Oxunuşu / Transkripsiya və İzahı
Çox bərəkətli gecədir. Allah öz mömin bəndələrinə rəhmət gözü ilə baxar. Hər kəs bu gecə, Allahın itaətinə və ibadətinə məşğul olsa, onun üçün yüz nəfər saleh –oruc tutub daima məscidə gedən və bir an belə günah etməyən–şəxsin savabı yazılar. Peyğəmbər (s)-ən olan bir hədisdə deyilir ki, bu gecəni qənimət bilin, itaət, ibadət, namaz və Allahdan istəklərinizi diləməklə məşğul olun. Başqa rəvayətdə təkidlə deyilir ki, hər kəs hər nə istək diləsə, Allah taala ona verər.