Oxunuşu / Transkripsiya və İzahı
Bu namazın, hamının yerinə yetirə biləcəyi ən asan və müxtəsər qaydası aşağıdakı kimidir:
Yuxudan oyanan kimi, Allah taalaya səcdə edin və yaxşı olar ki, səcdə halında və ya səcdədən qalxdığınız halda, bu duanı oxuyun:
Məni öldürdükdən sonra dirildən Allaha həmd olsun. Axır dönüş də Onadır. Allaha həmd olsun ki, Ona həmd və pərəstiş etmək üçün ruhumu (bədənimə) qaytardı.
Elə ki, ayağa qalxdın belə de:
İlahi, qiyamət gününün qorxusunda mənə yardımçı ol, qəbrimi genişləndir və öldükdən sonra mənə xeyir əta et!
Xoruzların banlamasın eşitdikdə belə de:
Mələklər və ruhun (Cəbrailin) Rəbbi pak və müqəddəsdir. Sənin rəhmətin qəzəbindən irəlidir. Səndən başqa heç bir tanrı yoxdur. Mən özüm pislik və zülm etmişəm. Elə isə məni bağışla ki, Səndən başqa günahları bağışlayan olmaz. Tövbəmi qəbul et ki, həqiqətən, Sən tövbələri qəbul edən və mehribansan.
Səmaya nəzər saldıqda belə de:
İlahi, həqiqətən, Səni qaranlıq gecə, hündür səma, geniş yer, üst-üstə yığılış zülmət qaranlıqlar və Öz yaratdıqlarından gecə yolçusunun qarşısında ləpələnən dərin dəniz gizlədə bilməz. Gecə ikən Öz yaratdıqlarından istədiyinə lütf və mərhəmət göstərir, göz qırpımları (və yaxud gözlərin xəyanəti) və qəlblərdə gizli olanlardan xəbərdarsan. Ulduzlar batıb, gözlər yuxuya getsə də, Sən diri və əbədisən, nə mürgüləyir, nə də yatırsan. Aləmlərin Rəbbi və elçilərin məbudu olan Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Sonra “Ali-İmran” surəsinin beş ayəsini oxu:
Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır. O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: “Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru. Ey Rəbbimiz! Şübhəsiz, Sən (cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır. Ey Rəbbimiz! Həqiqətən, biz “Rəbbinizə iman gətirin!” – deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür! Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini əta et və bizi qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən, Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan.”
İbadətə başlamamışdan öncə əgər təxəlliyə ehtiyac duyursansa, bu işi yerinə yetir. Bundan sonra əvvəlcə dişlərini fırçala, sonra kamil bir dəstəmaz alıb, özünə ətir vur. Bu işləri yerinə yetirdikdən sonra gecə namazını qılmağa başla. Gecə namazının əvvəl vaxtı gecənin yarısındın başlayır və “Fəcri sadiqə” (sübh namazının vaxtına) yaxınlaşdıqca bu namazın fəziləti daha da artır. Əgər şəxs, şəfəq doğana qədər, gecə namazının yalnız dörd rükətini qılıbsa, qalan dörd rükətini, təkcə “Həmd”i oxuyaraq qılsın və “Həmd”dən sonra müəyyən bir surəni oxumaq lazım deyildir.
Xülasə, səkkiz rükət gecə namazını iki-iki qılmağa başlayın. Gecə namazının birinci iki rükətində “Həmd”dən sonra altmış dəfə “İxlas” surəsini oxumaq tövsiyə olunur, yəni, hər rükətdə otuz dəfə “İxlas” surəsini oxuyacaqsınız. Bu iki rükət namazı qılıb, qurtardıqda sən, Allah taalanın dərgahında bütün günahlardan pak olacaqsan. Həmçinin, bu nafilələrin birinci rükətində “Həmd”dən sonra “İxlas” və ikinci rükətində “Kafirun” surələrini də oxuya bilərsiniz. Qalan altı rükətdə isə “Həmd”dən sonra istədiyiniz surələri oxuya bilərsiniz. Nafilə namazlarında “Həmd” və “İxlas” surəsini də oxumaq kifayətdir və təkcə “Həmd” surəsini də oxumaq olar. Vacib namazlarda qunut tutmaq müstəhəb olduğu kimi, nafilə namazlarının ikinci rükətlərində də qunut tutmaq müstəhəbdir. Qunutda üç dəfə “Subhanəllah” demək kifayətdir və bu duanı da oxumaq tövsiyə olunur:
İlahi, bizi bağışla, bizə rəhm et, bizə sağlamlıq ver, dünya və axirətdə günahlarımızdan keç ki, həqiqətən, Sən hər bir şeyə qadirsən!
