Orijinal Ərəbcə Mətni
اللَّهُمَّ بِحَقِّ الْعَرْشِ وَ مَنْ عَلاهُ وَ بِحَقِّ الْوَحْيِ وَ مَنْ أَوْحَاهُ وَ بِحَقِّ النَّبِيِّ وَ مَنْ نَبَّأَهُ وَ بِحَقِّ الْبَيْتِ وَ مَنْ بَنَاهُ يَا سَامِعَ كُلِّ صَوْتٍ يَا جَامِعَ كُلِّ فَوْتٍ يَا بَارِئَ النُّفُوسِ بَعْدَ الْمَوْتِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ آتِنَا وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ فِي مَشَارِقِ الْأَرْضِ وَ مَغَارِبِهَا فَرَجا مِنْ عِنْدِكَ عَاجِلا بِشَهَادَةِ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَ أَنَّ مُحَمَّدا عَبْدُكَ وَ رَسُولُكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ عَلَى ذُرِّيَّتِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ سَلَّمَ تَسْلِيما كَثِيرا
Oxunuşu / Transkripsiya və İzahı
Seyid ibn Tavus “Muhcud-dəəvat” kitabında deyir:- Hədisdə deyilir ki, bir nəfər Şamın zindanında uzun müddət yuxuda həzrət Fatimə Zəhranı(s) görür, həzrət ona buyurur:- Bu duanı oxu! Sonra aşağıdakı duanı ona öyrədir:
İlahi, ərşinin və onun üstündə olanların haqqına, vəhyinin və onu nazil edənin haqqına, peyğəmbərinin və peyğəmbərlik məqamına çatanın haqqına, Kəbənin və onu tikənin haqqına and verirəm, ey bütün səsləri eşidən, ey bütün məhv olanları yığan və ey canları öləndən sonra qaldıran! Məhəmməd və onun Əhli-beytinə salam yetir, bizə və yer üzünün şərq və qərbində olan bütün mömin kişi və qadınlara Öz tərəfindən təcili fərəc (asanlıq və genişlik) ver, “Allah başqa heç bir tanrı yoxdur və həqiqətən, Məhəmməd Sənin bəndən və peyğəmbərindir!” – şəhadətinin haqqına and verirəm. Allahın salamı olsun ona, Əhli-beytinə və pak-pakizə övladlarına, çoxlu və layiqli salam olsun onlara!
Azərbaycan Dili Tərcüməsi
Əllahummə bihəqqil ərşi və mən əlah, və bihəqqil vəhyi və mən əvhah, və bihəqqin nəbiyyi və mən nəbəəh, və bihəqqil bəyti və mən bənah, ya samiə kulli səvtin, ya camiə kulli fəvt, ya bariən nufusi bə`dəl məvt, səlli əla Muhəmmədin və əhli beytih, və atina və cəmiəl mu`mininə vəl mu`minat, fi məşariqil ərzi və məğaribiha, fərəcən min indikə acilən bi şəhadəti ən la ilahə illəllah, və ənnə Muhəmmədin əbdukə və rəsuluk, səlləllahu ələyhi və a-lih, və əla zurriyyətihit təy-yibinət tahirin, və səlləmə təslimən kəsira.