Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
#304

Üçüncü ziyarətnamə: Şə`ban ayının ortasında oxunan ziyarətnamə

Məfatihül-Cinan • Şeyx Abbas Qummi

Orijinal Ərəbcə Mətni

الْحَمْدُ لِلَّهِ الْعَلِيِّ الْعَظِيمِ وَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْعَبْدُ الصَّالِحُ الزَّكِيُّ أُودِعُكَ شَهَادَةً مِنِّي لَكَ تُقَرِّبُنِي إِلَيْكَ فِي يَوْمِ شَفَاعَتِكَ أَشْهَدُ أَنَّكَ قُتِلْتَ وَ لَمْ تَمُتْ بَلْ بِرَجَاءِ حَيَاتِكَ حَيِيَتْ قُلُوبُ شِيعَتِكَ وَ بِضِيَاءِ نُورِكَ اهْتَدَى الطَّالِبُونَ إِلَيْكَ وَ أَشْهَدُ أَنَّكَ نُورُ اللَّهِ الَّذِي لَمْ يُطْفَأْ وَ لا يُطْفَأُ أَبَدا وَ أَنَّكَ وَجْهُ اللَّهِ الَّذِي لَمْ يَهْلِكْ وَ لا يُهْلَكُ أَبَدا وَ أَشْهَدُ أَنَّ هَذِهِ التُّرْبَةَ تُرْبَتُكَ وَ هَذَا الْحَرَمَ حَرَمُكَ وَ هَذَا الْمَصْرَعَ مَصْرَعُ بَدَنِكَ لا ذَلِيلَ وَ اللَّهِ مُعِزُّكَ وَ لا مَغْلُوبَ وَ اللَّهِ نَاصِرُكَ هَذِهِ شَهَادَةٌ لِي عِنْدَكَ إِلَى يَوْمِ قَبْضِ رُوحِي بِحَضْرَتِكَ وَ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Oxunuşu / Transkripsiya və İzahı

Bilin ki, Şəban ayının ortasında imam Hüseyni (ə) ziyarət etməyin fəziləti barəsində çoxlu hədislər nəql olunubdur. Bu barədə həzrət imam Zeynulabidin (ə) və imam Cəfər Sadiqdən (ə) bir neçə mötəbər sənədlə bu məzmunda bir hədis nəql olunubdur ki, hər kim istəyirsə yüz iyirmi dörd min peyğəmbər onunla müsahifə ( yəni əl-ələ görüşmək) etsin, Şəban ayının ortasında Əba Əbdillahil Hüseynin (ə) qəbrini ziyarət etsin. Bilin ki, mələklər və peyğəmbərlərin ruhları o həzrəti ziyarət etmək üçün Allah taaladan rüxsət istəyirlər. Xoş o kəsin halına ki, onlarla müsahifə etsin və onlar da qarşılıqlı olaraq onunla müsahifə etsinlər. Beş ulul-əzm peyğəmbər, Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s) də bu peyğəmbərlərin arasındadır. Ravi deyir: “Soruşdum ki, nə üçün onları ulul-əzm peyğəmbərlər adlandırırlar?” O həzrət buyurdu: “Çünki bu peyğəmbərlər şərq və qərbədək bütün cin və insanlar üçün məbus olmuşdur.”
Bu ziyarətnamənin sözləri iki cür nəql olunubdur; birincisi, əvvəldə nəql etdiyimiz Rəcəb ayının əvvəlində oxunan ziyarətnamədir. İkincisini, şeyx Kəfəmi “Bələdul-əmin” kitabında həzrət imam Sadiqdən (ə) nəql etmişdir. Bu ziyarətnaməni imam Hüseynin (ə) qəbrinin kənarında dayanıb, oxu:
Həmd uca və böyük Allaha məxsusdur. Salam olsun sənə, ey Allahın saleh və pak bəndəsi! Şəhadətimi sənin yanında əmanət qoyuram ki, (günahkarlara) şəfaət edəcəyin gün məni sənə yaxınlaşdırsın. Şəhadət verirəm ki, sən qətlə yetirilibsən, amma ölməyibsən! Əksinə şiələrin qəlbləri sənin diri olmağına ümid bəsləməklə diridir və sənin nurunun sayəsində səni istəyənlər sənə doğru hidayət olundular. Şəhadət verirəm ki, həqiqətən, sən Allahın sönməyən və bundan sonra da əsla sönməyəcək nurusan. Sən Allahın həlak olmayan və bunda sonra da əsla həlak olmayacaq surətisən. Şəhadət verirəm ki, bu türbə sənin türbən, bu ziyarətgah sənin ziyarətgahın və bu məkan sənin mübarək bədəninin torpağa düşdüyü məkandır. Allaha and olsun, sənin ucaltdığın alçalmaz və sənə yardım edən məğlub edilməz! Bu, mənim ruhumun sənin hüzurunda alınacağı vaxta qədər verdiyim şəhadətdir!

Azərbaycan Dili Tərcüməsi

Əlhəmdu lillahil əliyyil əzim, vəssəlamu ələykə əyyuhəl əb-dus salihuz zəkiyy, udiukə şəhadətən minni ləkə tuqər-ribuni iləykə fi yəvmi şəfaətik, əşhədu ənnəkə qutiltə və ləm təmut bəl birəcai həyatikə həyiyət qulubu şiətik, və biziyai nurikəhtədət talibunə iləyk, və əşhədu ənnəkə nurullahilləzi ləm yutfə` və la yutfəu əbəda, və ənnəkə vəchullahilləzi ləm yəhlik və la yuhləku əbəda, və əşhədu ənnə hazihit turbətə turbətuk, və hazəl hərəmə hə-rəmuk, və hazəl məsrəə məsrəu bədənik, la zəlilə vəllahi muizzukə və la məğlubə vəllahi nasiruk, hazihi şəhadətun li indəkə ila yəvmi qəbzi ruhi bihəzrətik, vəssəlamu ələykə və rəhmətullahi və bərəkatuh.
Əvvəlki: #303. İkinci ziyarətnamə: Rəcəb ayının on beşinci günündə oxunan başqa ziyarətnamə Bütün Dualar ↑ Növbəti: #305. Dördüncü ziyarətnamə: Qədr gecələrində oxunan ziyarətnamə