Yaxud da bu dua:
Ey Rəbbim, bağışla, rəhm et və bildiklərindən keç. Çünki Sən daha əziz, daha böyük və daha kəramətlisən!
Rəvayət olunur ki, Hz. İmam Musa Kazim (ə) gecə vaxtı mehrabında ibadətlə məşğul olduğu vaxt, qunutda bu duanı oxuyardı: “Əllahummə innəkə xələqtəni səviyya...” Bu dua, “Səhifətun Səccadiyyə”nin əllinci duasıdır.
Səkkiz rükət gecə namazını qıldıqdan sonra iki rükət Şəf və bir rükət Vətr namazını qılsın. Bu namazlarda “Həmd”dən sonra “İxlas” surəsini oxusanız, sanki Quranı xətm etmisiniz. Çünki “İxlas” surəsi, Quranın üçdə birinə bərabərdir və bu surəni üç dəfə oxumaq, Quranı xətm etmək sayılır. Yaxud da Şəf namazının birinci rükətində “Həmd”dən sonra “Nas” və ikinci rükətində “Fələq” surələrini oxuyun. Şəf namazını qılıb, qurtardıqdan sonra aşağıdakı duanı oxumaq müstəhəbdir: “İlahi təərrəzə ləkə fi hazəl ləylil mutəərrəzun...” Bu dua, “Məfatihul-cinan”da Şaban ayının on beşinci gecəsinin əməlləri bölümündə kamil şəkildə qeyd edilibdir. Şəf namazından sonra bir rükət Vətr namazını qılmağa hazırlaşın. Bu namazda “Həmd”dən sonra “İxlas” surəsini və ya üç dəfə “İxlas” və müəvvəzətəyni, yəni, “Fələq” və “Nas” surələrini oxuyun. “Həmd” və surədən sonra qunut tutun və istədiyiniz duaları edin. Şeyx Tusi buyurubdur: “Vətr namazının qunutunda oxunan duaları saymaqla qurtarmaq olmaz... “ Vətr namazının qunutunda Allahın xövfündən və Onun əzabının qorxusundan ağlamaq müstəhəbdir. Həmçinin ağlaya-ağlaya mömin qardaşının adını çəkib, onlar üçün dua etmək də müstəhəbdir. Şübhəsiz ki, qırx mömin şəxs üçün dua edən şəxsin öz duası da müstəcab olar. Möminlər üçün istədiyiniz duaları edə bilərsiniz. Şeyx Səduq “Fəqih” adlı kitabında buyururdur: Hz. Rəsulillah (s.ə.s.) Vətr namazının qunutunda bu duanı oxuyardı:
İlahi! Hidayət etdiyin şəxslərlə birlikdə məni də hidayət et, afiyət verdiyin şəxslərlə birlikdə mənə də afiyət ver, rəhbərlik etdiyin şəxslərlə birlikdə mənə də rəhbərlik et. Mənə əta etdiklərinə bərəkət ver və məni müqəddər etdiklərinin şərindən qoru ki, hökmran Sənsən və heç kim Sənə hökm verə bilməz. Sən bütün eyiblərdən pak və uzaqsan. Ey Kəbənin Rəbbi! Səndən bağışlanma diləyir, Sənə doğru qayıdır, Sənə iman gətirir və təvəkkül edirəm. Səndən başqa güc və qüdrət yoxdur, ey mehriban!
Yaxşı olar ki, yetmiş dəfə deyəsən:
Rəbbim Allahdan bağışlanma diləyir və tövbə edib Ona doğru qayıdıram.
Yaxşı olar ki, dua etmək üçün sol əlini yuxarı qaldırasan və sağ əlinlə sayasan. Hədisdə deyilir ki, Hz. Rəsulullah (s.ə.s) Vətr namazında yetmiş dəfə istiğfar etdikdən sonra, yetmiş dəfə deyərdi:
Bu, cəhənnəm atəşindən Sənə pənah gətirən şəxsin yeridir!
Başqa bir hədisdə İmam Zeynulabidinin (ə) səhərlər Vətr namazında üç yüz dəfə:
Əfv diləyirəm, əfv diləyirəm.
deməsi nəql olunur.
Bundan sonra de:
Ey Rəbbim, məni bağışla, mənə rəhm et və tövbəmi qəbul et ki, həqiqətən, Sən tövbəni qəbul edən, bağışlayan və mehribansan.
