda vəfat etdi ki, meyyit namazını qılmağa hətta cənazəsinin ardıyca yeriməyə belə razı deyildi. Necə ki, Buxari, Əbu-Bəkrin Xanım Fatiməyə (ə) Rəsulallahdan (s) ona qalan mirasını haram etməsi barədə, Aişəyə istinad edərək rəvayət etmişdir: “… Rəsulallahın (s) qızı Fatimə Əbu-Bəkrə qarşı qəzəbləndi və vəfat edənə qədər onunla danışmadı. Xanım Fatimə də (ə) Peyğəmbərin (s) vəfatından sonra cəmi 6 ay yaşadı…; Onun əri Əli kecə vaxtı onu dəfn etdi. Əbu-Bəkrə nə onu görməyə, nə də cənazə namazına gəlməsinə icazə vermədilər.” { Səhihi-Buxari. Cild 5, səh. 382. “Məğazi” bölümü. “Xeybər müharibəsi” babı. }
Xanım Fatimənin (ə) Əbu-Bəkrə qarşı qəzəbi o həddə gəlib çatmış idi ki, meyyit namazı qılmaması üçün, Həzrəti Əliyə (ə) vəsiyyət etmişdi. Bundan əlavə, cənazəsinin ardınca gəlməsinə belə razı deyildi. Buna görə də Həzrəti Əli (ə) Xanımın pak cəsədini kecə vaxtı gizli şəkildə dəfn etdi. “Əbu-Bəkr Xanım Fatiməyə (ə) istədiklərindən heç nə vermədi. Onun bu əməlinə görə, Xanım qəzəbli qaldı və vəfat edənə qədər onunla danışmadı. Xanım Peyğəmbərdən (s) sonra cəmi 6 ay ömür sürdü. Onun əri Əli (ə) kecə vaxtı onu dəfn etdi. Əbu-Bəkrə nə onu görməyə, nə də ki, cənazə namazına gəlməsinə icazə vermədilər.” { Səhihi-Buxari cild 5, səh. 382. Məğazi bölümü. Xeybər babı. } Bu rəvayətləri Buxari öz səhihində Aişəyə istinad edərək zikr etmişdir.
WWW.EHLİBEYT.İNFO