Orijinal Ərəbcə Mətni
سُبْحَانَ اللهِ وَلا اِلَهَ اِلاَّ اللهُ، وَالْحَمْدُ للهِِ الَّذي لَمْ يَتَّخِذْ صَاحِبَةً وَلا وَلَداً، وَلَمْ يَكُنْ لَـهُ شَريكٌ فِـي الْمُلْكِ، وَلَمْ يَكُنْ لَهُ وَلِيٌ مِنَ الذُّلِ، وَكَبِّرْهُ تَكْبيراً
اَللَّـهُمَّ اِنّي ضَعيفٌ فَقَوِّ في رِضَاكَ ضَعْفي، وَخُذْ اِلَي الْخَيْرِ بِنَاصِيَتي، وَاجْعَلِ الاْيمَانَ مُنْتَهَى رَضَايَ، وَبَارِكْ لي، فيمَا قَسَمْتَ لي وَبَلِّغْني بِرَحْمَتِكَ كُلَّ الَّذي اَرْجُو مِنْكَ، وَاجْعَلْ لي وُدّاً وَسُرُوراً لِلْمُؤْمِنينَ، وَعَهْداً عِنْدَكَ
اَللَّـهُمَّ رَبَّ هاذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلوةِ الْقَائِمَةِ، بَلِّغْ مُحَمَّداً صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ الدَّرَجَةَ، وَالْوَسيلَةَ وَالْفَضْلَ وَالْفَضيلَةَ، بِاللهِ اَسْتَفْتِحُ وَبِاللهِ اَسْتَنْجِحُ، وَبِمُحَمَّدٍ صَلَّي اللهُ عَلَيْهِ وَآلِهِ اَتَوَجَّهُ، اَللَّـهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَاجْعَلْني بِهِمْ عِنْدَكَ وَجيهاً فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبينَ
وَتَقَبَّلْ شَفَاعَتَهُ وَارْفَعْ دَرَجَتَهُ
اَللَّـهُمَّ دَعَوْتَني فَاَجَبْتُ، دَعْوَتَكَ، وَصَلَّيْتُ مَكْـتُوبَتَكَ، وَانْتَشَرْتُ في اَرْضِكَ كَمَا اَمَرْتَني ، فَاَسْئَلُكَ مِنْ فَضْلِكَ الْعَمَلَ بِطَاعَتِكَ، وَاجْتِنَابِ مَعْصِيَتِكَ، وَالْكَفَافَ مِنَ الرِّزْقِ بِرَحْمَتِكَ
Oxunuşu / Transkripsiya və İzahı
Günəş doğan çağı beşinci fəsildə gətiriləcək duaları oxuyun. Tövsiyə olunur ki, günün əvvəlində azda olsa, sədəqə verilsin. Zöhrdən qabaq zöhr namazına hazırlaşın. Zöhr namazından qabaq “Qeylulə” yuxusuna getmək tövsiyə olunur. Belə ki, bu yuxu, oruc tutan şəxsin bədəninin qüvvətlənməsinə və həmçinin gecə vaxtı ibadət etməyə yardım göstərir. Lakin zöhr namazı üçün oyanmağa səy göstərilməlidir. Oyandıqdan sonra dəstəmaz alıb, məscidə get. Məscidin təhiyyət namazını qıldıqdan sonra, namaz vaxtı yetişməyibdirsə, vaxtın girməyini gözlə. Günorta vaxtı olan kimi, ilk növbədə bu duanı oxumaq müstəhəbdir:
Allah bütün eyiblərdən pak və uzaqdır. Allahdan başqa heç bir tanrı yoxdur. Həmd-səna Özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil!
Belə rəvayət olunur ki, həzrət İmam Məhəmməd Baqir (ə) Məhəmməd ibni Müslimə buyurdu: “Bu duanı, öz gözlərin kimi qoru!”
Əgər dəstəmazlı deyilsənsə, əvvəldə qeyd etdiyimiz dəstəmaz qaydalarına riayət edərək, dəstəmaz al. Sonra zöhr namazının nafilələrini qıl. Zöhr namazının nafilələri səkkiz rükətdir. Bu nafilələrdən birinci iki rükəti üçün niyyət et və əvvəldə şərh verdiyimiz yeddi təkbir və oxunan duaları da yerinə yetir. Təkbirətül-ehramdan sonra “İstiazə” kəlməsini (yəni, ə`uzu billahi minəş şəytanir rəcim) dedikdən sonra, birinci rükətdə “Həmd” və “İxlas” surələrini və ikinci rükətdə “Həmd” və “Kafirun” surələrini oxu. Bu iki rükət nafilə namazını qılıb, qurtardıqdan sonra üç təkbir de və Hz. Fatimənin (s.ə.) təsbihini yerinə yetir. Daha sonra bu duanı oxu:
İlahi! Mən zəif və acizəm, Öz razılığınla zəiflik və acizliyimi qüvvətə çevir, məni xeyir işlərə doğru yönəlt və imanımı öz razılığımın son həddinə çatdır. Mənə nəsib etdiklərinə bərəkət ver, Öz rəhmətinlə məni Səndən istədiklərimə yetir, mənə məhəbbət, möminlərə sevinc və Öz tərəfindən əhd-peyman əta et.
