Oxunuşu / Transkripsiya və İzahı
Şeyx Müfid “Muqniə” kitabında bir ziyarəti nəql edib, belə buyurmuşdur: “Ziyarət qüslü edib, ən təmiz paltarlarını geyindikdən sonra imamın qəbrinin yanında dayanıb deyirsən:
Salam olsun sənə, ey Allahın dostu və Allahın dostunun oğlu! Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu! Salam olsun sənə, ey hidayət imamı və ey Allahın möhkəm, sarsılmaz ipi! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, sən pak-müqəddəs ata-babalarının getdiyi yolla gedibsən. Allahın salamı olsun onlara! Zəlalət qaranlığına hidayət nuru saçıb və heç vaxt haqdan batilə əyilməyibsən. Sən həqiqətən də, Allah və Rəsuluna xeyirxah idin və Allahın əmanətini yaxşı yerinə yetirdin. Allah səni İslam və müsəlmanlar tərəfindən xeyirli mükafatla mükafatlandırsın. Ata-anam sənə fəda olsun, mən sənin ziyarətinə, imamət haqqına agah olaraq, dostlarını özümə dost və düşmənlərini özümə düşmən bilib gəlmişəm. Mənə Rəbbinin dərgahında şəfaətçi ol!
Sonra özünü qəbrə yapışdır və onu öpüb üzünün hər iki tərəfini onun üzərinə qoy. Sonra qəbrin baş tərəfinə dönüb de:
Salam olsun sənə, ey mənim sərvərim, ey Rəsulullahın oğlu! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, həqiqətən də, sən hidayətçi imam və doğru yolu göstərən başçısan. Mən sənin düşmənlərindən Allaha sığınır və sənin vilayətinlə Allaha yaxınlaşıram. Allahın salamı, rəhmət və bərəkətləri olsun sənə!
Sonra iki rükət ziyarət namazı qıl. Ziyarət namazını qılıb qurtardıqdan sonra istədiyin qədər başqa namazları da qıla bilərsən. Daha sonra qəbrin ayaq tərəfinə keç və istədiyin duaları et. İnşaallah ki, qəbul olar.
Müəllif deyir: “ O həzrətlə münasibəti olan günlərdə, o cümlədən Rəcəb ayında, Zilqədə ayının iyirmi üçüncü və iyirmi beşinci günləri, Ramazan ayının altıncı günü və s. bu kimi günlərdə onu ziyarət etməyin savabı daha çoxdur və bu barədə “Ayların xüsusi əməlləri” bölümündə söhbət açmışıq.
O həzrətlə vidalaşmaq istədiyin vaxt həzrət Rəsulillahla (ə) ayrılıq vaxtı deyilən vida sözlərini de:
Allah mənim sənə bu salamımı axırıncı salam qərar verməsin.
Əgər istəsən belə de:
Salam olsun sənə, ey Allahın nümayəndəsi! Allahın rəhməti və bərəkətləri də olsun sənə! İlahi, mənim üçün Peyğəmbərinin övladı və yaratdıqlarına höccətinin ziyarətini sonuncu qərar vermə, behiştdə mənimlə onu cəm et, məni onunla, onun zümrəsində, şəhidlər və salehlərlə məhşur et! Onlar yaxşı dostlardırlar və səni Allaha tapşırıram. Səndən mənə qayğı göstərməyini istəyirəm. Sənə salam göndərirəm. Allaha, Peyğəmbərə, sənin gətirdiyin və ona doğru yol göstərdiklərinə imanımız var. Belə isə, bizim adımızı şahidlərin zümrəsində yaz!
Müəllif deyir: -”Burada bir neçə mətləbi də sizin nəzərinizə çatdırmağı lazım bilirəm”.
Birinci mətləb: İmam Əliyyən Nəqidən (ə) olan mötəbər bir hədisdə nəql olunur; əgər Allahdan istəyi olan hər kəs cəddim həzrət imam Rzanın (ə) Tus şəhərindəki qəbrini qüsül alaraq ziyarət etsə və qəbrin baş tərəfində iki rükət namaz qılıb, qunutda öz hacətini Allahdan diləsə, şübhəsiz ki, onun hacəti rəva olar. Əlbəttə ki, bu istək, günah bir işin həyata keçməsi və ya qohumlarla əlaqənin qırılması ilə nəticələnən bir istək olmamalıdır. Həqiqətən də o həzrətin dəfn edildiyi məkan, cənnət torpağındandır və onu ziyarət edən hər bir mömin bəndəni Allah taala cəhənnəm odundan azad edib, cənnətə daxil edər.
