Oxunuşu / Transkripsiya və İzahı
Cəfəri Təyyarın namazı, böyük günahların bağışlanmasına səbəb olur və başqa fəzilətlərə də malikdir. Onun ən fəzilətlisi cümə günü günorta vaxtıdır. Cəfəri Təyyarın namazının qılınma qaydası; Cəfəri Təyyarın namazı dörd rükətdir və iki təşəhhüd və iki salamla qılınır. (Yəni sübh namazı kimi iki rükət-iki rükət qılınır). Birinci rükətdə “Həmd”dən sonra “Zəlzələ” surəsi, ikinci rükətdə “Həmd”dən sonra “Adiyat” surəsi, üçüncü rükətdə “Həmd”dən sonra “Nəsr” surəsini, dördüncü rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsi oxunur. Bunu da qeyd etmək lazımdır ki, “Subhanəllahi vəl həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikrini (təsbihati ərbəəni) hər rükətdə qiraətdən sonra on beş dəfə, rükuda on dəfə, rükudan qalxandan sonrakı qiyamda on dəfə, birinci səcdədə on dəfə, birinci səcdədən qalxandan sonra on dəfə, ikinci səcdədə on dəfə, ikinci səcdədən qalxıb oturandan sonra on dəfə oxunmalıdır. Bunu hər dörd rükətdə yerinə yetirməlidir ki, birlikdə üç yüz dəfə olur.
Şeyx Kuleyni (rəhmətullahi ələyh) Əbu Səid Mədainidən belə nəql edir: “Həzrət İmam Sadiq ələyhissalam mənə buyurdu: “Cəfərin namazında oxumaq üçün sənə bir şeyi öyrədimmi?” Dedim: “Bəli, buyurun”. Həzrət buyurdu: «Dörd rükətli namazın axırıncı səcdəsinə çatıb, təsbihati ərbəəni on dəfə oxuduqdan sonra de:
İzzət və vüqar libası geyinmiş Allah hər bir nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzətinə səbəb olan əhdlərinə, (tövhid və mərifət həqiqətləri olan) kitabının rəhmətinin sonuna, böyük adına, (peyğəmbər və övliyalarından olan) sədaqət və ədalət baxımından kamil kəlmələrinə xatir Səndən istəyirəm ki, Məhəmməd (s) və onun Əhli-beytinə (ə) salam yetirəsən və mənimlə belə və belə rəftar edəsən!
(Kəza və kəza sözlərinin yerinə öz hacətini dilə).
Şeyx və Seyid, Müfəzzəl ibn Ömərdən rəvayət etmişlər ki, bir gün İmam Sadiq ələyhissalamı gördüm ki, Cəfərin namazını qıldıqdan sonra əllərini göyə qaldırıb, bu duanı bir nəfəs çatana qədər “Ya Rəbbi ya Rəbbi”, bir nəfəs çatana qədər” Ya Rəbbahu, Ya Rəbbahu”, bir nəfəs çatana qədər “Rəbbi Rəbbi”, bir nəfəs çatana qədər “Ya Allahu, ya Allahu”, bir nəfəs çatana qədər,” Ya Həyyu, ya Həyyu”, bir nəfəs çatana qədər, “Ya Rəhimu Ya Rəhimu”, bir nəfəs çatana qədər, “Ya Rəhmanu Ya Rəhmanu və yeddi dəfə “Ya Ərhəmər rahimin” zikirlərini oxuyub belə dedi:
İlahi, mən Sənin tərifinlə sözə başlayıram, Sənə həmd-səna deməklə dil açıram və Sənin böyüklüyünü mədh edirəm. Halbuki Sənin mədhinin və həmd-sənanın sonu yoxdur. Kim Sənin tərifinin sonuna çata bilər? Sənin yaratdıqların necə və hansı yolla Səndəki tərif və böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! Haçan Sən fəzilət və ehsanla, tərif və böyüklüyünlə vəsf olunmayıbsan?! Sən Öz səbrinlə günahkarlara çox ehsan edirsən. Yerin sakinləri Sənin itaətindən nə qədər boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, Öz səxavətin və fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. Ey nemət bağışlayan, calal və kərəm sahibi olan, Səndən başqa tanrı yoxdur!
