Sualımı İzlə & Redaktə Et
Sizə verilmiş İzləmə Kodu vasitəsilə sualınızın vəziyyətini öyrənin, sualınızı və adınızı redaktə edin.
Status & Məlumat
Sualınızı və Adınızı Redaktə Edin
Salam aleykum
Bir məsələ ilə bağlı niyyət eləmişəm ki 1 ay oruc tutum bunu orucu tutmayıb kəffarə çıxarda bilərəm? Əgər olarsa pul və ya digər formada necə kəffarə verməliyəm?
Şəri Cavab
Əgər insan şəri baxımdan düzgün nəzir edərək Allah üçün 1 ay oruc tutmağı öz üzərinə vacib edibsə, həmin nəzrə əməl etməli və 1 ay orucu tutmalıdır. Sadəcə olaraq “orucu tutmayım, əvəzinə pul verim” deməklə nəzir yerinə yetirilmiş sayılmır.
Əgər insanın oruc tutmamasına şəri üzrü yaranarsa, məsələn, xəstəlik səbəbilə oruc tuta bilməzsə, bu halda günah və kəffarə yoxdur; üzr aradan qalxdıqdan sonra nəzir etdiyi orucun qəzasını yerinə yetirməlidir.
Əgər insan üzrsüz olaraq qəsdən nəzirinə əməl etməzsə, kəffarə vacib olur.
SonÜmid TV Şəriət Heyəti
Mütəxəssis / Cavabdeh
- Təhsil BİU
- İxtisas İslam Fiqhi Və Əxlaqı