Sualımı İzlə & Redaktə Et
Sizə verilmiş İzləmə Kodu vasitəsilə sualınızın vəziyyətini öyrənin, sualınızı və adınızı redaktə edin.
Status & Məlumat
Sualınızı və Adınızı Redaktə Edin
namaz qılmağa başlamışam
Mən 30 yaşından sonra namaz qılmağa başlamışam. Bilmək istəyirəm ki, ondan qabaq qılmadığım namazların qəzasını qılmaq mənə vacibdirmi? Bir də qeyd edim ki, qəza olmuş namazların sayını dəqiq bilmirəm. Nə qədər namaz qılmalıyam? Qəza namazlarını qılanda tərtib vacibdirmi?
Şəri Cavab
Qılmadığınız namazların qəzası vacibdir. Əgər qəza olmuş namazların qədərində şəkkiniz varsa yəqininiz olduğu qədərin (qılmadığınızı dəqiq bildiyiniz az miqdarın) qəzasını qılın. Gündəlik namazların qəzasını qılmaq üçün tərtib (ardıcıllıq) vacib deyil. Yalnız tərtiblə qılınan namazlarda məsələn, bir günün zöhr və əsr namazları və yaxud bir günün şam və işa namazlarını qılarkən tərtib lazımdır.
SonÜmid TV Şəriət Heyəti
Mütəxəssis / Cavabdeh
- Təhsil BİU
- İxtisas İslam Fiqhi Və Əxlaqı