Sonra Həzrət buyurdu: “Ey Müfəzzəl, hər zaman işin çətinliyə düşdü Cəfərin namazını qıl və bu duanı oxuyub Allah taalanın dərgahından hacətini dilə ki, inşallah hacətin rəva qılınacaq”.
Müəllif deyir: “Şeyx Tusi hacətlərin qəbul olunması üçün İmam Sadiq ələyhissalamdan rəvayət etmişdir ki, çərşənbə günü, cümə axşamı və cümə günlərini oruc tut. Cümə axşamı gün batan vaxtı on miskinin hər birinə bir müdd təam sədəqə ver. Cümə günü qüsl alıb, səhraya gedərək orada Cəfərin namazını qılıb, dizlərini torpaqa yapışdıraraq de:
Ey gözəlliyi aşkar edən və çirkinliyi gizlədən! Ey günaha görə tənbeh etməyən və günahkarların pərdəsini yırtmayan! Ey böyük əfv sahibi, ey gözəl güzəşt edən, ey bəxşişi geniş, lütf və mərhəmət əli açıq olan! Ey bütün sirlərin sahibi, ey bütün şikayət edənlərin müraciət mərkəzi, ey günahlardan keçən böyük və mehriban, ey nemətləri böyük olan, ey haqqından qabaq nemətlər bağışlayan, ey Rəbb, ey Rəbb, ey Rəbb!
On dəfə:
On dəfə:
On dəfə:
On dəfə:
On dəfə:
On dəfə:
On dəfə:
On dəfə:
On dəfə:
On dəfə:
Ey xeyirlər verən Allah.
On dəfə:
Necə ki, öz məxluqlarının ən üstününə salavat göndərirsən, Məhəmməd və onun Əhli-beytinə coxlu və pak salavat göndər.
Daha sonra öz istəklərini dilə.
Müəllif deyir: “Hacətlərin qəbul olunması üçün bu üç günü (çərşənbə günü, cümə axşamı və cümə günlərini) oruc tutub, cümə günü günorta vaxtı iki rükət namaz qılıb, hacətlərini istəmək rəvayətlərdə çox təkid olunmuşdur”.
21. Cümə gününün əməllərinin biri də cümə günü zaval vaxtı (günorta çağı, gün dönən vaxt) oxunan duadır. Bu duanı, Məhəmməd ibn Müslim İmam Sadiq ələyhissalamdan nəql etmişdir. Şeyx “Misbah”da gətirdiyi kimi, onu burada gətiririk. Dua belədir:
Allahdan başqa heç bir tanrı yoxdur. O böyükdür və hər bir eyibdən pak və uzaqdır. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!
Ey nemətləri bağışlayan, ey çətinlikləri aradan qaldıran, ey insanları yaradan, ey böyük hümmət sahibi, ey qaranlıqları örtən, ey səxavət və kərəm sahibi, ey zərərləri dəf edən, ey qaranlıqda qorxanların munisi, ey təlim görməyən alim, Məhəmməd və Ali-Məhəmmədə salam yetir və Sənə layiq olduğu kimi mənimlə davran! Ey adı (dərdlərə) dərman, yadı (xəstələrə) şəfa və itaəti ehtiyacsızlığa səbəb olan! Sərməyəsi ümid və silahı ah-nalə olan şəxsə rəhm et! Sən bütün eyib və nöqsanlardan pak və uzaqsan. Səndən başqa tanrı yoxdur. Ey mehriban, ey minnət və nemət sahibi, ey səmaları və yeri yaradan, ey calal və böyüklük sahibi!
22. Cümə günü zöhr namazını “Cümə” və “Münafiqin” surələrilə, Əsr namazını isə “Cümə” və “İxlas” surələrilə oxusun.
Şeyx Səduq İmam Sadiq ələyhissalamdan nəql etmişdir ki, hər hansı bir mömin şəxsə bizim şiələrimizdən olmaq üçün lazım olan şeylərdən biri də cümə gecəsi namazını “Cümə” və “Əla” surələri, günorta namazını isə “Cümə” və “Münafiqin” surələrilə oxumasıdır. Bunu edərsə, sanki, Rəsul Əkrəmin (s) əməlini yerinə yetirmişdir. Onun savabı isə cənnətdir.
