Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#41

Kamilə namazı

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

Yuxarıda qeyd etdiyimiz nafilələrdən biri də “Kamilə” adlı namazdır. Şeyx, Seyid və Əllamə kimi böyük alimlər onu mötəbər sənədlərlə İmam Sadiq (ə)-dan nəql etmişdirlər. Həzrət Rəsul Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) buyurub:” Cümə günü zavaldan (günorta azanından) əvvəl dörd rükət namaz qılıb, onun hər rükətində “Həmd” surəsini on dəfə və “Nas”, “Fələq”, “İxlas”, “Kafirun” və “Ayətəl-kürsü” dən birini on dəfə və başqa rəvayətə əsasən “Qədr” surəsini və “Şəhidəllah...” ayəsini hər birini on dəfə oxuyub namazı qurtardıqdan sonra, yüz dəfə istiğfar edib, yüz dəfə “Subhanəllahi vəl həmdu lillahi, və la ilahə illəllahu vəllahu əkbər və la həvlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini deyib, yüz dəfə salavat göndərən şəxsi Allah taala yerin-göyün, şeytanın, zalım padşahın zülmündən saxlayar.
Əvvəlki: #40. Cümə gününün əməlləri Bütün Dualar ↑ Növbəti: #42. Başqa bir namaz