Oxunuşu / Transkripsiya və İzahı
Bil ki, bu üç ayın (rəcəb, şəban,ramazan) bu gecəsi iki rükət namaz qılmaq müstəhəbdir. Namaz belədir; hər rükətdə “Həmd”dən sonra “Yasin” və “Mulk”surələrini oxumaq lazımdır. On dördüncü gecə isə dörd rükət (iki-iki) bu tərzdə namaz qılmaq yaxşıdır. On beşinci gecə isə altı rükət (iki-iki) yuxarıdakı tərzdə qılmaq müstəhəbdir. İmam Sadiqdən(ə) nəql olunur ki, hər kim belə eləsə, bütün bu ayı dərk etmiş olar və şirkdən başqa bütün günahları bağışlanar.