Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#208

Gecənin namazları

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

1-ci gecə: Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra on beş dəfə “İxlas” surəsi.
2-ci gecə: Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi dəfə “Qədr” surəsi.
3-cü gecə: On rükət. Hər rükətdə “Həmd”dən sonra əlli dəfə “İxlas” surəsi.
4-cü gecə: Səkkiz rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi dəfə “Qədr”surəsi.
5-ci gecə: İki rükət. Hər rükətdə “Həmd”dən sonra əlli dəfə “İxlas” surəsini, salamdan sonra isə yüz dəfə salavat.
6-cı gecə. Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra “Mulk” surəsi.
7-ci gecə. Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra on üç dəfə “Qədr” surəsi.
8-ci gecə. İki rükət. Hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas”surəsi, salamdan sonra isə min dəfə “Subhanəllah”.
9-cu gecə. Altı rükət. Məğrib aə işa namazının arasında; hər rükətdə “Həmd”dən sonra yüz dəfə “Ayətəl-kürsi” namazları qurtardıqdan sonra isə əlli dəfə salavat.
10-cu gecə. İyirmi rükət. Hər rükətdə “Həmd”dən sonra otuz dəfə “İxlas” surəsi.
11-ci gecə. İki rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi dəfə “Kövsər” surəsi.
12-ci gecə. Səkkiz rükət. Hər rükətdə “Həmd”dən sonra otuz dəfə “Qədr” surəsi.
13-cü gecə. Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi beş dəfə “İxlas”surəsi.
14-cü gecə. Altı rükət. Hər rükətdə “Həmd”dən sonra otuz dəfə “Zəlzələ” surəsi.
15-ci gecə. Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra yüz dəfə “İxlas” surəsi, ikinci iki rükətdə isə əlli dəfə.
16-cı gecə. On iki rükət. Hər rükətdə “Həmd”dən sonra on iki dəfə “Təkasur” surəsi.
17-ci gecə. İki rükət. Hər rükətdə “Həmd” və istənilən surə ilə, ikinci rükətdə isə “Həmd”dən sonra yüz dəfə yüz dəfə “İxlas”surəsi və salamdan sonra yüz dəfə “La ilahə illəllah”
18-ci gecə. Dörd rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi beş dəfə “Kövsər” surəsi.
19-cu gecə. Əlli rükət. “Həmd” və əlli dəfə “Zəlzələ” surəsi. Hər rükətdə bir dəfə oxunması güman edilir. Çünki bir gecədə iki min beş yüz dəfə “Zəlzələ” surəsini oxumaq çətindir.
20, 21, 22, 23 və 24-cü gecələr: Hər gecədə istənilən surə ilə səkkiz rükətdir.
25 ci gecə: Səkkiz rükət, hər rükətdə “Həmd”dən sonra on dəfə “İxlas” surəsi.
26-cı gecə. Səkkiz rükətdir. Hər rükətdə “Həmd”dən sonra yüz dəfə “İxlas” surəsi.
27-ci gecə. Dörd rükətdir. Hər rükətdə “Həmd”dən sonra “Mulk” surəsi, əgər bacarmasa iyirmi dəfə “İxlas” surəsi.
28-ci gecə. Altı rükət. Hər rükətdə “Həmd”dən sonra yüz dəfə “Ayətül-kürsi”, yüz dəfə “İxlas” və yüz dəfə “Kövsər” surəsini oxumaq lazımdır. Namazdan sonra yüz dəfə Məhəmməd və ali Məhəmmədə salavat göndərmək.
Müəllif deyir: Mənim rəvayətlərdən tapdığıma görə 28-ci gecənin namazı belədir: Altı rükət namaz “Həmd”, on dəfə “Ayətül-kürsi”, on dəfə “Kövsər”, on dəfə “İxlas” surəsi və yüz dəfə Peyğəmbər (s)-ə salavat göndərməkdir.
29-cu gecə. İki rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi dəfə “İxlas” surəsi.
30-cu gecə. On iki rükət. Hər rükətdə “Həmd”dən sonra iyirmi dəfə “İxlas”surəsi, qurtardıqdan sonra isə yüz dəfə salavat göndərməlidir.
Bu namazların hamısı iki rükət-iki rükət qılınır.
Əvvəlki: #207. Sonluq Ramazan ayının gecələrinin namazları və məşhur gündəlik duaları Bütün Dualar ↑ Növbəti: #209. Gündəlik dualar