Oxunuşu / Transkripsiya və İzahı
Bismillahir rəhmanir rəhim.
Həmd olsun Allaha ki, səmaları yaratdı və bəndələri dua etməyə səslədi. Allahın salamı olsun ilahi elçilərin seçilmişi, peyğəmbərlərin sonuncusu Hz. Məhəmmədə (ə) və onun zülmət gecədə hidayət çıraqları olan pak Əhli-beytinə, xüsusilə də canişinlərin
Mən, Allahın günahkar bəndəsi Abbas ibni Məhəmmədrza Qummi deyirəm: “Qarşınızdakı bu toplu, gün ərzində yerinə yetirilən bir sıra ibadətlər, bəzi müstəhəb namazlardan sonra deyilən zikirlər, bir sıra dualar, bəzi surələrin təsirləri və s. bu kimi mövzulara şamildir. Mən, bunları toplayıb, Məfatihül-cinana əlavə etdim ki, bu kitab hər cəhətdən kamil olsun. Bu toplunu, “Əl baqiyatus salihat fil əd`iyyəti vəs sələvati vəl məndubat” (dualar, salavatlar və müstəhəb əməllər mövzusunda olan əbədi qalan saleh əməllər” adlandırdım.”Allah taala Qurani-Kərimdə belə buyurur:
“Əbə¬di qa¬lan yax¬şı əməl¬lər isə Rəb¬bi¬nin ya¬nın¬da həm sa¬vab, həm də (Al¬la¬hın mər¬hə¬mə¬ti¬nə) ümid eti¬ba¬ri¬lə daha xeyir¬li¬dir!”
Mən, bu toplunu, altı bölümdə və bir sonluqla tənzimlədim:
Birinci bölüm; gecə-gündüz ərzində yerinə yetirilən bir sıra ibadətlər barəsindədir.
İkinci bölüm; bəzi müstəhəb namazların zikirləri barəsindədir.
Üçüncü bölüm; bədən üzvlərində yaranan ağrılar, qızdırmı, baş ağrısı və s. bu kimi xəstəliklərin aradan qaldırılması üçün rəvayətlərimizdə nəql olunan dua və zikirlər.
Dördüncü bölüm; “Üsuli-kafi” kitabından seçilmiş dualar.
Beşinci bölüm; “Muhcud-dəəvat” və “Müctəna” adlı kitablardan seçilmiş bir sıra dualara.
Altıncı bölüm; bəzi surə və ayələrin təsirləri, bir sıra dualar və müxtəlif ibadətlərin bəyanındadir.
Sonluqda isə ölülər üçün yerinə yetirilən bəzi əməllərdən söhbət açmışıq.
Ümidvaram ki, mömin qardaşlarım və Əmiril-möminin Əlinin (ə) şiələri bu günahkar bəndəni həm həyatda ikən və həm də bu dünyadan köçəndən sonra öz dualarında yad etməyi unutmasınlar.