Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#484

Əqrəblərin və ilanların şərrindən uzaq olmaq üçün başqa bir dua

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

بِسْمِ اللهِ وَ بِاللهِ، وَ صَلَّي اللهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، اَخَذْتُ الْعَقَارِبَ وَالْحَيَّاتِ كُلَّهَا بِاِذْنِ اللهِ تَبَارَكَ وَ تَعَالَى، بِاَفْوَاهِهَا وَ اَذْنَابِهَا، وَ اَسْمَاعِهَا وَ اَبْصَارِهَا، وَ قُوَاهَا عَنّي وَ عَمَّنْ اَحْبَبْتُ اِلَى ضَحْوَةِ النَّهَارِ اِنْشَاءَاللهُ تَعَالَى
سلامُ عَلَى نُوحٍ فِي الْعَالَمينَ، اِنَّا كَذلِكَ نَجْزِي الْمُحْسِنينَ، اِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنينَ
سَلامٌ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَلَى نُوحٍ فِي الْعَالَمينَ

Oxunuşu / Transkripsiya və İzahı

İmam Sadiq (ə) buyurmuşdur ki, gecə olduqda, belə desin:
Allahın adı və Allahın köməyi ilə! Allahın salamı olsun Məhəmməd və Məhəmmədin Əhli-beytinə! Uca və böyük Allahın izni ilə gün doğana qədər bütün əqrəb və ilanların ağız, qulaq, göz və güclərini alıb, özümdən və istədiyim kəslərdən uzaqlaşdırdım, uca Allahın istəyi ilə!
Yenə də əqrəbin sancmasından amanda qalmaq üçün bu dua oxunsun:
Salam olsun aləmlər arasında Nuha! Biz xeyirxahlara belə mükafat verəcəyik. Həqiqətən, o, Bizim mömin bəndələrimizdəndir.
Rəvayət olunmuşdur ki, Hz. Nuh (ə) gəmiyə minmişdi və əqrəbi ona minməkdən qadağan etdi. Əqrəb dedi: “Mən əhd edirəm ki, hər kəs
Salam olsun aləmlər arasında Məhəmmədə, Məhəmmədin Əhli-beytinə və Nuha!
desə, onu sancmayacağam.
Çoxlu hədislərə əsasən, əqrəb və ilanların zəhərini dəf etmək üçün həmin yerə duz sürtmək faydalıdır.

Azərbaycan Dili Tərcüməsi

Bismillahi və billahi və səlləllahu əla Muhəmmədin və alih, əxəztul əqaribə vəl həy-yati kulləha biiznillahi təbarə-kə və təala, biəfvahiha və əzna-biha və əsmaiha və əbsariha, və quvaha ənni və əmmən əhbəbtu ila zəhvətin nəhar, inşaəllahu təala.
Səlamun əla Nuhin fil alə-min, inna kəzalikə nəczil muh-sinin, innəhu min ibadinəl mu`minin.
Səlamun əla Muhəmmədin və ali Muhəmmədin və əla Nuhin fil aləmin.
Əvvəlki: #483. Əqrəbin sancmasından amanda qalmaq üçün dua Bütün Dualar ↑ Növbəti: #485. DÖRDÜNCÜ BÖLÜM “Kafi” kitabından seçilmiş dualar