Sonra ayağa qalx və ikinci iki rükət nafilə namazını əvvəlki qaydada qıl, bir fərqlə ki, əvvəldə deyilən altı təkbiri ixtisara sal. Bu iki rükət nafilə namazını qılıb qurtardıqdan sonra, yenə də ayağa qalx və daha iki rükət nafilə namazını qıl. Bu dörd rükət nafilədən sonra əvvəlki duanı oxu və Hz. Fatimənini (s.ə.) təsbihini yerinə yetir. Axırda qalan iki rükət nafilə namazını isə azan ilə iqamə arasında qıl. Namazın iqaməsini dedikdən sonra bu duanı oxu:
İlahi, ey bu kamil dəvət və bərpa olunmuş namazın Rəbbi! Məhəmmədə (Allahın salamı olsun ona və Əhli-beytinə) dərəcə, “vəsilə” məqamı, şərəf və fəzilət əta et! Allaha xatir namaza başlayır, Allahdan səadət və qurtuluş diləyir və Məhəmmədə (Allahın salamı olsun ona və Əhli-beytinə) üz tuturam! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, onların vasitəsilə Öz dərgahında, dünya və axirətdə məni üzüağ et və yaxın bəndələrindən qərar ver!
Sonra zöhr namazını qıl və bu namazda da sübh namazında bəyan etdiyimiz qaydalara riayət et. Zöhr namazında “Bismillahir...” cümləsindən başqa bütün sözləri yavaş oxu. Bu namazın birinci rükətində “Həmd”dən sonra “Qədr” surəsini və ikinci rükətində isə “İxlas” surəsini oxumaq daha yaxşıdır. Zöhr namazının iki rükətini qılıb, təşəhhüdü dedikdən sonra bu zikri de:
Onun şəfaətini qəbul et və dərəcəsini yüksəlt!
Sonra ayağa qalx və üç dəfə “Təsbihati ərbəəni” de. Bu təsbihatdan sonra qürbətən iləllah istiğfar etmək də bəyənilir. Daha sonra əvvəldə şərh verildiyi qaydada, rüku və səcdələri yerinə yetir. Ayağa qalx və dördüncü rükəti də üçüncü rükət kimi, yerinə yetir və namazın sonunda təşəhhüd və salamları de. Namazdan sonra namazın təqibatlarını yerinə yetir və təqibatların əvəlində deyilən o üç təkbiri də de. Bu vaxt əvvəldə qeyd etdiyimiz “La ilahə illəllahu ilahən vahida...” duasını sona qədər oxu. Daha sonra Hz. Zəhranın (ə) təsbihini çək və sübh namazından sonra oxunan müştərək təqibatlardan hansını istəyirsənsə, burada oxu. Müştərək təqibatlardan sonra isə zöhr namazının xüsusi təqibatlarını yerinə yetir. Qeyd etmək lazımdır ki, zöhr namazının xüsusi təqibatının sayı çoxdur və mən, onlardan bəzisini “Hədiyyətuz-zairin” və “Məfatihul-cinan” adlı kitablarımda qeyd etmişəm və burada onları qeyd etməyə lüzum görmürəm. Təqibatlardan sonra şükür səcdəsi et. Zöhr namazının təqibatarını yerinə yetirdikdən sonra isə əsr namazını qılmağa hazırlaş.
Əvvəlcə əsr namazının nafilələrini qıl və bu nafilələr də zöhr namazının nafilələri kimi, səkkiz rükətdir. Nafilələrdən sonra əvvəlki qaydada əsr namazını qıl. Əsr namazının birinci rükətində “Həmd”dən sonra “Nəsr” və ya “Təkasur” və s. bu kimi başqa surələri oxumaq tövsiyə olunur. İkinci rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsini oxuyun. Əsr namazını qılıb, qurtardıqdan sonra isə istədiyin müştərək təqibatları oxuya bilərsən. Müştərək təqibatlardan sonra əsr namazının xüsusi təqibatlarını yerinə yetir, o cümlədən, yetmiş dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” duasını və on dəfə “Qədr” surəsini oxu. Təqibatlardan sonra şükür səcdəsinə get. Məsciddən xaric olduğun vaxt isə bu duanı oxu:
İlahi, məni dəvət edibsən, mən Sənin dəvətini qəbul etdim, vacib buyurduğun namazı qıldım, mənə əmr etdiyin kimi, yer üzünü (ruzi qazanmaq üçün) gəzib-dolandım. Öz fəzlindən Sənə itaət, itaətsizlikdən çəkinmək və kifayət qədər ruzi diləyirəm. Sənə and verirəm Öz rəhmətini!
Azərbaycan Dili Tərcüməsi
Subhanəllahi və la ilahə illəllah, vəl həmdu lillahilləzi ləm yəttəxiz sahibətən və la vələda, və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira.
Əllahummə inni zəifun fə-qəvvi fi rizakə zə`fi, və xuz iləl xəyri binasiyəti, vəc`əlil imanə muntəha rizay, və barik li fima qəsəmtə li, və bəlliğni birəh-mətikə kulləlləzi ərcu mink, vəc`əl li vuddən və sururən lil mu`minin, və əhdən indək.
Əllahummə rəbbə hazihid də`vətit tamməh, vəs səlatil qaiməh, bəlliğ Muhəmmədən səlləllahu ələyhi və alihid də-rəcətə vəl vəsiləh, vəl fəzlə vəl fəziləh, billahi əstəftihu və billahi əstəncih, və bi Muhəm-mədin və alihi ətəvəccəh, Əlla-hummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni bi-him indəkə vəcihən fid dunya vəl axirəh, və minəl mu-qərrəbin.
Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəh.
Əllahummə dəəvtəni fəə-cəbtu də`vətək, və səlləytu məktubətək, vəntəşərtu fi ərzikə kəma əmərtəni, fəəs`ə-lukə min fəzlikəl əmələ bitaə-tik, vəctinabə mə`siyətik, vəl kəfafə minər rizqi birəhmətik.