Şeyx Kuleyni, Hələbidən belə nəql edir: “Həzrət İmam Sadiq ələyhis¬salamdan soruşdum: “Cümə günü namazı tək qılmaq istəsəm (yəni cümə namazına getməyim, bəlkə dörd rükət günorta namazını qılaramsa) ucadan qılımmı?!” Həzrət buyurdu: «Bəli». Sonra buyurdu: «Onu “Cümə” və “Münafiqin” surələrilə qıl.
23. Şeyx Tusi özünün “Misbah” kitabında, cümə günü günortadan sonra oxunan zikri İmam Sadiq ələyhissalamdan nəql edərək yazır: “Cümə günü salamdan sonra yeddi dəfə “Həmd”, yeddi dəfə “Nas”, yeddi dəfə “Fələq”, yeddi dəfə “İxlas”, yeddi dəfə “Kafirun” surələrini və həmçinin “Tövbə” surəsinin axırıncı “Ləqəd caəkum rəsulun min ənfusikum” və “Həşr” surəsinin “Ləv ənzəlna hazəl Qur`anə...” ayəsindən axırına qədər və “Ali- İmran” surəsinin beş ayəsini “İnnə fi xəlqis səmavati vəl ərzi...» ayəsindən ”İnnəkə la tuxliful miad” ayəsinə qədər oxuyarsa, bu cümədən gələn cüməyə qədər, düşmənlərin şərrindən və bəlalardan uzaq olar.
24. O Həzrətdən nəql etmişdir ki, sübh və ya zöhr namazından sonra: “Əllahumməc`əl səlatəkə və səlatə məlaikətikə və rəsulikə əla Muhəm¬mədin və ali Muhəmməd” -deyən şəxs üçün bir ilə qədər günah yazılmaz. Həmçinin buyurmuşdur: “Sübh və zöhr namazlarından sonra: “Əlla¬hum¬mə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum” -deyən şəxs Qaimi (Həzrət Məhdi (ə.c)-i) görməyincə dünyasını dəyişməz”.
Müəllif deyir: “Birinci duanı cümə günü zöhr namazından sonra üç dəfə deyərsə, onu gələn cüməyə qədər bəlalardan qoruyar. Həmçinin rəvayət olunmuşdur ki, cümə günü iki namazın (cümə ya əsr, və ya günorta və əsr namazlarının) arasında Məhəmməd və ali Məhəmmədə salavat göndərməyin savabı yetmiş rükət namazın savabına bərabərdir.
25. “Səhifetun Kamilə”nin dualarından olan “Ya mən yərhəmu mən la tərhəmuhul ibad” və “Əllahummə hazə yəvmun mubarək” dualarını oxumaq.
26. Şeyx “Misbah” kitabında buyurmuşdur: “Cümə günü zöhr namazından sonra iki rükət namaz qılıb, onun hər rükətində “Həmd”dən sonra yeddi dəfə “İxlas” surəsini və namazdan sonra bu duanı oxuyun:
İlahi, məni daxili bərəkətli, işçiləri mələklər olan, peyğəmbərimiz Məhəmməd (Allahın salamı ona və Əhli-beytinə olsun) və cəddimiz İbrahimlə (Allahın salamı ona olsun) birgə behişt əhlindən qərar ver!
Bu zikri oxuyan şəxs gələn cüməyə qədər bəla və fitnələrdən amanda qalar və Allah taala onu Məhəmməd (s) və İbrahim (ə)-la bir yerdə qərar verər.
Əllamə Məclisi yazır: “Əgər bu duanı seyid olmayan şəxs oxusa, “əbina” sözünün yerinə “əbihi” sözünü deməlidir”.
27. Rəvayət olunmuşdur ki, cümə günü salavatın ən fəzilətli vaxtı əsrdən sonradır və yüz dəfə deyirsən:
İlahi, Məhəmməd və Ali-Məhəmmədə salam yetir və onların “fərəc”ini (Sahibəz-Zamanın zühurunu) tezləşdir!
Şeyx buyurmuşdur ki, aşağıdakı salavatı yüz dəfə demək də müstəhəbdir:
Allahın, mələklərinin, peyğəmbərlərinin, elçilərinin və bütün məxluqatın salamı olsun Məhəmməd və Ali-Məhəmmədə! Ona, onun Əhli-beytinə, onların ruhları və bədənlərinə salam olsun! Allahın rəhmət və bərəkətləri onlara olsun!
Şeyx İbni İdris özünün “Sərair” kitabında Bəzəntinin “Came” kitabından belə nəql edir: “Əbu Bəsir deyir: “İmam Cəfər Sadiq ələyhissalam buyurur: “Zöhr və əsr namazlarının arasında Məhəmməd və ali Məhəmmədə salavat göndərmək yetmiş rükət namaza, cinlər və insanların o gündə etdiyi əməllərin savabına bərabərdir. Cümə günü əsr namazından sonra bu salavatı oxumaq:
İlahi, Məhəmməd və onun Əhli-beytinə – Sənin bəyənilmiş vəsilərinə ən yaxşı salamını göndər və onlara ən yaxşı bərəkətini ver! Salam olsun onlara, onların ruhları və bədənlərinə! Allahın rəhmət və bərəkətləri onlara olsun!
Müəllif deyir: “Yuxarıda qeyd etdiyimiz salavatı hədis alimləri öz kitablarında mötəbər sənədlərlə, onun böyük fəzilətlərə malik olduğunu bildirmişlər. Əgər on dəfə oxunarsa daha yaxşıdır. İmam Sadiq ələyhissalam buyurur: “Cümə günü əsr namazından sonra, yerindən qalxmamışdan qabaq bu (yuxarıda qeyd etdiyimiz salavatı) on dəfə oxuyan şəxsə, mələklər bu həftənin cüməsindən gələn həftənin cüməsinə qədər, ona, oxuduğu saatda salavat göndərərlər”. Həmçinin o Həzrət buyurmuşdur: “Cümə günü əsr namazını qıldıqdan sonra bu (yuxarıda qeyd olunan) salavatı yeddi dəfə oxu.
Şeyx Kuleyni “Kafi” kitabında rəvayət etmişdir ki, cümə günü namazı qıldıqdan sonra de:
İlahi, Məhəmməd və onun Əhli-beytinə – Sənin bəyənilmiş vəsilərinə ən yaxşı salamını göndər və onlara ən yaxşı bərəkətini ver! Salam olsun ona və onun Əhli-beytinə! Allahın rəhmət və bərəkətləri onlara olsun!
Doğurdan da hər kəs bu salavatı əsr namazından sonra oxuyarsa, Allah taala onun üçün yüz min həsənə (yaxşılıq) yazıb, yüz min günahı silər və yüz min hacətini rəva qılar. Ona yüz min dərəcə artırar. Başqa yerdə buyurmuşdur ki, hər kəs bu salavatı yeddi dəfə oxusa, Allah taala hər bəndənin sayı qədər ona yaxşılıq yazar. O gün əməlləri qəbul olar. Qiyamət günü gözlərinin arasında nur ilə gələr. “Ərəfə” gününün əməllərində gəlmişdir ki, hər kəs bu salavatı oxusa, Məhəmməd və ali Məhəmmədi sevindirər.
28. Əsrdən sonra yetmiş dəfə desin:”Əstəğfirullahə və ətubu iləyh”.
29. Yüz dəfə “Qədr” surəsini oxumaq. Həzrət İmam Musa ələyhissalam buyurmuşdur ki, Allah taalanın cümə günü min rəhmətli nəsim küləyi əsir və istədiyi bəndəyə o küləkdən dəyər.
Allah taala cümə günü əsrdən sonra yüz dəfə “Qədr” surəsini oxuyan şəxs üçün min rəhməti iki bərabər edib ona verər.
30. Əşərat duasını oxusun. (Növbəti səhifələrdə qeyd edəcəyik).
Azərbaycan Dili Tərcüməsi
Subhanə mən ləbisəl izzə vəl vəqar, subhanə mən təəttəfə bil məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit təs-bihu illa ləh, subhanə mən əhsa kullə şəy`in ilmuh, subhanə zil mənni vən niəm, subhanə zil qudrəti vəl kərəm, Əllahummə inni əs`əlukə biməaqidil izzi min ərşik, və muntəhər rəhməti min kitabik, vəsmikəl ə`zəm, və kəlimatikət tammətilləti təmmət sidqən və ədla, səlli əla Muhəmmidin və əhli bəytih, vəf`əl bi kəza və kəza
Əllahummə inni əftətihul qəvlə bihəmdikə və əntiqu bis sənai ələyk, və uməccidukə və la ğayətə limədhik, və usni ələyk, və mən yəbluğu ğayətə sənaikə və əmədə məcdik, və ənna lixəliqətikə kunhu mə`ri-fəti məcdik, və əyyə zəmənin ləm təkun məmduhən bifəzlik, məvsufən biməcdikə əvvadən ələl muznibinə bihilmik, təxəl-ləfə sukkanu ərzikə ən taətik, fəkuntə ələyhim ətufən bicudik, cəvadən bifəzlik, əvvadən bikərəmik, ya la ilahə illa əntəl mənnanu zul cəlali vəl ikram.
Ya mən əzhərəl cəmilə və sətərəl qəbih, ya mən ləm yua-xiz bil cərirəti və ləm yəhtikis sitr, ya əziməl əfvi ya həsənət təcavuz, ya vasiəl məğfirəti ya basitəl yədəyni bir rəhməh, ya sahibə kulli nəcva və muntəha kulli şəkva, ya muqiləl əsərati ya kəriməs səfhi ya əziməl mənn, ya mubtədiən bin niəmi qəblə istihqaqiha.
Ya rəbbahu ya rəbbahu ya rəbbah.
Ya Əllahu ya Əllahu ya əllah.
Ya səyyidah, ya səyyidah.
Ya məvlayah (məvlah), ya məvlayah (məvlah).
Ya rəcaah, ya rəcaah.
Ya ğiyasah, ya ğiyasah.
Ğayətə rəğbətah.
Ya Rəhmanu, ya Rəhman.
Ya Rəhim.
Ya mu`tiyəl xəyrat
Səlli əla Muhəmmədin və ali Muhəmmədin kəsirən təyyiba, kəəfzəli ma səlləytə əla əhədin min xəlqik.
La ilahə illəllahu vəllahu əkbər, və subahnəllahi vəlhəm-du lillahilləzi ləm yəttəxiz vələda, və ləm yəkun ləhu şəri-kun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəb-birhu təkbira, ya sabiğən niəmi ya dafiən niqəm, ya bariən nəsimi ya əliyyəl himəm, ya muğşiyəz zuləmi ya zəl cudi vəl kərəm, ya kaşifəz zurri vəl ələm, ya munisəl mustəvhişinə fiz zuləm, ya alimən la yuəlləm, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəf`əl bi ma əntə əhluh, ya mənismuhu dəva, və zikruhu şəfa, və taətuhu ğəna, irhəm mən rə`su malihir rəca, və silahuhul buka, subhanəkə la ilahə illa ənt, ya hənnanu ya mənnan, ya bədiəs səmavati vəl ərz, ya zəl cəlali vəl ikram.
Əllahumməc`əlni min əhlil cənnətilləti həşvuhəl bərəkəh, və ummaruhəl məlaikətu məə nəbiyyina Muhəmmədin səlləl-lahu ələyhi və alih, və əbina İb-rahimə ələyhis səlam.
Əllahummə səlli əla Muhəm-mədin və ali Muhəmmədin və əccil fərəcəhum.
Sələvatullahi və məlaikətihi və ənbiyaihi və rusulihi və cə-mii xəlqih, əla Muhəmmədin və ali Muhəmmədin vəs səlamu ələyhi və ələyhim və əla ər-vahihim və əcsadihim, və rəh-mətullahi və bərəkatuh.
Əllahummə səlli əla Muhəm-mədin və ali Muhəmmədinil əvsiyail mərziyyinə biəfzəli sələvatik, və barik ələyhim bi-əfzəli bərəkatik, vəs səlamu ələyhim və əla ərvahihim və əcsadihim, və rəhmətullahi və bərəkatuh.
Əllahummə səlli əla Mu-həmmədin və ali Muhəmmədi-nil əvsiyail mərziyyinə biəfzəli sələvatik, və barik ələyhim biəfzəli bərəkatik, vəs səlamu ələyhi və ələyhim və rəhmətul-lahi və bərəkatuh.