Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#146

On beşinci: Dörd rükət namaz

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Oxunuşu / Transkripsiya və İzahı

İbni Tavus peyğəmbərdən belə nəql edir ki, hər kəs Rəcəb ayının cümə günündə zöhr və əsr namazları arasında dörd rükət namaz hər rükətdə “Həmd”dən sonra yeddi dəfə “Ayətəl-kürsi”, beş dəfə “İxlas” surəsi, sonra on dəfə “Əstəğfirullahəlləzi la ilahə illa huvə və əs`əluhut tovbə” sözlərini desə, Allah taala onun üçün bu namazı qılandan ölənə qədər hər gün min həsənat yazar və hər oxuduğu ayəyə görə cənnətdə qırmızı yaqutdan şəhər salınar, hər hərfə görə orada ağ dürdən saray tikilər və onu hurilərlə evləndirər. Allah ondan razı olar, onu abidlərdən sayar və aqibətini rəhmətlə, səadətlə bitirər.
Əvvəlki: #145. On dördüncü: Oruc və dörd rükət namaz Bütün Dualar ↑ Növbəti: #147. On altıncı: Üç gün oruc