İkincisi mətləb: Əllamə Məclisi, Şeyx Bəhayinin atası möhtərəm şeyx Hüseyn ibni Əbdüssəmədin əlyazması üzrə nəql edir ki, şeyx Əbut-Təyyib Hüseyn ibni Əhməd Fəqih Razi demişdir: -”Hər kim imam Rzanı (ə) və ya başqa məsum imamları ziyarət edib, onların ziyarətgahında “Cəfər Təyyar” namazını qılsa, bu namazın hər rükətinə min həcc və min ümrə ziyarətinin savabı, habelə, Allah yolunda min qul azad edən şəxsin və həqiqi peyğəmbərin arxasında min cihadda iştirak edən döyüşçünün savabı yazılar. Bu şəxsin atdığı hər bir addıma yüz həcc və yüz ümrə ziyarətlərinin savabı və Allah yolunda yüz qul azad edən şəxsin savabı yazılar, habelə, onun yüz günahının üstündən əfv qələmi çəkilib, əvəzinə yüz savab yazılar.” “Cəfər Təyyar” namazının qaydasını “Cümə gününün əməlləri” bölümündə qeyd etmişik.
Üçüncü mətləb: Mühəvvəl Sicistani nəql edir ki, Məmun, imam Rzanı (ə) Mədinədən Xorasana çağırtdırdıqda, o həzrət, peyğəmbərin qəbri ilə vidalaşmaq üçün məscidə daxil oldu. O həzrət, bir neçə dəfə peyğəmbərin (s.ə.s.) qəbri ilə vidalaşdı. Belə ki, o, məsciddən xaric olduqdan sonra yenidən geri dönür və hönkürtü ilə ağlayırdı. Mən, o həzrətə yaxınlaşıb, salam verdim və o da salamın cavabını verdi. Mən, ona uğurlu səfər arzuladım. O həzrət buyurdu: “Məni ziyarət edin, çünki məni cəddimdən ayıracaqlar və mən, qürbətdə vəfat edib, Harunun kənarında dəfn olunacağam.”
Şeyx Yusif ibni Hatəm Şami “Dürrün-nəzim” adlı kitabında deyir: “İmam Rzanın (ə) səhabələri nəql edirlər ki, o həzrət belə buyurubdur: “Mən, Mədinədən Xorasana doğru hərəkət etmək istədiyim vaxt əhli-əyalımı başıma toplayıb, mənim üçün ağlamağı onlara əmr etdim. Sonra onların arasında on iki dinar pulu bölüşdürüb, onlara dedim: “Mən bir daha ailəmin yanına geri dönə bilməyəcəyəm.” Sonra Əbu Cəfər Cavadın (ə) əlindən tutub, onu peyğəmbərin (s.ə.s.) məscidinə apardım və onun əlini əlimə alıb, qəbrin üzərinə qoydum və onu o mübarək qəbrə söykəyib, Allahdan dilədim ki, peyğəmbərə (s.ə.s) xatir onu qorusun. Sonra bütün xidmətçilərimə ona itaət edib, onun əmrindən çıxmamalarını əmr etdim və onlara onun mənim canişinim olacağını başa saldım.”
Seyid Əbdülkərim ibni Tavus nəql edir ki, Məmun, həzrət imam Rzanı (ə) Mədinədən Xorasana çağırtdırdı. O həzrət, Mədinədən Bəsrəyə, Kufə yolu ilə deyil, başqa yolla hərəkət etdi və Bəsrədən də Kufə yolu ilə Bağdada, oradan da Qum şəhərinə doğru hərəkət etdi. Qum əhalisi o həzrətin pişvazına çıxdılar. Onlardan hər biri o həzrəti öz evində qonaq saxlamaq istədikləri üçün bir-biriləri ilə çəkişməyə başladılar və bunu müşahidə edən imam (ə) buyurdu: “Bu işdə mənim dəvəm bizə yol göstərəcəkdir və o harada yerə yatsa, mən, o evdə qonaq qalacağam.”
Xülasə, o həzrətin dəvəsi bir evin qapısı ağzında yerə yatdı və o evin sahibi də həmin gecə yuxusunda görmüşdü ki, imam Rza (ə) onun evinə qonaq gəlibdir. Bu hadisədən sonra hamı o məkana müqəddəs bir yer kimi yanaşdılar və indiki dövürdə orada mədrəsə tikilmişdir.
