Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#148

On yeddinci: Altmış rükət namaz

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ وَ إِلَيْهِ الْمَصِيرُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِيِّ الْأُمِّيِّ وَ آلِهِ

Oxunuşu / Transkripsiya və İzahı

Bütün ay boyu altmış rükət namaz qılmaq, elə ki, hər gecə iki rükət yerinə yetirsin. Hər rükətdə “Həmd”dən sonra üç dəfə “Kafirun”surəsini, ondan sonra bir dəfə “İxlas” surəsini oxumaq lazımdır. Salamları deyib əlləri göyə qaldırıb deyin:
Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və şəriksizdir. Mülk (səltənət, hakimiyyət) və həmd yalnız Ona məxsusdur. O dirildir və öldürür. Heç vaxt ölməyən diri (varlıq) Odur. Xeyir yalnız Onun əlindədir və O, hər bir şeyə qadirdir. Hamının qayıdışı Ona doğrudur. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. İlahi, dərs oxumamış Məhəmməd və onun Əhli-beytinə salam yetir!
Göyə qalxmış əlləri üzünə çəksin. Peyğəmbərdən nəql olunur ki, hər kəs bu əməli yerinə yetirsə, duası qəbul olar və ona altmış həclə altmış ümrənin savabı verilər.

Azərbaycan Dili Tərcüməsi

La ilahə illəllahu vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu yuhyi və yumit, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir, və iləykəl məsir, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, Əllahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyyi və alih.
Əvvəlki: #147. On altıncı: Üç gün oruc Bütün Dualar ↑ Növbəti: #149. On səkkizinci: İki rükət yüz il oruca bərabər namaz