Qunutu uzatmaq daha yaxşı olar. Qunutu bitirib rükuya gedib başını qaldırdıqdan sonra Şeyxin “Təhzib” kitabında İmam Musa Kazimdən (ə) nəql etdiyi bu duanı oxu:
Bu, yaxşılığı Sənin tərəfindən bir nemət, günahları böyük olan və onların bağışlanması üçün Sənin rəhmət və mehribanlığından başqa bir yol olmayan şəxsin yeridir. Həqiqətən, Sənin göndərdiyin Peyğəmbərinə (Allahın salamı olsun ona və Əhli-beytinə) nazil olan kitabında buyurmusan: “Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” Mən isə çox yatıb, az oyaq qaldım. İndi də səhər çağıdır və mən Səndən özünə zərər və fayda verə bilməyən, ölüb-dirilmək və qiyamətin bərpasına gücü çatmayan şəxs kimi, bağışlanma diləyirəm.
Səcdəyə gedib namazı bitirsin və salamdan sonra Hz. Zəhranın (s) təsbihini çevirsin və desin:
Həmd sübhün Rəbbinə məxsusdur. Həmd sübhü açana məxsusdur.
Sonra desin:
Malik, pakizə, qadir və hikmət sahibi olan Rəbbim bütün eyiblərdən pak və uzaqdır.
Daha sonra üç dəfə desin:
Ey diri, ey əbədi, ey xeyirxah, ey mehriban, ey ehtiyacsız, ey kəramət sahibi! Gəliri çox, ruzisi bol və sonu mənim üçün xeyirli olan ticarətdən mənə ruzi ver. Həqiqətən, sonu yaxşı olmayanların xeyri də olmaz!
Bunların hamısından sonra bu hüznlü duanı oxumaq tövsiyə olunur: “Unacikə ya məvcudu fi kulli məkan...” Sonra səcdəyə gedib, beş dəfə: “Subbuhun quddusun rəbbul məlaikəti vər ruh” duasını oxusun.
Daha sonra əyləşib, “Ayətəl-kürsi”ni oxuyun və bir daha səcdəyə gedib, əvvəlki zikirləri beş dəfə deyin.
Sonra iki rükət sübh namazının nafiləsini qılmaq üçün ayağa qalxın. Birinci rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini və ikinci rükətdə “İxlas” surəsini oxuyun. Namazın salamlarını dedikdən sonra, sağ tərəfi üstə və üzü qibləyə tərəf, yəni, cənazə qəbrə qoyulduğu qaydada uzanın və sağ yanağınızı sağ əlinizin üstünə qoyub, bu sözləri deyin:
Allahın möhkəm və qırılmaz kəndirindən tutdum. Allahın möhkəm ipindən yapışdım. Ərəb və qeyri-ərəb fasiqlərinin şərindən Allaha pənah aparıram. Cin və insanlardan olan fasiqlərin şərindən Allaha pənah aparıram.
Daha sonra üç dəfə bu zikirləri deyin:
Sübhün Rəbbi və sübhü açan bütün eyiblərdən pak və uzaqdır.
Zikirləri dedikdən sonra “Ali-İmran” surəsinin “İnnə fi xəlqis səmavati vəl ərzi...” ayəsindən başlayaraq, beş ayəni oxuyun. Sonra əyləşin və Hz. Zəhranın (s) təsbihini deyin. “Mən la yəhzuruhul fəqih” adlı kitabda rəvayət olunur ki, hər kim sübh namazının nafiləsi ilə sübh namazı arasında Məhəmməd və ali Məhəmmədə yüz dəfə salavat göndərsə, Haqq taala onun üzünü cəhənnəm odundan qoruyar. Və hər kim yüz dəfə
Böyük Rəbbim bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur. Rəbbim Allahdan bağışlanma diləyir və tövbə edib Ona doğru qayıdıram.
sözlərini desə, Haqq taala cənnətdə onun üçün bir ev ucaldar və hər kim iyirmi bir dəfə “İxlas” surəsini oxusa, Haqqq taala cənnətdə onun üçün bir ev ucaldar və bu surəni qırx dəfə oxuyan şəxsi isə bağışlayar.
Qeyd etməliyəm ki, gecə namazından sonra “Səhifetun Səccadiyyə”nin otuz ikinci duasını oxumaq da tövsiyə olunur: “Əllahummə ya zəl mulkil mutəəbbidi bil xulud...” Sonda şükür səcdəsi edin və öz mömin qardaşlarınız üçün dua edin. Həmçinin “Şükür səcdəsinin duaları” hissəsində qeyd etdiyimiz “Əllahummə rəbbəl fəcri...” duasını da oxuyun. Din qardaşlarımdan acizanə təmənnam budur ki, mən, üzüqara və günahkar bəndə üçün də dua edəsiniz, çünki duaya böyük ehtiyacım vardır.
Vəllahul muvəffiq (İnsana müvəffəqiyyət qazandıran, yalnız Allahdır).
Azərbaycan Dili Tərcüməsi
Əl həmdu lillahilləzi əhyani bə`də ma əmanəti, və iləhin nuşur, əl həmdu lillahilləzi rəddə ələyyə ruhi liəhmədəhu və ə`budəh.