Şeyx Səduq özü İshaq ibni Rahəvəyhdən belə nəql edir: “İmam Rza (ə) Nişapur şəhərindən yola düşmək istədikdə hədis raviləri o həzrətin ətrafına toplaşıb, ərz etdilər: “Yəbnə Rəsulillah (ə), siz artıq bizdən ayrılırsınız. Bizim üçün bir hədis deyərdiniz ki, sizdən sonra həmişə ondan faydalanaq.” O həzrət başını kəcavədən çıxardıb, buyurdu: “Atam Musa ibni Cəfər (ə), öz atası Cəfər ibni Məhəmməddən (ə), o da atası Məhəmməd ibni Əlidən (ə), o da atası Əli ibni Hüseyndən (ə), o da atası Hüseyn ibni Əlidən (ə), o da atası əmiril-möminin Əli ibni Əbi Talibdən (ə), o da həzrət Rəsulillahdan (s.ə.s.), o da cənab Cəbrayıldan eşitmişdir ki, Allah taala belə buyurub: “La ilahə illəllahu hisni, fəmən dəxələ hisni əminə min əzabi.” (Yəni, “La ilahə illəllah” mənim qalamdır. Hər kəs mənim qalama daxil olsa, mənim əzabımdan amanda olar.) O həzrət bu hədisi deyib, hərəkət etdi və onun əyləşdiyi dəvə yola düşdükdə, bizi çağırıb, dedi: “Bi şurutiha, və ənə min şurutiha.” (yəni, müəyyən şərtlərlədir və mən, bu şərtlərdən biriyəm.)
Əbussəlt rəvayət edir ki, imam Rza (ə) Məmunun göndərdiyi dəstənin müşayəti ilə Dehsorxdan keçdiyi vaxt, ətrafındakı səhabələri ona dedilər: “Yəbnə Rəsulillah, zöhr çağıdır, namaz qılmaq istəmir¬siniz?” O həzrət miniyindən yerə enib, su istədi. Onlar dedilər: “Suyumuz qurtarıbdır.” Bu vaxt o həzrət, mübarək əli ilə yeri qazdı və yerdən su çıxmağa başladı. İmam (ə) və onunla olanların hamısı bu su ilə dəstəmaz aldılır və indiyədək də o bulaqdan su qaynayıb, çıxır. Həmçinin o həzrət, Sənabaddan keçdiyi vaxt oradakı dağa söykənib, bu duanı etdi: “İlahi, bu dağı faydalı bir dağa çevir və bu dağdan yonulmuş, hazırlanan əşyalara bərəkət ver!” Xatırlamaq istəyirəm ki, oranın əhalisi bu dağın daşlarından böyük qazanlar yonurdular. O həzrət göstəriş verir ki, onun üçün bu dağın daşından qazan yonsunlar və yeməyini də yalnız bu qazanlarda hazırlasınlar. Bu hadisədən sonra camaat qab-qacaqlarını o dağın daşından yondular və bu səbəblə də ruziləri bərəkətli oldu.
Dördüncü mətləb: “Mətləüş-şəms” kitabının müəllifi nəql edir ki, min altıncı (1006) ilin Zilhiccə ayının iyirmi beşi birinci şah Abbas müqədəs Məşhəd şəhərinə daxil oldu. O, mütəhhər hərəmdə qızıl zərihdən başqa bütün qızıl əşyaların Əbdülmömin xan Özbəki tərəfindən qarət edildiyini müşahidə edir. Şah Abbas Zilhiccə ayının iyirmi səkkizi Məşhəd şəhərindən Hərata gedir və oranı geri alıb, nəzm-intizamı bərqərar etdikdən sonra yenidən Məşhədə geri dönür. O, bir ay müddətində Məşhəddə qalıb, müqəddəs hərəmi təmir etdirdi və oranın xadimlərinə ehtiram bəsləyərək, onlara bəxşişlər verdi. Sonra o, İraqa geri döndü. Min səkkizinci ilin sonlarında şah Abbas bir daha Məşhədə səfər edib, qışı orada keçirdi. O, müqəddəs hərəmin xadimbaşı mənsəbini öz öhdəsinə götürdü. Bir gecə hərəmin şamlarını qayçı ilə kəsib, düzəltdiyi vaxt bu mənzərəni müşahidə edən şeyx Bəhayi (ələyhir rəhməh ) bu rübayini oxuyur:
(Yəni, ərşe-əlanın (göyün) mələkləri hər zaman, bu müqəddəs hərəmin şamlarının başına pərvanə kimi fırlanırlar. Ey xadim, qayçını ehtiyatla işlət, qorxuram ki, Cəbrayıl Əminullahın qanad izlərini aradan apararsan.)
