Alimlərdən sitatlar

Ölülərin səsini heyvanlar da eşidir

İyul 22, 2026 Vusal 2 min read

Ölülərin səsini heyvanlar da eşidir
Həzrət Peyğəmbər (s) buyurur:
إنَّ المَوتَى ليُعذَّبونَ في قبورِهِم (عذابا)، حتَّى إنَّ البهائمَ لتسمعُ أصواتَهُم
“Həqiqətən, ölülər qəbirlərində (elə bir) əzaba məruz qalarlar ki, hətta heyvanlar belə onların (fəryad) səslərini eşidər.” – (Albani, “Səhihul-cameus-səğir və ziyadətuhu”, hədis:3741 (əl-Məktəbətul-İslami, Beyrut, 1408 hq, ç.3).
Oxşar bir hədis buyurur:
يُعَذَّبُونَ فِي قُبُورِهِمْ عَذَابًا تَسْمَعُهُ الْبَهَائِمُ
Həzrət Peyğəmbər (s) başqa bir hədisə buyurur:
لَولا أن لا تَدافَنوا لَدَعَوتُ اللهَ أن يُسمِعَكُم مِن عَذابِ القَبرِ
“Əgər (dəhşətdən) bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, qəbir əzabından [bəzi səsləri] sizə də eşitdirməsi üçün Allaha dua edərdim.”  (Heysəmi, “Məcməuz-zəvaid”, c.3, s.56, hədis:4291).
Bu hədis “Sahih-i Müslim” (Kitabul-Cənnə, hədis 2868 – Zeyd ibn Sabit və Ənəs ibn Malikdən) və Əhməd ibn Hənbəlin “Müsnəd”ində və Nəsainin “Sünən”ində eyni sözlərlə qeyd olunmuşdur.
P.S: məntiqi nəticə:
Ölülərin axirət aləmində fəryad etmələri üçün dilləri varsa, deməli eşitmək üçün qulaqları da var. Əgər onların səsini heyvanlar eşidirsə və lazım gələrsə, peyğəmbər (s) bizə də eşitdirə bilərdisə, deməli, onlar da bu dünyada baş verənləri icazəli olduqları halda görə və eşidə bilirlər.
Belə isə Allahın yanında sevimli olan şəxslərin və saleh insanların qəbrinə ziyarətə getməyin, onlara salam verməyin və onlardan dua etmələrini xahiş etməyin heç bir problemi yoxdur. Çünki onlar Allah yanında uca məqam sahibdirlər, bizi görür və eşidir, arzularımızı Allaha çatdırır və qəbulu üçün dua edirlər.
@mirmehemmed_beshir

Leave a comment