Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#335

İmam Zamanın (ə.c) başqa ziyarətnaməsi

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Bu ziyarətnaməni Seyid İbni Tavus nəql etmişdir. O buyurmuşdur: “İki rükət namaz qıldıqdan sonra “Səlamullahil kamilut tammul şamil...” cümləsi ilə başlanan bu ziyarətnaməni axıradək oxu!” Biz, bu ziyarətnaməni yeddinci fəslin birinci hissəsində imam Zamana (ə.c) istiğasə olunan bir dua kimi, “Kəlim Təyyib”dən nəql etmişik. Bu ziyrətnaməni oxumaq istəyənlər həmin hissəyə müraciət edə bilərlər.
Müəllif deyir: “Seyid İbni Tavus “Misbahuz-zair” adlı kitabında o müqəddəs sərdabanın ziyarəti və orada yerinə yetirilən ibadətlər barəsində ayrıca bir fəsildə söhbət açmış və orada, imam Zaman (ə.c) üçün altı ziyarətnamə qeyd etmişdir. Bu ziyarətnamələrdən sonra o, buyurmuşdur: “Nüdbə duası və imam Zamanın (ə.c) hər gün sübh namazından sonra oxunan ziyarətnaməsi də bu fəslə daxildir və bu ziyarətnamə o həzrətin yeddinci ziyarətnaməsi sayılır. Həmçinin, imam Zamanın (ə.c) qeybəti dövründə oxununan “Əhd” duası və o mütəhhər hərəmlə vidalaşan vaxt oxunan dua da bu fəsildə sizin nəzərinizə çatdırılacaqdır.” Bu izahdan sonra Seyid İbni Tavus bu dörd dua və ziyarətnaməni bəyan etmişdir və biz də, o böyük alimdən təqlid edərək bu ziyarətnamə və duaları qarşınızdakı kitabda nəql edirik.”
Əvvəlki: #334. Həzrətə göndərilən salavat və İmam Zamanın (ə.c) “Əzuməl bəra və bərihəl xəfa” ziyarətnasi Bütün Dualar ↑ Növbəti: #336. Seyid ibni Tavusun İmam Zaman (ə.c) haqqında nəql etdiyi dualar Birinci dua: Nüdbə duası