Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#222

Birinci gün

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

سُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيفِ سُبْحَانَ ذِي الْجَلالِ الْبَاذِخِ الْعَظِيمِ سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيمِ سُبْحَانَ مَنْ يَرَى أَثَرَ النَّمْلَةِ فِي الصَّفَا سُبْحَانَ مَنْ يَرَى وَقْعَ الطَّيْرِ فِي الْهَوَاءِ سُبْحَانَ مَنْ هُوَ هَكَذَا وَ لا هَكَذَا غَيْرُهُ
حَسْبِي حَسْبِي حَسْبِي مِنْ سُؤَالِي عِلْمُكَ بِحَالِي

Oxunuşu / Transkripsiya və İzahı

Çox mübarək bir gündür və onda bir neçə əməl var;
1. Oruc tutmaq. Səksən ayın orucunun savabına malikdir.
2. Həzrət Fatimə Zəhranın (s) namazını qılmaq. Şeyx buyurmuşdur ki, bu namaz iki-iki dörd rükətdir. Əmirəl-möminin Əli əleyhissalamın namazı kimidir, hər rükətdə “Həmd” surəsindən sonra əlli dəfə “İxlas” surəsini oxumaq, salamdan sonra isə həzrətin təsbihini desin və daha sonra belə oxusun:
Uca məqam və izzət sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Şövkət və əzəmət sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Mülkü qədim və iftixar sahibi olan Allah pak və bütün eyiblərdən uzaqdır! Daşların üzərində qarışqanın ayaq izlərini görən Allah pak və bütün eyiblərdən uzaqdır! Quşların havada uçuş xəttini görən Allah pak və bütün eyiblərdən uzaqdır! O Allah pak və bütün eyiblərdən uzaqdır ki, yalnız O, bu xüsusiyyətlərə sahibdir və başqalarında bu xüsusiyyətlər yoxdur!
3. Günbatana yarım saat qalmış iki rükət namazdır. Hər rükətdə “Həmd” surəsindən sonra hər biri on dəfə “İxlas”, “Ayətəl-kürsi” və “Qədr” surələrini oxumaq.
4. Hər kim hər hansı zalımdan qorxsa, belə bir gündə bu duanı oxusun:
Mənim (Səndən) istəyim və Sənin mənim vəziyyətimdən agah olmağın bəs edər, bəs edər, bəs edər!
Allah taala zalımın şərrini ondan uzaqlaşdırar.
Bil ki, belə bir gündə həzrət İbrahim Xəlil dünyaya gəlmişdir. İki şeyxin nəql etdiyi hədisə əsasən, belə bir gündə həzrət Əli əleyhissalam həzrət Fatimə salamullahi əleyha ilə evlənmişdir.

Azərbaycan Dili Tərcüməsi

Subhanə zil izziş şamixil munif, subhanə zil cəlalil bazi-xil əzim, subhanə zil mulkil faxiril qədim, subhanə mən yəra əsərən nəmləti fis səfa, subhanə mən yəra vəq`ət təyri fil həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh.
Həsbi , həsbi , həsbi min sua-li ilmukə bəhali.
Əvvəlki: #221. Altıncı fəsil Zilhəccə ayının əməlləri Bütün Dualar ↑ Növbəti: #223. Yeddinci gün