Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 27

Yusuf surəsi, 108-111-ci ayələr

Yusuf surəsi, 108-111-ci ayələr



قُلْ هَذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللَّهِ عَلَى بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي وَسُبْحَانَ اللَّهِ وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ .١٠٨


وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ مِنْ أَهْلِ الْقُرَى أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَدَارُ الْآخِرَةِ خَيْرٌ لِلَّذِينَ اتَّقَوْا أَفَلَا تَعْقِلُونَ .١٠٩


حَتَّى إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَنْ نَشَاءُ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ .١١٠


لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِي الْأَلْبَابِ مَا كَانَ حَدِيثًا يُفْتَرَى وَلَكِنْ تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ .١١١


Ayələrin tərcüməsi



108\. De: "Bu, mənim yolumdur. Mən və mənim ardıcıllarım ayıq və tam əminliklə insanları Allaha doğru dəvət edirik. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.

109\. Biz səndən əvvəl məmləkətlərin sakinlərindən yalnız vəhy etdiyimiz kişiləri elçi göndərdik. (Sənin çağırışına qarşı çıxanlar) özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzmədilərmi? Axirət yurdu təqvalılar üçün daha xeyirlidir. Məgər düşünmürsünüz?

110\. (Peyğəmbərlər öz dəvətlərinə, düşmənlər də qarşıdurmalarına davam etdikləri halda,) elçilər ümidlərini itirdikdə və (camaat da) onlara yalan deyildiyini güman etdiklərində köməyimiz onlara gəlir və istədiklərimiz nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla geri çevrilməz.

111\. Onların başına gələnlərdə düşüncə sahibləri üçün bir ibrət vardır. Bunlar uydurulmuş hekayələr deyil, özündən əvvəlkilərlə uyğunluğu olan, hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir zümrə üçün hidayət və mərhəmətdir.

Ayələrin təfsiri.



İbrətin ən bariz dərsləri.

Müzakirə olunan ayələr toplusunun birinci ayəsində Allah-taala peyğəmbərə öz yolunu, xəttini müəyyənləşdirməyi əmr edir, deyir: "De: "Bu mənim yolumdur. Mənim yolum hamını Allaha tərəf dəvət etməkdir”.

Ardınca belə deyir: Mən bu yolu xəbərsiz, başqasını təqlid edərək getmirəm. "Mən və mənim ardıcıllarım ayıq və tam əminliklə insanları Allaha doğru dəvət edirik”.

( عَلَىبَصِيرَةأَنَاوَمَنِاتَّبَعَنِي)


Bu cümlədən anlaşılır ki, Peyğəmbərin (s) ardıcılı olan hər bir müsəlman öz növbəsində haqqın dəvətçisi sayılır. Buna görə də müsəlman olan şəxs öz sözü vəəməli ilə başqalarını Allahın yoluna dəvət etməlidir. Həmçinin, bu cümlədə digər bir mesaj bundan ibarətdir ki, rəhbər şəxs ayıq, kifayət qədər məlumatlı olmalıdır, əks-təqdirdə onun dəvəti haqqa sarı olmayacaqdır. Qurani-Kərim bu cümlənin ardınca təkid üçün buyurur: “Allah pakdır, müqəddəsdir.”

Yəni sizin dəvət olunduğunuz bu haqq yolun sahibi hər cür nöq sandan, eyibdən pakdır.

Sonra daha çox təkidləəlavə edir: "Mən də müşriklərdən deyiləm”

Mən Ona heç bir şərik qoşmaram.

Həqiqətdə də, düzgün bir rəhbərin aydın məqsədi, proqramı olmalıdır ki, onun əsasında həm özü, həm də davamçıları aydın yolla, vahid xətlə hərəkət etsinlər. Məqsədi tam aydın olmayan, qaranlıq məqamların yer aldığı heç bir qurum, rəhbər şəxs vahid istiqamətdə hərəkət edə bilməz.

Doğru rəhbəri yalançı rəhbərdən ayırıb tanımağın əsas yollarından biri də onların danışığının aydınlığına diqqət yetirməkdir. Saf niyyətli, doğru liderlərin çıxışları, sözləri hər zaman aydın olur. Onlar ikibaşlı, mübhəm danışmırlar. Saxta, məkrli liderlər çox zaman mübhəm, azdırıcı çıxışlar edirlər. Yusufun (ə) əhvalatını anladan ayələrin ardınca gəlmiş bu ayələrlə Qurani-Kərim anlatmaq istəyir ki, İslam Peyğəmbərinin (s) yolu Allahın böyük peyğəmbərlərindən olan Yusufun (ə) yolundan ayrı deyil. Yusuf da (ə) həmişə, hətta zindanda olduğu illərdə insanları vahid Allaha dəvət edirdi. Allahdan qeyri məbudları köksüz, isimsiz, təqlid yolu ilə bir cahildən digər cahillərə keçmiş miras adlandırırdı. İslam Peyğəmbərinin (s), eləcə də digər peyğəmbərlərin yolu bu olmuşdur.

