Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#213

Beşinci fəsil Zil-qədə ayının əməlləri

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

يَا عَزِيزُ يَا غَفَّارُ اغْفِرْ لِي ذُنُوبِي وَ ذُنُوبَ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ إِلا أَنْتَ

Oxunuşu / Transkripsiya və İzahı

Bu ay, Allahın Quranda buyurduğu haram aylardandır. Seyid ibn Tavus bir hədisdə nəql edir ki, zilqədə ayı çətinliklərdə duaların qəbul olan vaxtıdır. Bu ayın bazar günü üçün Peyğəmbər (s)-ən çox fəzilətli bir namaz nəql olunmuşdur. Qısası belədir ki, hər kəs qılsa tövbəsi qəbul olar, günahları bağışlanar. Qiyamət günü düşmənləri ondan razı olar, imanla ölər, dini əlindən alınmaz, qəbri geniş və nurani olar, valideynləri ondan razı olar, bu məğfirətdən valideylərinə və övladlarına da qismət olar, ruzisi çoxalar, Əzrail onun canını alan zaman onunla müdara edər və asanlıqla canını tapşırar. Namazın qılınma qaydası belədir: Bazar günü qüsül və dəstəmaz alıb, dörd rükət, hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas” surəsini, “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılırsan. Sonra yetmiş dəfə istiğfar edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə başa vurursan. Sonra deyirsən:
Ey əziz, ey bağışlayan, mənim günahlarımı və bütün mömin kişi və qadınların günahlarını bağışla! Çünki günahları Səndən başqası bağışlamaz.
Müəllif deyir: “Mənim zənnimcə, bu istiğfar və ondan sonrakı dua namazdan sonra yerinə yetirilir.
Bil ki, hər kim haram ayların birində üç gün bir-birinin ardınca dördüncü, beşinci və altıncı günlərdə oruc tutsa, doqquz yüz ilin ibadətinin savabı ona verilər. Əli ibn İbrahim Qummi belə buyurur ki, haram aylarda günahların əzabı iki bərabər olur, həmçinin, xeyir əməllərin də savabı artir.

Azərbaycan Dili Tərcüməsi

Ya əzizu ya ğəffaruğfir li zunubi, və zunubə cəmiil mu`-mininə vəl mu`minat, fəinnəhu la yəğfiruz zunubə illa ənt
Əvvəlki: #212. İyirmi beşinci gün Bütün Dualar ↑ Növbəti: #214. On birinci gecə