Orijinal Ərəbcə Mətni
وَ ذَا النُّونِ إِذْ ذَهَبَ مُغَاضِبا فَظَنَّ أَنْ لَنْ نَقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَنْ لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ عِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لا يَعْلَمُهَا إِلا هُوَ وَ يَعْلَمُ مَا فِي الْبَرِّ وَ الْبَحْرِ وَ مَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلا يَعْلَمُهَا وَ لا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَ لا رَطْبٍ وَ لا يَابِسٍ إِلا فِي كِتَابٍ مُبِينٍ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَفَاتِحِ الْغَيْبِ الَّتِي لا يَعْلَمُهَا إِلا أَنْتَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَنْ تَفْعَلَ بِي كَذَا وَ كَذَا اللَّهُمَّ أَنْتَ وَلِيُّ نِعْمَتِي وَ الْقَادِرُ عَلَى طَلِبَتِي تَعْلَمُ حَاجَتِي فَأَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِهِ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلامُ لَمَّا قَضَيْتَهَا لِي
Oxunuşu / Transkripsiya və İzahı
Sonra məğrib və işa namazlarının arasında “Ğüfeylə” namazını qıl. O, iki rükətdən ibarətdir; birinci rükətdə “Həmd”dən sonra bu ayəni oxuyursan:
Zənnunu (balığ yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: “(Ey Allah!) Səndən başqa məbud yoxdur, Sən (bütün eyib və nöqsanlardan) pak və uzaqsan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam. Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə belə nicat veririk.
İkinci rükətdə isə “Həmd”dən sonra aşağıdakı ayəni oxumaq lazımdır:
Qeyb xəzinələrinin (“ol!” kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür.
Qunutda isə belə deməlisən:
İlahi, Səndən başqa heç kimin bilmədiyi qeyb açarlarının (xəzinələrinin) haqqını and verib istəyirəm ki, Məhəmməd və onun Əhli-beytinə salam yetir və mənə qarşı belə və belə et!
Kəza və kəza sözlərinin yerinə Allah taaladan öz istəklərini dilə və daha sonra de:
İlahi, mənim nemət sahibim, mənim istəyimi yerinə yetirməyə qadir olan Sənsən! Sən mənim istək və hacətimi bilirsən. Səni Məhəmməd və onun Əhli-beytinin (ona və onlara salam olsun) haqqını and verib istəyirəm ki, istək və hacətimi yerinə yetirəsən.
Sonra hacətlərini tələb et. Rəvayət görə, hər kəs bu namazı qılıb hacətlərini istəsə, Allah taala onun hacətlərini tezliklə verər.
Azərbaycan Dili Tərcüməsi
Və zənnuni iz zəhəbə muğa-zibən fəzənnə ən lən nəqdirə ələyh, fənada fiz zulumati ən la ilahə illa ənt, subhanəkə inni kuntu minəz zalimin, fəstəcəb-na ləhu və nəccəynahu minəl ğəmm, və kəzalikə nuncil mu`-minin.
Və indəhu məfatihul ğəybi la yə`ləmuha illa hu, və yə`ləmu ma fil bərri vəl bəhr, və ma təsqutu min vərəqətin illa yə`ləmuha, və la həbbətin fi zulumatil ərz, və la rətbin və la yabisin illa fi kitabin mubin.
Əllahummə inni əs`əlukə bi-məfatihil ğəybil ləti la yə`lə-muha illa əntə ən tusəlliyə əla Muhəmmədin və alihi vəən tə-fələ bi kəza və kəza.
Əllahummə əntə vəliyyu ni`-məti, vəl qadiru əla təlibəti tə`ləmu hacəti, fə əs`əlukə bihəqqi Muhəmmədin və alihi ələyhi və ələyhimus səlam, ləmma qəzəytəha li.