Marağlı MəlumatlarZikrlər

Problem və müşküllərin mənəvi həlli

Problem və müşküllərin mənəvi həlli

Ruzinin artması və ruzi qapılarının açılması üçün tövsiyə edilən “xətm”lərdən biri də Təlaq surəsinin 2 və 3-cü ayələrini davamlı oxumaqdır.
Ayətullah Şebeyri Zəncani (Allah ömürünü uzun və vücudunu salamat etsin) söhbətlərinin birində namazın “təqibatı” (namazdan sonrakı dua, zikr və münacat) barədə danışaraq buyurub:
“Mən özümə lazım etmişəm ki,
1.- hər vacib namazdan sonra “Ayətəl-Kürsi”ni (əliyyil-əzimə qədər) oxuyum,
2. – xanım Fatimeyi-Zəhra (s) zikrini edim,
3.- Üç dəfə Tövhid (İxlas) surəsini oxuyum,
4.- Üç dəfə salavat zikrini deyim,
5.- və üç dəfə də “və mən yəttəqillah yəcəl ləhu məxrəcən” ayəsini oxuyum – (Təlaq, 2-3).
6.- Otuz dəfə “təsbihati-ərbəə”ni zikr edim.
7.- Səcdədə 14 dəfə “ya Vasiu, ya Vəhhab” deyirəm ki, bu zikr birnəfəsə 14 dəfə deyilməlidir.”
Ayətullah Şebeyri Zəncani söhbətinin davamında deyib:
Bunları mən bir yerdə oxumamışam, amma elm əhlinin çox etibar etdiyi dua və zikr əhli olan bir nəfər mənə sifariş edib ki, maddi müşküllərimin həlli üçün bunlara əməl edim.
Hacı Ağa Rza Sədr də mənə dedi ki, “mənim həll olunmayan bir sıra maddi problemlərim var idi. Mən Tehran ariflərindən olan Ağa Seyyid Əbul-Həsən Mürtəzəvi bu göstərişi mənə verdi. Mən bir müddət bunlara əməl etdikdən sonra problemlərim həll oldu”.
Hacı Ağa Rza Sədr də bu göstərişə əməl etməyin icazəsini mənə də verdi. (Cümə gecəsi, 03, 07, 1387 h.ş).
t.me/mirmehemmed_beshir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir