Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV
64

Ət-Təğabun Surəsi

18 Ayə 28-ci Cüz Mədinədə nazil olub
سُورَةُ التغابن Ayətəllah Mişkini Tərcüməsi

Ət-Təğabun Surəsi (Tam Səsli Qiraət)

Şeyx Mişari Rəşid Əl-Afasi (Mishary Alafasy) tilavəti

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ət-Təğabun Surəsi, Ayə 1

يُسَبِّحُ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ لَهُ ٱلْمُلْكُ وَلَهُ ٱلْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿1﴾

Mişkini Tərcüməsi: (Yer və göylər bir də) göylərdə və yerdə nə varsa hamısı Allahı (dil və hal ilə) zikr edir (onu hər hansı bir nöqsandan və eyibdən pak bilir), nüfuzlu əmr və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur, həmd-səna yalnız Ona layiqdir. (Hər bir sitayiş Ona qayıdır və həqiqi həmd-sənanı yalnız O Özü edə bilər.) O, hər şeyə (mütləq surətdə) qadirdir!
2 Ət-Təğabun Surəsi, Ayə 2

هُوَ ٱلَّذِى خَلَقَكُمْ فَمِنكُمْ كَافِرٌۭ وَمِنكُم مُّؤْمِنٌۭ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿2﴾

Mişkini Tərcüməsi: Sizi yaradan Odur. Sizlərdən bəziniz kafir, bəzinizsə mömindir. Allah (həm ürəkdə, həm də əməldə) etdiyiniz hər bir işi görəndir.
3 Ət-Təğabun Surəsi, Ayə 3

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ ﴿3﴾

Mişkini Tərcüməsi: O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir.
4 Ət-Təğabun Surəsi, Ayə 4

يَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿4﴾

Mişkini Tərcüməsi: Allah göylərdə və yerdə olan hər şeyi bilir, gizlətdiyinizi də aşkar etdiyinizi də bilir. Allah sizin ürəklərinizdəkini (beyninizdəki fikir və düşüncələri, ruhi xüsusiyyətlərinizi) biləndir.
5 Ət-Təğabun Surəsi, Ayə 5

أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ فَذَاقُوا۟ وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿5﴾

Mişkini Tərcüməsi: Bundan öncə kafir olan kəslərin xəbəri sizə gəlmədimi? Onlar öz işlərinin zərərini və pis aqibətini daddılar, onlar üçün ağrılı bir əzab vardır!
6 Ət-Təğabun Surəsi, Ayə 6

ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَقَالُوٓا۟ أَبَشَرٌۭ يَهْدُونَنَا فَكَفَرُوا۟ وَتَوَلَّوا۟ ۚ وَّٱسْتَغْنَى ٱللَّهُ ۚ وَٱللَّهُ غَنِىٌّ حَمِيدٌۭ ﴿6﴾

Mişkini Tərcüməsi: O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır.
7 Ət-Təğabun Surəsi, Ayə 7

زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَن لَّن يُبْعَثُوا۟ ۚ قُلْ بَلَىٰ وَرَبِّى لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ ۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿7﴾

Mişkini Tərcüməsi: (Məkkə bütpərəstlərindən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır».
8 Ət-Təğabun Surəsi, Ayə 8

فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِىٓ أَنزَلْنَا ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ ﴿8﴾

Mişkini Tərcüməsi: Elə isə, Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah etdiyiniz əməllərdən xəbərdardır.
9 Ət-Təğabun Surəsi, Ayə 9

يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ ٱلْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ ٱلتَّغَابُنِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ وَيَعْمَلْ صَٰلِحًۭا يُكَفِّرْ عَنْهُ سَيِّـَٔاتِهِۦ وَيُدْخِلْهُ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿9﴾

Mişkini Tərcüməsi: Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birlərinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!
10 Ət-Təğabun Surəsi, Ayə 10

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَا ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿10﴾

Mişkini Tərcüməsi: Və kafir olub Bizim ayələrimizi və nişanələrimizi təkzib və inkar edən kəslər od əhlidirlər. Onlar orada əbədi qalarlar və ora necə də pis bir dönüş yeridir!
11 Ət-Təğabun Surəsi, Ayə 11

مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۗ وَمَن يُؤْمِنۢ بِٱللَّهِ يَهْدِ قَلْبَهُۥ ۚ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿11﴾

