Qəzəb odu

Həyatda insanın qəzəb və stress halında hansısa bir işi həyata keçirdikdən və ya müəyyən bir qərar qəbul etdikdən sonra peşman olmadığı zamanlara rast gəlmək çox nadir hallarda müşahidə edilir, çünki insan vücudunda qəzəb atəşinin yandırıcı alovu şölələndiyi vaxt insanın əql və düşüncəsi bütövlükdə qüvvədən düşür, əsəb və bədən üzvləri, adətən, elə bir istiqamətdə hərəkət edir ki, bəzən törəyən zərər və acı nəticələrin bərpa olunmasına bir ömür belə kifayət eləmir.

İmam Baqir (ə) buyurmuşdur:

إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ

“Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın qaladığı oddur.”[1]

 

Şeytanın bu yandırıcı atəşi baş qaldıraraq zahir olduğu zaman, hədsiz diqqət və sürətlə ona hakim olmalı və söndürməliyik. Əks təqdirdə, həm öz, həm də digər insanların həyatını təhlükə altına ata bilməyimiz mümkündür.

Bəli! Qəzəbləndiyiniz zaman nə bir qərar qəbul edin, nə kimi isə cəzalandırın və nə də bir söz danışın. Çalışın ki, o mühitdən uzaqlaşıb başqaları ilə ünsiyyət qurasınız.

 

 

[1] “Biharul-ənvar”, c. 70, səh. 278.