Cahil və azğın zümrənin hər zaman peyğəmbərlərə tutduqları iradlardan biri də bu idi ki, peyğəmbərlər niyə həmişə insanlardan olur, peyğəmbərlik mələklərə niyə verilmir? İslam peyğəmbərinin (s) zamanında da bu sualı ona verənlər az olmamışdır. Qurani-Kərim cahillərin bu iradına bir daha cavab verərək deyir: "Biz səndən əvvəl (abad və cahiliyyət mərkəzi olan) məmləkətlərin sakinlərindən yalnız vəhy etdiyimiz kişiləri elçi göndərdik”.

Onlar da başqa insanlar kimi bu şəhərlərdə yaşayır, xalqın arasında gəzir, onların ehtiyac və müşküllərini bilirdilər.

Ayədə “مِّنْ أَهْلِ الْقُرَى” cümləsində “قريه” (qəryə) sözü işlənmişdir. Bu söz ərəb dilində sivilizasiyanın izi olan şəhər və abadlığa deyilir. Ərəb dilində bu sözün antonimi çöl, biyaban mənasını verən (bǝdu) kəlməsidir. Ayədəki (qəryə) kəlməsi ilə mümkündür ki, həm də ilahi peyğəmbərlərin sivilizasiyadan uzaq vəhşi tayfalar arasından çıxmadığına işarə olunmuşdur. (Bu kəlmə barədə bəzi müfəssirlərin açıqlaması məhz belədir.) Çünki yarımvəhşi, köçəri tayfalar adətən ictimai məsələlərdən, insanların mənəvi və maddi ehtiyaclarından çox da məlumatlı olmurlar. Bildiyimiz kimi, Hicaz ərazisində çöl ərəbləri çox idilər. Amma İslam Peyğəmbəri (s) o zaman üçün nisbətən böyük şəhər sayılan, mühüm ticarət mərkəzlərindən olan Məkkədən çıxmışdır. Kənan şəhəri də o dövrdə Yusufun (ə) hakimlik etdiyi Misir ölkəsinin müqabilində, bəlkə də, şəhər hesab olunmurdu. Buna görə də Yusuf (ə) Kənandan danışarkən (bədu) "çöl" ifadəsini işlədir. Amma biz bilirik ki, Yaqub (ə) və övladları heç zaman köçəri olmamışlar. Onlar kiçik şəhər olan Kənanda yaşamışlar.

Qurani-Kərim sonrakı mərhələdə anladır: Sənin tövhid çağırışlarına qarşı çıxanların sonunun nə ilə yekunlaşacağını bilmələri üçün biz onları özlərindən əvvəlki nəsillərin aqibəti ilə tanış olmağa dəvət edirik. "(Sənin çağırışına qarşı çıxanlar) özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzmədilərmi?"

الْأَرْضِفَيَنظُرُواكَيْفَكَانَعَاقِبَةُالَّذِينَمِنقَبْلِهِمْ


Ayədəki “yer üzünü gəzmək” ifadəsi ibrət almaq məqsədi ilə keçmiş sivilizasiyalardan yadigar qalmış abidələrlə, ilahi əzabla viran qalmış, yalnız qalıqları mövcud olan şəhərlərin izləri ilə tanış olmağı nəzərdə tutur. Keçmişin izlərini yaxından müşahidə etmək müasir insanların ala biləcəyi ən böyük dərsdir.

Ayənin sonunda deyilir: “Axirət yurdu təqvalılar üçün daha xeyirlidir. Məgər düşünmürsünüz?”.

(وَلَدَارُالآخرَةخَيْرٌلِّلَّذِينَاتَّقَواْأَفَلاَتَعْقِلُونَ)


Axirət dünyasının müqabilində dünya həyatı davamsız, müsibət vəələmlərlə dolu olan bir saraydır. Amma axirət evi əbədi, heç bir əzab vəələmin olmadığı yerdir.

Sonrakı ayə peyğəmbərlərin həyatının ən həssas, təlatümlü anlarından söz açaraq deyir: “İlahi peyğəmbərlərin haqqa çağırışları hər zaman cahil insanlar tərəfindən qulaqardına vuruldu, onların dəvətlərinəəhəmiyyət verilmədi. Peyğəmbərlər öz dəvətlərində israrlı olduqları kimi cahillər də öz tərsliklərində israr etdilər. İş o yerə çatdı ki, peyğəmbərlər onlardan ümidlərini üzdülər, hətta az sayda möminin də yalan danışdığını güman etdilər. Peyğəmbərlər haqq yollarında tək qalıb özlərini tənha hiss etdikləri bir vaxtda bizim köməyimiz onlara yetişdi.

Biz layiq bildiyimiz, istədiyimiz şəxsə qurtuluş verərik."

"(Peyğəmbərlər öz dəvətlərinə, düşmənlər də qarşıdurmalarına davam etdikləri halda,) elçilər ümidlərini itirdikdə və (hətta az (hətta az sayda möminin də) onlara yalançı dediklərini güman etdiklərində köməyimiz onlara gəlir və istədiklərimiz nicat tapırdı”.

Ayənin axırında deyilir: “Günahkar tayfadan əzabımız əsla geri çevrilməz”.

(وَلَايُرَدُّبَأْسُنَاعَنِالْقَوْمِالْمُجْرِمِينَ)


Bu, əslində, bir qanunauyğunluqdur. Günahkarlar öz tərsliklərində israrlı olub bütün hidayət qapılarını öz üzlərinə bağlayandan, yəni bütün ilahi dəlillər onların qarşısına qoyulduqdan sonra onlar Tanrının əzablarına tuş gələr və heç bir güc Allah-taalanın bu əzabını onlardan dəf edə bilməz.

Sözügedən ayənin təfsirində “وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا” (onlara yalançı dediklərini güman etdiklərində) ifadəsinin kimlərə işarə etməsi barədə müfəssirlər fərqli mülahizələr irəli sürmüşlər. Böyük təfsirçilərin əksəriyyəti yuxarıda qeyd etdiyimiz açıqlamanı dəstəkləmişlər. Həmin açıqlama xülasə şəkildə belədir: "İş o yerə çatdı ki, peyğəmbərlər xalqın hamısının onları yalançı adlandıracağını güman etdilər. Hətta iman gətirmiş az sayda möminlərin də öz əqidələrində sabit olmadıqlarını düşündülər.”

Ayə üçün aşağıdakı təfsiri də ehtimal edənlər olmuşdur: (və zənnu) feilinin faili möminlərdir. Çətinliklər o həddə çatmışdı ki, iman gətirmiş möminlərin artıq dözümü qalmamış, peyğəmbərlərin onlara kömək olunacağı ilə bağlı verdikləri vədlər barədə şəkkə düşmüşdülər. Yeni iman gətirmiş, əqidələri tam bərkiməmiş şəxslərin iman yolunda tez-tez büdrəmələri, şəkkə düşmələri, əslində, təəccüb doğurmur."

Üçüncü bir yanaşmaya görə, ayənin təfsiri belə də ola bilər:

Aydın məsələdir ki, peyğəmbərlər də digərləri kimi adi insan idilər. Onlar da adi insanlar kimi bəzi ağır çətinliklər məngənəsində sıxılanda, zahirdə də olsa bütün qapıları üzlərinə bağlı görür, səbirləri tükənmiş möminlərin fəryadını, ah-naləsini eşidəndə istər-istəməz ümidsizliyə qapılır, düşüncələrində ani də olsa onlara kömək olunacağı barədə verilmiş vədlərin yalan olması fikri baş qaldırırdı. Ola bilsin ki, onlara verilmiş qələbə vədi müəyyən şərtlərə bağlı imiş və bu şərtlər də hasil olmadığı üçün qələbə gerçəkləşmirdi. Amma onlar beyinlərindən keçən bu fikirləri tez də qovur, qəlblərində közərən ümid işığını sönməyə qoymurdular.

Onlar bu açıqlamalarına şahid kimi "Bəqərə” surəsinin 214-cü ayəsini göstərmişlər. Həmin ayədə deyilir:

مَّسَّتْهُمُالْبَأْسَاءوَالضَّرَّاءوَزُلْزِلُواحَتَّىيَقُولَالرَّسُولُوَالَّذِينَآمَنُواْمَعَهُمَتَىنَصْرُالله


أَلاإِننَصْرُاللهقَرِيبٌ


“Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi:) Bilin ki, Allahın köməyi yaxındır."

Təfsirçilərdən bir dəstəsi, o cümlədən Təbərsi (Məcməül-bəyan), Fəxr Razi (Təfsiri-kəbir) bu nəzəri qeyd etdikdən sonra onun həqiqətdən çox uzaq olduğunu demişlər. Çünki sonuncu yanaşma peyğəmbərlərin yüksək məqamları ilə qətiyyən uzlaşmayan bir açıqlamadır. Bizim nəzərimizə görə, birinci açıqlama daha doğrudur.

