“Borc verməyin mükafatı (savabı) sədəqənin mükafatından on səkkiz qat artıqdır. Çünki borc sədəqə almaq üçün şəxsiyyətini alçaltmayan (və ya sədəqə istəməyə xəcalət çəkən) alicənab və nəcib şəxsə çatır”.
أَنَّ أَجْرَ الْقَرْضِ ثَمَانِيَةَ عَشَرَ ضِعْفاً مِنْ أَجْرِ الصَّدَقَةِ لِأَنَّ الْقَرْضَ يَصِلُ إِلَى مَنْ لَا يَضَعُ نَفْسَهُ لِلصَّدَقَةِ لِأَخْذِ الصَّدَقَةِ.
Fiqhur-Rza (ə), s.256, bab: 38.
Borc verməyin savabı buna görə on səkkiz dəfə daha çoxdur ki, borc verməklə həm bir şəxsin problemini həll edir və sıxıntısını azaldırsan və həm də şərəfini, heysiyyətini, ləyaqətini və abırını qoruyursan və bundan əlavə ona məişət məsələlərində öz ayağı üstə durmağa, gəlirlərini və dolanışığını nizama salmasına kömək etmiş olursan. Çünki bir adam davamlı şəkildə sədəqə ilə dolanarsa, həm buna adət edir, həmişə gözləyir ki, kimsə onun üçün nəsə etsin və həm də hec vaxt cəmiyyətə xeyirli olacaq yetkin bir şəxsiyyətə çevirilmir, daima başqalarına yük olaraq yaşayır.
Əlbəttə işləmək üçün heç bir imkanı olmayanlar, qocalar, azyaşlı yetimlər və azyaşlı yetim saxlayan xanımlar, ağır xəstələr və bu kimi kateqoriyada olan insanlar bu izahdan müstəsna edilir və onlara mütləq maddi və mənəvi dəstək (hər ikisi sədəqə sayılır) verilməlidir.
@mirmehemmed_beshir
Könül oxşayan Hədislər
