Surələrin Fəziləti

“Mumtəhənə” surəsinin fəziləti

Əli ibnil Hüseyn (ə) buyurdu: Bir kəs gündəlik vacibi və müstəbbi namazlarınızda Mumtəhənə surəsini oxusa, Allah onun qəlbini imanla imtahana çəkər və gözlərini nurlu edər. Fəqirlik, dəlilik ona və övladlarına yol tapmaz.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Qiyamət günündə Mumətəhənə surəsini oxuyan kəs üçün, mömin kişi və möminə qadınlar şəfaətçi olacaqlar.
Hər cür xəstəlik üçün, üç gün dalba-dal bunu (Mumtəhənə surəsini) yazsın və hər gün birini yusun, sonra onu içmək üçün dərdi olana versin, ki inşaallah o dərddən sağalar.
Asmanı (təngənəfəsi) müalicə etmək üçün bu ayələri oxusun və xəstəyə yedizdirsin: “Və in fatəkum şəyun min əzvacikum iləl kuffari. fəaqibtum, fəatul-ləzinə zəhəbət əzvacuhum mislə maənfəqqu vəttəqullahəl-ləzi əntum bihi möminun.” (Mumtəhən-11) “Vəli-kulli vichətun huvə muvəlliha fəstəbiqul xəyrat.” (Bəqərə-147).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir