Orijinal Ərəbcə Mətni
يَا مَالِكِي وَ مُمَلِّكِي وَ مُتَغَمِّدِي [مُعْتَمَدِي] بِالنِّعَمِ الْجِسَامِ مِنْ غَيْرِ اسْتِحْقَاقٍ وَجْهِي خَاضِعٌ لِمَا تَعْلُوهُ الْأَقْدَامُ لِجَلالِ وَجْهِكَ الْكَرِيمِ لا تَجْعَلْ هَذِهِ الشِّدَّةَ وَ لا هَذِهِ الْمِحْنَةَ مُتَّصِلَةً بِاسْتِيصَالِ الشَّأْفَةِ وَ امْنَحْنِي مِنْ فَضْلِكَ مَا لَمْ تَمْنَحْ بِهِ أَحَدا مِنْ غَيْرِ مَسْأَلَةٍ أَنْتَ الْقَدِيمُ الْأَوَّلُ الَّذِي لَمْ تَزَلْ وَ لا تَزَالُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي وَ ارْحَمْنِي وَ زَكِّ عَمَلِي وَ بَارِكْ لِي فِي أَجَلِي وَ اجْعَلْنِي مِنْ عُتَقَائِكَ وَ طُلَقَائِكَ مِنَ النَّارِ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
Oxunuşu / Transkripsiya və İzahı
Bil ki, “Dəkkətül-qəza” həzrət Əmirəl-möminin Əli (ə)-ın məsciddə qəzavət və hökm yürütmək üçün oturduğu yerin adıdır. Bu məkanda qısa bir sütun var idi ki, orada bu ayə yazılmışdı: “İnnəllahə yə`muru bil ədli vəl ehsan.” (Allah taala ədalət və yaxşılıqla hökm verir)
“Beytut-təşt” isə Əmirəl-möminin Əli (ə)-ın möcüzə göstərdiyi yerdir. Belə ki, bakirə bir qızın qarnına bir zəli daxil olur. Zəli qızın qanını sorur, nəticədə qızın qarnı böyüyür. Qardaşları qızın hamilə olduğunu güman edib, onu öldürmək qərarına gəlir və qəzavət üçün Əmirəl-möminin Əli (ə)-ın hüzuruna gedirlər. Həzrət əmr edir ki, məscidin bir tərəfinə pərdə çəkib, qızı orada əyləşdirsinlər. Sonra Həzrət Kufə şəhərinin mamasını çağırtdırıb, qızı müayinə etməyi əmr edir. Mama qızı müayinə etdikdən sonra deyir: “Ya Əmirəl-möminin! Qız hamilədir.” Həzrət “ləcən”lə dolu bir teşt gətirilməsini və qızın həmin teştdə əyləşməsini göstəriş verir. Qız teştdə əyləşdikdən sonra zəli “ləcən”in qoxusunu duyub, qızın qarnından çıxır.
Bilmək lazımdır ki, bu məscidin əməllərindəki tərtib bundan ibarətdir:
“Dördüncü sütunun yanındakı əməllərdən sonra məscidin ortasında durub, onun məxsus əməllərini yerinə yetirmək lazımdır. “Dəkkətül-qəza” və “Beytüt-təşt”in əməllərini ən axırda, yəni İmam Sadiq (ə)-ın “dəkkəsi”nin (hökm yürütmək məqsədilə əyləşdiyi məkanın) əməllərindən sonra yerinə yetirilir. Lakin biz burada Seyid ibni Tavusun “Misbahuz-zair”, Əllamə Məclisinin “Biharul-ənvar” və Şeyx Xızrın “Məzar” kitablarındakı tərtiblə əməlləri qeyd edirik. Əlbəttə, məşhur tərtibə əməl etmək istəyənlər “Dəkkətül-qəza” və “Beytüt-təşt” əməllərini dördüncü sütundan, eləcə də axırda, İmam Sadiq (ə)-ın “dəkkəsi”ndən sonra yerinə yetirsin. Bir sözlə, əməlləri belə yerinə yetirin:
“Dəkkətül-qəza”da “Həmd”, yaxud başqa surələri oxumaqla iki rükət namaz qıldıqdan sonra, xanım Fatimə Zəhra (s)-ın təsbihatını zikir edir və sonra deyirsən:
Ey mənim malikim və məni malik edən! Ey məni layiq olmadığım halda böyük nemətlərə qərq edən! Mənim üzüm ayaq altında olanların və Sənin böyüklük və kəramətli zatın müqabilində zəlildir. Bu çətinlik və möhnəti həmişəlik aradan qaldırmaqla yanaşı qərar vermə və Öz lütf və mərhəmətinlə kimsəyə istəmədən bağışlamadıqlarını mənə bağışla! Heç vaxt fani olmayan və olmayacaq (daim olan) ilkin qədim Sənsən. Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, məni bağışla, mənə rəhm et, əməlimi pakla, ömrümü bərəkətli et və məni cəhənnəm odundan qurtulan və azad olanlar zümrəsinə qat! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!
Azərbaycan Dili Tərcüməsi
Ya maliki və muməlliki və mutəğəmmidi (mu`təmədi), bin niəmil cisami min ğəyristihqaqi vəchi, xaziun lima tə`luhul əqdamu licəlali vəchikəl kərim, la təc`əl hazihiş şiddətə və la hazihil mihnəh, muttəsilətən bistisaliş şə`fəh, vəmnəhni min fəzlikə ma ləm təmnəh bihi əhədən min ğəyri məsələh, əntəl qədimul əvvəlulləzi ləm təzəl və la təzal, səlli əla Mu-həmmədin və ali Muhəmməd, vəğfir li vərhəmni, və zəkki əməli və barik li fi əcəli vəc`əl-ni min utəqaikə və tuləqaikə minən nar, birəhmətikə ya ərhəmər rahimin.