Orijinal Ərəbcə Mətni
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ الْحَمْدَ مِفْتَاحا لِذِكْرِهِ وَ خَلَقَ الْأَشْيَاءَ نَاطِقَةً بِحَمْدِهِ وَ شُكْرِهِ وَ الصَّلاةُ وَ السَّلامُ عَلَى نَبِيِّهِ مُحَمَّدٍ الْمُشْتَقِّ اسْمُهُ مِنِ اسْمِهِ الْمَحْمُودِ وَ عَلَى آلِهِ الطَّاهِرِينَ أُولِي الْمَكَارِمِ وَ الْجُودِ و بعد
Oxunuşu / Transkripsiya və İzahı
Bismillahir rəhmanir rəhim.
Bu əliboş və Allahın qüdrəti və rəhməti müqabilində fəqir olan bəndə və risalət əhli-beytinin hədislərinə təkyə edən Abbas ibn Məhəmməd Rza Qummi (Allah taala onların ikisinin də aqibətini xeyirə calasin). Bə`zi mö`min qardaşlardan məndən xahiş etdilər ki, camaat arasında “Məfatihul-cinan” adı ilə tanınmış kitabı mütaliə edib, o kitabda qeyd olunmuş duaları sənədlərinə əsasən (sənədləri olan hədisləri) gətirim və sənədi olmayanları qeyd etməyim. Həmçinin o kitabda yazılmamış bə`zi mö`təbər dua və ziyarətnamələri artırım. Beləliklə, mən onların xahişlərini qəbul edib qarşınızdakı bu kitabı, onların istədikləri tərtibatlə toplayıb, ona “Məfatihul-cinan” (Cənnətlərin acarları) adını qoydum.
Mən bu kitabı üç bölmədə tərtib etdim;
Birinci bölmə: Namazların təqibatından, həftənin günlərinin duaları, cümə axşamı və cümə gününün əməlləri, “Xəmsə əşərə münacatı” və bə`zi başqa məşhur dualardan
İkinci bölmə: Ayların (12 ayın) əməlləri, Novruz bayramının (günün) fəzilət və əməlləri haqqında, Rum aylarının əməlləri.
Üçüncü bölmə: Ziyarətnamələr və üçüncü bölməyə münasib olan dua və ziyarətnamələr.
Mö`minlər kitabda yazılanlara uyğun əməl edib, Allahın bu günahkar və üzüqara bəndəsini də öz dua və ziyarətlərində dua edib, Allahdan ona da məğfirət tələb etmələri ümidilə.