Min doqquzuncu (1009) ildə isə Şah Abbas etdiyi nəzri əda etmək üçün payi-piyada Məşhədə ziyarətə gedir və bu uzaq yolu iyirmi səkkiz gün ərzində qət edir. “Tarixe aləm ara” kitabının müəllifi bu barədə aşağıdakı beytləri söyləmişdir:
O, Məşhədə gəlib, imam Rzanın (ə) hərəmini genişləndirdi. O cümlədən, imamın mütəhhər qəbri yerləşən səhninə açılan “Əli şir” eyvanını – bu eyvan hərəmin bir küncündə yerləşdiyi üçün oranın xarici görkəmini eybəcərləşdirirdi – hərəmin ortasında yerləşdirdi və bu ey¬van¬la üzbəüz hərəmin o biri tərəfində də başqa bir eyvan tikdirdi. Həmçinin şəhərin qərbindən şərqinə qədər bir yol saldırdı ki, hərəmin hər bir tərəfdən bu yola çıxış var idi. O, şəhərə su kanalları çəkdirdi və hərəmin ortasında böyük bir su hovuzu tikdirdi və su kanalı bu hovuzdan keçərək, yolun şərq tərəfinə axırdı. O, Mirza Məhəmmədrza Sədrul-kuttab, Əlirza Abbasi və Məhəmmədrza imaminin dəsti-xətti ilə kətibələr yazdıraraq, tikdirdiyi binaların üstündən asdırdı. Şah Abbas imam Rzanın (ə) günbəzini qızıl ilə örtdürdü, belə ki, hərəmin kətibəsində də onun bu əməli qeyd olunubdur. Bu barədə kətibədə aşağıdakı sözlər həkk olunmuşdur:
(Yəni (qısa şəkildə), Bismillahir rəhmanir rəhim. İlahinin ən böyük mərhəmətindəndir ki, ərəb və qeyri ərəbin şahı sultanı və imam nəslindən olan Əbu Müzəffər Şah Abbas İsfahandan həzrətin hərəminə gəlmişdir və özünün ən təmiz malından bu hərəmin günbəzini tikdirmişdir. 1010-ci h.q ildə başlamış, 1016-ci ildə qurtarmışdır.)
Beşinci mətləb: Şeyx Təbərsi “Əlamul-huda” adlı kitabında imam Rzazın (ə) bir sıra möcüzələrini sadaladıqdan sonra deyir: “İmam Rza (ə) şəhid olandan indiyədək onun müqəddəs hərəmində həm o həzrətin aşiqləri, həm də düşmənləri yenə də bu möcüzələrin və kəramətlərin şahidi olmaqdadırlar. Bu möcüzələri saymaqla qurtarmaq mümkün deyildir. Bu hərəmdə anadangəlmə kor və bərəs xəstələri şəfa tapmış, çox insanların duaları, istək və hacətləri müstəcab olmuş və saysız-hesabsız çətinliklər həll olmuşdur. Bizim əksəriyyətimiz bu möcüzələrin şahidiyik və buna tam yəqinimiz vardır.”
Möhtərəm şeyx Hürr Amili “İsbatul-huda” adlı kitabında Şeyx Təbərsinin bu cümlələrini nəql etdikdən sonra buyurub: “Qarşınızdakı bu kitabın müəllifi Məhəmməd ibnil Həsən Hürr isə deyirəm ki, mən şəxsən özüm Şeyx Təbərsi kimi, o həzrətin möcüzələrinin şahidi olmuşam və mən də, onun kimi yəqinə yetişmişəm. Mən, iyirmi altı ildir ki, Məşhəd sakiniyəm və bu müddət ərzində görüb, eşitdiyim möcüzələr təvatür (hədsiz həddə nəql olunaraq yəqinə yetişmişdir) həddindən keçibdir. İndiyədək yadıma gəlmir ki, mənim bu hərəmdə etdiyim bir dua müstəcab olmasın. Əlhəmdu lillah. O həzrətin möcüzələrinin hamısını sadalamaq kitabın həcmindən xaric olduğu üçün, mən, bu müxtəsər bəyanla kifayətlənirəm.”
