Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#2

HƏMD SURƏSİ

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

بسم الله الرحمن الرحيم
الحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِين .1. الرَّحْمَانِ الرَّحِيمِ .2. مَالِكِ يَومِ الدِّينِ .3. اِيَّاكَ نَعْبُدُ وَ ايّاكَ نَسْتَعِينَ .4. أِهْدِنَا الصِّرَاطَ المُسْتِقِيمَ .5. صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِم غَيْرِ المَغْضُوبِ عَلَيْهِم وَ لا الضَّالِّينَ

Oxunuşu / Transkripsiya və İzahı

1. Bağışlayan və mehriban Allahın adı ilə.
2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.
4. Cəza gününün sahib və hökmdarına.
5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və hə¬min yolda dayanıqlı) et!
7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdi¬yin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!

Azərbaycan Dili Tərcüməsi

Bismillahir rəhmanir rəhim
Əlhəmdu lillahi rəbbil aləmin 1. Ərrəhmanir rəhim 2. Maliki yəvmid din 3. İyyakə nə`budu və iyyakə nəstəin 4. İhdinəs siratəl mustəqim 5. Siratəlləzinə ən`əntə ələyhim ğəyril məğzubi ələyhim vələz zallim 6.
Əvvəlki: #1. GİRİŞ Bütün Dualar ↑ Növbəti: #3. AYƏTƏL-KÜRSİ