Oxunuşu / Transkripsiya və İzahı
Bismillahir rəhmanir rəhim
Bilməlisiniz ki, bu dualar toplusu, xətt, çap və etibar cəhətindən başqa toplulardan üstünlüyü vardır. Bundan əlavə, Məfatihul-cinan kitabının müəəlifi öz kitabında bir neçə duanı uzun çəkdiyinə görə, onun yalnız əvvəllərini qeyd etmişdir. Odur ki, biz, bu duaları da bu kitaba əlavə edirik ki, oxucuların başqa dua kitablarına ehtiyacları olmasın. Habelə, Məfatihul-cinanda imam¬za¬də¬lərə xüsusi ziyarətnamə qeyd olunmadığı üçün biz, burada imamzadələri ziyarət etmək üçün ziyarətnamə də sizin nəzərinizə çatdırırıq. Ümüdvarıq ki, mərifət və elm əhlinin razılığını cəlb edə bilək. Həmçinin ümidvarıq ki, əziz oxucular göstərilən bu səylərə görə, müəllifdən və bu kitabı çapa hazırlayanlardan qədirdanlıq etsinlər.