Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
1

Əl-Fatihə Surəsi

7 Ayə 1-ci Cüz Məkkədə nazil olub
سُورَةُ الفاتحة Ayətəllah Mişkini Tərcüməsi

Əl-Fatihə Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Fatihə Surəsi, Ayə 1

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ﴿1﴾

Mişkini Tərcüməsi: Bağışlayan və mehriban Allahın adı ilə.
2 Əl-Fatihə Surəsi, Ayə 2

ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿2﴾

Mişkini Tərcüməsi: Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur.
3 Əl-Fatihə Surəsi, Ayə 3

ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ﴿3﴾

Mişkini Tərcüməsi: (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha.
4 Əl-Fatihə Surəsi, Ayə 4

مَٰلِكِ يَوْمِ ٱلدِّينِ ﴿4﴾

Mişkini Tərcüməsi: Cəza gününün sahib və hökmdarına.
5 Əl-Fatihə Surəsi, Ayə 5

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ﴿5﴾

Mişkini Tərcüməsi: (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
6 Əl-Fatihə Surəsi, Ayə 6

ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ﴿6﴾

Mişkini Tərcüməsi: Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et.
7 Əl-Fatihə Surəsi, Ayə 7

صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ ﴿7﴾

Mişkini Tərcüməsi: (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
Bütün Surələr ↑ Növbəti: 2. Əl-Bəqərə