Əllahummə əinni əla həvlil muttələ`, və vəssi` ələyyəl məz-cəə vərzuqni xəyrə ma bə`dəl məvt.
Subbuhun quddus, rəbbul məlaikəti vər ruh, səbəqət rəhmətukə ğəzəbək, la ilahə illa ənt, əmiltu suən və zələmtu nəfsi fəğfir li, innəhu la yəğfiruz zunubə illa ənt, fətub ələyyə innəkə əntət təvvabur rəhim.
Əllahummə innəhu la yuvari minkə ləylun sac, və la səmaun zatu əbrac, və la ərzun zatu mihad, və la zulumatun bə`zu-ha fəvqə bə`z, və la bəhrun lucciyyun tudlicu bəynə yədəyil mudlici min xəlqik, tudlicur rəhmətə əla mən təşau min xəlqik, tə`ləmu xainətəl ə`yuni və ma tuxfis sudur, ğarətin nucum və namətil uyun, əntəl həyyul qəyyum, la tə`xuzuhu sinətun və la nəvm, subhanəl-lahi rəbbil aləmin, və ilahil mursəlin, vəl həmdu lillahi rəbbil aləmin.
Xəlqis səmavati vəl ərz, vəxtilafil ləyli vən nəhar ləaya-tin liulil əlbab, əlləzinə yəzku-runəllahə qiyamən və quudan və əla cunubihim, və yətəfək-kərunə fi xəlqis səmavati vəl ərz, rəbbəna ma xələqtə haza batila, subhanəkə fəqina əza-bən nar, rəbbəna innəkə mən tudxilin narə fəqəd əxzəytəh, və ma liz zaliminə min ənsar, rəbbəna innəna səmi`na muna-diyən lil imani ən aminu birəbbikum fəamənna, rəbbəna fəğfir ləna zunubəna, və kəffir ənna səyyiatina, və təvəffəna məəl əbrar, rəbbəna və atina ma vəədtəna əla rusulik, və la tuxzina yəvməl qiyaməti innəkə la tuxliful miad.
Əllahumməğfir ləna vər-həmna və afina və`fu ənna fid dunya vəl axirəh, innəkə əla kulli şəy`in qədir.
Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləm, innəkə əntəl əəzzul əcəllul əkrəm.
Əllahumməhdini fimən hə-dəyt, və afini fimən afəyt, və təvəlləni fimən təvəlləyt, və barik li fima ə`təyt, və qini şərrə ma qəzəyt, fəinnəkə təqzi və la yuqza ələyk, subhanəkə rəbbəl bəyt, əstəğfirukə və ətubu iləyk, u`minu bikə və ətəvəkkəlu ələyk, və la həvlə və la quvvətə illa bikə ya rəhim.
Əstəğfirullahə rəbbi və ətu-bu iləyh.
Haza məqamul aizi bikə mi-nən nar.
Əl əfvə əl əfv.
Rəbbiğfir li vərhəmni, və tub ələyyə innəkə əntət təvvabur rəhim.
Haza məqamu mən həsəna-tuhu ni`mətun mink, və şuk-ruhu zəifun zənbuhu əzim, və ləysə lizalikə illa rifqukə və rəhmətuk, fəinnəkə qultə fi kitabikəl munzəli əla nəbiyyi-kəl mursəl, səlləllahu ələyhi və alih, kanu qəlilən mənəl ləyli ma yəhcəun, və bil əsharihim yəstəğfirun, talə hucui və qəllə qiyami, və hazəs səhəru və ənə əstəğfirukə lizunubi, istiğfarə mən la yəcidu linəfsihi zərrən və la nəf`a, və la məvtən və la həyatən və la nuşura.
Əl həmdu lirəbbis səbah, əl həmdu lifaliqil isbah.
Subhanə rəbbiyəl məlikil quddusil əzizil həkim.
Ya həyyu ya qəyyum, ya bərru ya rəhim, ya ğəniyyu ya kərim, urzuqni minət ticarəti ə`zəməha fəzlən və əvsəəha riz-qa, və xəyrəha li aqibəh, fəinnəhu la xəyrə fima la aqibətə ləh.
İstəmsəktu biurvətillahil vusqəlləti lənfisamə ləha, və`-təsəmtu bihəblillahil mətin, və əuzu billahi min şərri fəsəqətil ərəbi vəl əcəm, və əuzu billahi min şərri fəsəqətil cinni vəl ins.
Subhanə rəbbis səbahi faliqil isbah.
Subhanə rəbbiyəl əzimi və bihəmdih, əstəğfirullahə rəbbi və ətubu iləyh.