Bu kitabın müəllifi (Şeyx Abbas Qumi) isə belə deyir: “Hər bir zamanda bu müqəddəs hərəmdə o qədər möcüzələr müşahidə olunur ki, artıq keçmiş dövürlərdə baş verən möcüzələri nəql etməyə ehtiyac duyulmur. Biz, “Rəcəb ayının iyirmi yeddinci gecəsinin əməlləri” bölümündə bu barədə söhbət açmışıq. Bu fəsli şair Caminin o həzrətin mədhi barəsində söylədiyi şeirlə tamamlayırıq:
Azərbaycan Dili Tərcüməsi
Əssəlamu ələykə ya vəliy-yəllahi vəbnə vəliyyih, əssə-lamu ələykə ya huccətəllahi vəbnə huccətih, əssəlamu ələy-kə ya imaməl huda vəl urvətəl vusqa və rəhmətullahi və bərə-katuh, əşhədu ənnəkə məzəytə əla ma məza ələyhi abaukət tahirun, sələvatullahi ələyhim, ləm tu`sir əmən əla hudən və ləm təmil min həqqin ila batil, və ənnəkə nəsəhtə lillahi və lirəsulih, və əddəytəl əmanətə fəcəzakəllahu ənil islami və əhlihi xəyrəl cəza, ətəytukə biəbi və ummi zairən arifən bihəqqik, muvaliyən liəvliyaikə muadiyən liə`daik, fəşfə` li ində rəbbik.
Əssəlamu ələykə ya məvlayə yəbnə rəsulillah, və rəhmə-tullahi və bərəkatuh, əşhədu ənnəkəl imamul Hadi vəl vəliy-yul murşidu əbrəu iləllahi min ə`daik, və ətəqərrəbu iləllahi bivilayətik, səlləllahu ələykə və rəhmətullahi və bərəkatuh.
La cəələhullahu axirə təslimi ələyk.
Əssəlamu ələykə ya vəliy-yəllahi və rəhmətullahi və bə-rəkatuh, Əllahummə la təc`-əlhu axirəl əhdi min ziyarətibni nəbiyyikə və huccətikə əla xəl-qik, vəcmə`ni və iyyahu fi cən-nətik, vəhşurni məəhu və fi hiz-bihi məəş şuhədai vəs salihin, və həsunə ulaikə rəfiqa, və əstəvdiukəllahə və əstər`iykə və əqrəu ələykəs səlam, amənna billahi və bir rəsuli və bima ci`tə bihi və dələltə ələyhi fəktubna məəş şahidin.
Peyvəstə bud məlaike illiyyin
Pərvaneye şəm`e rozeye xolde ayin.
Miqraz be ehtiyat zən, ey xadim
Tərsəm bebəri şepehre Cebril əmin.
Qulame şahe mərdan şah Abbas
Şəhe vala gohəre xaqane əmcəd.
Be tovfe mərqəde şahe Xorasan
Piyade rəft ba ixlase bi hədd....
Onun şeiri bu beytlə tamamlanır ki:
Piyade rəft şod tarixe rəftən
Ze İsfəhan piyade ta Məşhəd.
Bismillahir rəhmanir rəhim. Min əzayimi təvfiqatillahi subhənəhu ən vəffəqəs sultanəl ə`zəm, məvla mulukil ərəbi vəl əcəm, sahibun nəsəbit tahirin nəbəviyyi, vəl həsəbil bahiril ələviyyi, turabu əqdami xuddami hazihil ətəbətil mutəhhərətil lahutiyyəti ğubarə niali zuvvari hazihir rəvzətil munəvvərətil mələkutiyyəh, murəvvicu asari əcdadihil mə`sumin, əs sultanubnus sultani Əbul Muzəffəri Şah Abbas, Əl Husəyniyyil Musəviyyis Səfəviyyi Bəhadurxan. Fəstəs`ədə bil məcii maşiyən əla qədəməyhi min daris səltənəti İsfəhanə ila ziyarəti hazəl hərəmil əşrəf, və qəd təşərrəfə bizinəti hazihil qubbəti min xulləsi malihi fi sənəti əlfin və əşər və təmmə fi əlfin və sittə və əşər.
Səlamun əla ali Taha və Yasin
Səlamun əla xəyrin nəbiyyin.
Səlamun əla rəvzətin həllə fiha
İmamun yubahi bihil mulku vəd din.
İmame be həqq, şahe mutləq ki aməd
Hərim dərəş qibləgahe səlatin
Şəhe kaxe irfan, qole şaxe ehsan
Dorre dorrəce imkan, məhe borce təmkin.
Əliyyibni Musər Riza ke ze xudayəş
Rza şod ləqəb, çun Rza budəş ayin.
Ze fəzlo şərəf bini u ra cəhani
Əgər nəbudət tire çəşme cəhan bin.
Peye ətre rubənde hurane cənnət
Ğubar dərəş ra be gisuye meşkin.
Əgər xahi ari be kəfe daməne u
Boro damən əz hər çe coz ust, bərçin.