Oxunuşu / Transkripsiya və İzahı
Məşhur nəzəriyyəyə görə, 220-ci ildə İmam Məhəmməd Təqi (ə) Bağdadda Mötəsimin zəhərləməsi ilə şəhid olmuşdur. Bu təxminən iki il yarım Məmunun ölümündən sonra baş vermişdir. Çünki imam özü buyurub: “Məmundan otuz ay sonra fərəc və azadlıq hasil oldu.” Bu cümlə onu bildirir ki, həzrət, Məmunun pis rəftarından nəhayət əzab-əziyyət çəkirdi. Çünki öz ölümünü, burada fərəc və azadlıq adlandırıb. Atası İmam Rza (ə) da öz vəliəhdlik dövründə də belə idi. Hər cümə məsciddən qayıdanda elə toz-torpaqlı halda əllərini göyə, ilahi dərgahına qaldırıb deyərdi: “İlahi, əgər mənim azadlığım ölümümdədirsə, onu elə bu saat yetir. Daim qəm-kədər içində idi. Nəhayət dünyasını dəyişdi. İmam Məhəmməd Təqi (ə) vəfat edərkən ömründən 25 il və bir neçə ay keçmişdi. Mübarək qəbri Kazimeyn hərəmində, cəddi İmam Musa Kazimin (ə) yanındadır.