Orijinal Ərəbcə Mətni
يَا اَللهُ يَا رَحْمَانُ يَا رَحيمُ، يَا سَميعَ الدَّعَوَاتِ، يَا مُعْطِيَ الْخَيْرَاتِ، اَعْطِني خَيْرَ الدُّنْيَا وَ خَيْرَ الْآخِرَةِ، وَ قِني شَرَّ الدُّنْيَا وَ شَرَّ الْآخِرَةِ، وَ اَذْهِبْ عَنّي مَا اَجِدُ، فَقَدْ غَاضَنيِ الاَمْرُ وَاَحْزَنَني
يَا عَلَيُ يَا عَظيمُ يَا رَحْمَانُ يَا رَحيمُ، يَا سَامِعَ الدَّعَوَاتِ، يَا مُعْطِيَ الْخَيْرَاتِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَعْطِني مِنْ خَيْرِ الدُّنْيَا وَالْآخِرَةِ مَا اَنْتَ اَهْلُهُ، وَاصْرِفْ عَنّي مِنْ شَرِّ الدُّنْيَا وَالْآخِرَةِ مَا اَنْتَ اَهْلُهُ، وَ اَذْهِبْ عَنّي هَذا الْوَجَعَ، فَاِنَّهُ قَدْ غَاظَني وَ اَحْزَنَني
Oxunuşu / Transkripsiya və İzahı
Yunis belə rəvayət etmişdir: Mənim alnımda çıxıntı əmələ gəlmişdi. Bundan İmam Sadiqə (ə) şikayət etdikdə, o həzrət buyurdu: “Dəstəmaz alıb iki rükət namaz qıldıqdan sonra de:
Ey Allah, ey bağışlayan, ey mehriban, ey duaları eşidən, ey yaxşılıqlar əta edən! Mənə dünya və axirət xeyri əta et, dünya və axirət şərindən qoru, yoluxduqlarımı məndən uzaqlaşdır ki, doğrudan da, məni çətinliyə salıb və kədərləndirib!
Yunis dedi: “Həzrətin göstərişinə əməl etdim, Allah taala həmin çıxıntını aradan apardı. Həmd yalnız Allaha məxsusdur!”
“İddətud-dai” kitabında yazılmışdır ki, Həzrət ona buyurdu: “Gecənin üçdə biri keçdikdən sonra dəstəmaz alıb, gecə namazı qıl və namazın birinci rükətinin ikinci səcdəsində belə de:
Ey uca, ey böyük, ey bağışlayan, ey mehriban, ey duaları eşidən, ey yaxşılıqlar əta edən! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, Sənə layiq olduğu kimi, mənə dünya və axirət xeyri əta et, dünya və axirət şərindən qoru və bu dərdi məndən uzaqlaşdır ki, həqiqətən də məni qəzəbləndirib və kədərləndirib!
Yunis deyir: “Mən Həzrətin göstərişinə əməl etdim, hələ Kufəyə çatmamışdım ki, sağaldım.”
Yenə də o həzrətdən rəvayət olunmuşdur ki, bu məqsədlə “Yasin” surəsini bal ilə bir qaba yazdıqdan sonra, onu yuyun və suyunu için.
Həmçinin, bu dua, o həzrətdən babasil üçün də rəvayət olunmuşdur.
İmam Hüseyndən (ə) da nəql olunmuşdur ki, alında yaranan çıxıntı üçün yağış suyu ilə yuyulsun.
Azərbaycan Dili Tərcüməsi
Ya Əllahu ya rəhmanu ya rəhim, ya səmiəd dəəvati ya mu`tiyəl xəyrat, ə`tini xəyrəd dunya və xəyrəl axirəh, və qini şərrəd dunya və şərrəl axirəh, və əzhib ənni ma əcid, fəqəd ğazənil əmru və əhzənəni.
Ya əliyyu ya əzimu ya rəh-manu ya rəhim, ya samiəd dəə-vati ya mu`tiyəl xəyrat, səlli əla Muhəmmədin və ali Muhəmməd, və ə`tini min xəyrid dunya vəl axirəti ma əntə əhluh, vəsrif ənni min şərrid dunya vəl axirəti ma əntə əhluh, və əzhib ənni hazəl vəcəə fəinnəhu qəd ğazəni və əhzənəni.