Mişkini Tərcüməsi: Allahın (yaradılış) iradəsi olmadıqda heç kəsə bir müsibət üz verməz. (Bu həmin şəxsin öz günahları yaxud da varlıq aləminin kamil nizamı əsasında olar). Və kim Allaha iman gətirsə, Allah onun qəlbini (başqa mərifət və kamallara doğru) yönəldər və Allah hər şeyi biləndir.
12 Ət-Təğabun Surəsi, Ayə 12

وَأَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ ۚ فَإِن تَوَلَّيْتُمْ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ﴿12﴾

Mişkini Tərcüməsi: Allaha (şəriət işlərində) itaət edin və Onun Rəsuluna (vacibi əmrlərdə) itaət edin! Əgər üz çevirsəniz, Bizim Rəsulumuzun öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir (insanları qəbul edib əməl etməyə məcbur etmək deyildir. Çünki bu imamətin vəzifələrindəndir, nə də axirət əzabı verməkdir. Çünki bu, rübubiyyət məsələlərindəndir).
13 Ət-Təğabun Surəsi, Ayə 13

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿13﴾

Mişkini Tərcüməsi: Yeganə (vücudu vacib olan) Allah, Ondan başqa bir tanrı yoxdur və möminlər yalnız Allaha təvəkkül etməlidirlər (iradə və istəkdən başqa özlərinə aid olan bütün işlərin baş verməsini yalnız Ondan bilməli və Onun öhdəsinə qoymalıdırlar).
14 Ət-Təğabun Surəsi, Ayə 14

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ مِنْ أَزْوَٰجِكُمْ وَأَوْلَٰدِكُمْ عَدُوًّۭا لَّكُمْ فَٱحْذَرُوهُمْ ۚ وَإِن تَعْفُوا۟ وَتَصْفَحُوا۟ وَتَغْفِرُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ ﴿14﴾

Mişkini Tərcüməsi: Ey iman gətirənlər, zövcələrinizdən və övladlarınızdan bəzisi sizin düşməninizdir (imanınıza görə sizinlə düşmən kimi rəftar edirlər). Onlardan özünüzü gözləyin (ki, sizi azdırmasınlar) və əgər (onların pisliklərini və verdikləri əziyyəti) əfv etsəniz və göz yumsanız və bağışlasanız (Allah da sizi bağışlayar) ki, şübhəsiz, Allah bağışlayan və rəhm edəndir.
15 Ət-Təğabun Surəsi, Ayə 15

إِنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَٰدُكُمْ فِتْنَةٌۭ ۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌۭ ﴿15﴾

Mişkini Tərcüməsi: Həqiqətən, mal-dövlətinz və övladlarınız (dünya zinəti olduqlarına və başınızı qatdıqlarına görə sizin üçün) ancaq bir imtahan vasitəsidir. Ən böyük mükafat Allah yanındadır.
16 Ət-Təğabun Surəsi, Ayə 16

فَٱتَّقُوا۟ ٱللَّهَ مَا ٱسْتَطَعْتُمْ وَٱسْمَعُوا۟ وَأَطِيعُوا۟ وَأَنفِقُوا۟ خَيْرًۭا لِّأَنفُسِكُمْ ۗ وَمَن يُوقَ شُحَّ نَفْسِهِۦ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿16﴾

Mişkini Tərcüməsi: Allahdan bacardığınız qədər qorxun, (Onun dəvətini və əmrlərini) eşidin, itaət edin və (can və mal-dövlətinizdən Allah yolunda) sərf edin ki, bu özünüz üçün daha yaxşıdır. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr, məhz onlar səadətə qovuşanlardır!
17 Ət-Təğabun Surəsi, Ayə 17

إِن تُقْرِضُوا۟ ٱللَّهَ قَرْضًا حَسَنًۭا يُضَٰعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ ۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ ﴿17﴾

Mişkini Tərcüməsi: Əgər Allaha gözəl bir borc versəniz (mallarınızdan, əməllərinizdən və övladlarınızdan Onun yolunda versəniz), onu(n mükafatını) sizin üçün qat - qat artırar və sizi bağışlayar. Allah qədirbilən (əməli qiymətləndirərək gözəl mükafatlandıran) və həlimdir.
18 Ət-Təğabun Surəsi, Ayə 18

عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿18﴾

Mişkini Tərcüməsi: Allah gizlini də aşkarı da biləndir, yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.
Əvvəlki: 63. Əl-Münafiqun Bütün Surələr ↑ Növbəti: 65. Ət-Təlaq