Orijinal Ərəbcə Mətni
اللَّهُمَّ أَنْتَ السَّلامُ وَ مِنْكَ السَّلامُ وَ إِلَيْكَ يَعُودُ السَّلامُ وَ دَارُكَ دَارُ السَّلامِ حَيِّنَا رَبَّنَا مِنْكَ بِالسَّلامِ اللَّهُمَّ إِنِّي صَلَّيْتُ هَذِهِ الصَّلاةَ ابْتِغَاءَ رَحْمَتِكَ وَ رِضْوَانِكَ وَ مَغْفِرَتِكَ وَ تَعْظِيما لِمَسْجِدِكَ اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْفَعْهَا فِي عِلِّيِّينَ وَ تَقَبَّلْهَا مِنِّي يَا أَرْحَمَ الرَّاحِمِينَ
Oxunuşu / Transkripsiya və İzahı
Məscidin ortasında iki rükət namaz qılırsan, birinci rükətdə “Həmd” və “İxlas” surəsini oxuyursan, ikinci rükətdə isə “Həmd” və “Kafirun” surəsini oxuyursan. Namazın salamını verəndən sonra həzrət Zəhranın (səlamullah ələyha) təsbehini çevir və de:
İlahi, Sənsən salam! Salam Sənin tərəfindəndir və Sənə doğru qayıdır. Sənin evin sağlamlıq evidir. Ey Rəbbimiz, bizə Öz tərəfindən sağlamlıq əta et! İlahi, bu namazı rəhmət, razılıq və məğfirətini diləmək və məscidini uca tutmaq məqsədilə qıldım! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bu namazı behiştin yüksək mərtəbəsinə qaldır və onu məndən qəbul et, ey mehribanların ən mehribanı!
Müəllif deyir: Bu məqama “Dəkkətul-merac” deyiblər. Buna görə belə adlanır ki, merac gecəsi həzrət Rəsuli Əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) Allah taaladan buraya enməsini istədi, gəldi və iki rükət namaz qıldı. Bu haqda rəvayət fəslin əvvəlində keçdi.
Azərbaycan Dili Tərcüməsi
Əllahummə əntəs səlamu və minkəs səlamu və iləykə yəu-dus səlam, və darukə darus sə-lami həyyina rəbbəna minkə bis səlam. Əllahummə inni səl-ləytu hazihis səlatəbtiğaə rəh-mətik, və rizvanikə və məğ-firətikə və tə`zimən liməscidik. Əllahummə fəsəlli əla Muhəm-mədin və ali Muhəmməd, vər-fə`ha fi illiyyinə və təqəbbəlha minni ya ərhəmər rahimin.