"Yusuf" surəsinin sonuncu ayəsi məzmununa görə daha əhatəli olub, özündən qabaqkı bütün bəhsləri xülasə şəkildə birləşdirərək yekun məntiqi nəticə ilə çıxış edir. Bu ayə Yusufun (ə), qardaşlarının, keçmiş peyğəmbərlərin, möminlərin sərgüzəştlərlə dolu hekayəsinin düşünən insanlara böyük dərs olduğunu deyir: “Onların başına gələnlərdə düşüncə sahibləri üçün bir ibrət vardır”.

Bu ayələr ayna kimi həyatın bütün dərslərini – müvəffəqiyyət və məğlubiyyətin, bədbəxtlik və xoşbəxtliyin, zillət və izzətin əsas amil- lərini bir sözlə, keçmişdən indiyə qədər müxtəlif xalqların həyat təcrübələrini, onların rəhbərlərinin başına gələn sərgüzəştləri, insan həyatının əsas dəyərlərini - xülasə şəkildə özündəəks etdirir. Bu aynaya baxmaqla hər insan özünün nazik ömür kitabını bütün bəşəriyyətin ömür səhifələri qədər məzmunlu və qalın edir. Amma təəssüflər olsun ki, bu aynaya ancaq düşüncə sahibləri nəzər salır, oradakı ibrətləri görə bilirlər.

Sonrakı ayədə Quran buyurur: "Bunlar uydurulmuş hekayələr deyil”.

مَاكَانَحَدِيثًايُفْتَرَى


Daha sonra Quran bu ayələrin insan düşüncəsinin məhsulu olmadığına diqqəti çəkir, bildirir ki, Peyğəmbər (s) ona nazil olmuş və keçmişdəkilərlə bağlı düzgün tarixi gerçəklikləri anladan bu ayələri özündən söyləmir. “Bu ayələr özündən əvvəlkilərlə uyğunluğu olan (özündən əvvəlki asimani kitabları təsdiq edən), hər şeyi müfəssəl izah edən ilahi vəhydir”.

ولكنتَصْدِيقَالَّذِيبَيْنَيَدَيْهِ


Ayədə yer almış başqa bir məsələ də Quranın insanın həyatı, kamilliyə çatması ilə bağlı lazım olan hər şeyi müfəssəl izah edən bir kitab olduğunu xatırlatmasıdır:

"(Quran) iman gətirən bir zümrə üçün hidayət və mərhəmətdir."

(وَهُدًىوَرَحْمَةًلِّقَوْمٍيُؤْمِنُونَ)


Yuxarıdakı cümlədə Quran çox mühüm bir incəliyə işarə edir, anlatmaq istəyir ki, gözəl və cəlbedici görünən saxta hekayələr çoxdur. Bütün xalqlar arasında uydurma, xəyalın məhsulu olan əfsanələr, dastanlar həmişə olmuşdur. Kimsə təsəvvür etməsin ki, Quranda söylədiyimiz Yusufun (ə) və digər peyğəmbərlərin həyat hekayəsi də o hekayələrdəndir. Mühüm olan budur ki, Quranın nəql etdiyi ibrətamiz hekayələrin hamısı gerçək hadisələrdir. Orada nəql olunan əhvalatlar heç birində zərrə qədər də olsun uydurma, artırıb-əskiltmə yoxdur. Buna görə də Quran qissələri ecazkar təsirə malikdir. Əfsanələr nə qədər maraqlı, cəlbedici görünsələr də, gerçək bir həyat hekayəsinin yanında elə mühüm dəyər kəsb etmir. Çünki oxucu dastanın ən həyəcanlı sətirlərini oxuyanda, xoş xəyalların içində anidən beynində sanki bir qığıl- cım parlayır, özünə gəlir və anlayır ki, oxuduqları xəyalın özü kimi tez dağılıb gedən dumanlı bir "həqiqətdir."

Əfsanələr əslində, onları uydurmuş olan müəlliflərinin fikirlərini ifadə edir. Müəllif öz baxışlarını, keçirdiyi hissləri, gözləntilərini əfsanə qəhrəmanlarının timsalında canlandırmağa çalışır. Xülasə, əfsanə bir insanın düşüncəsindən yuxarı bir şey deyildir. Nə qədər təsirli, maraqlı olsa belə, sonda bir düşüncənin məhsuludur. Buna görə dəəfsanə ilə gerçək həyat hadisəsi arasında böyük fərq var. Əfsanə və dastanlar ancaq öyüd vermək həddinə yüksələ bilir, onların müəllifləri olduqları düşüncənin “öyüdlərindən” kənara çıxa bilmirlər. İnsanların gerçək tarixləri isə belə deyildir. Onlar hər cəhətdən öyüdverici, yolgöstərən, öyrəndikcə tükənməyən həyat dərsləridir.

Yusuf (ə) surəsinin sonu.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...