Əl-Hüməzə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Huməzə surəsi, 1-9-cu ayələr
Huməzə surəsi, 1-9-cu ayələr
بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ
وَيْلٌلِكُلِّهُمَزَةٍلُمَزَةٍ .١
الَّذِيجَمَعَمَالًاوَعَدَّدَهُ .٢
يَحْسَبُأَنَّمَالَهُأَخْلَدَهُ .٣
كَلَّالَيُنبَذَنَّفِيالْحُطَمَة .٤
وَمَاأَدْرَاكَمَاالْحُطَمَةُ .٥
نَارُاللَّهِالْمُوقَدَةُ .٦
الَّتِيتَطَّلِعُعَلَىالْأَفْئِدَة .٧
إِنَّهَا عَلَيْهِم مُّوْصَدَةٌ .٨
فِيعَمَدٍمُمَدَّدَةٍ .٩
Ayələrin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
1\. Məsxǝrǝyǝ qoyan və eyibaxtaran qeybətçinin vay halına!
2\. O şəxs ki, çoxlu var-dövlət toplayıb onu sayır
3\. və elə güman edir ki, var-dövləti onu əbədiləşdirəcək.
4\. Xeyr! Düşündüyü kimi deyil. Tezliklə Hütəməyə (parça- parça edən od) atılacaqdır.
5\. Sən haradan biləsən, Hütəmə nədir?
6\. Allahın yandırdığı oddur.
7\. O od ki, ürəklərdən qalxacaq.
8\. O (od), onların üzərinə qapanacaqdır.
9\. Uzadılmış və uzun dirəklərdə.
Ayələrin nazilolma səbəbi
Təfsirçilərin əksəriyyətinin rəyinə əsasən, bu surə Vəlid ibn Muğeyrə barəsində nazil olmuşdur. Çünki o Peyğəmbərin (s) dalınca danışır, o Həzrətə istehza edirdi.
Bəziləri isə surənin nazilolma səbəbinin İslam dininin kinli düşmənlərindən olan müşriklərin, o cümlədən Əxnəs ibn Şərifin, Üməyyə ibn Xələfin və As ibn Vailin barəsində nazil olduğunu yazırlar.
Yuxarıda deyilən hər iki naziolma səbəbini qəbul etsək, yenə də ümumi məzmuna xələl gəlmir. Çünki surədə deyilən qeyri-insani xüsusiyyətlər kimdə olarsa, elə surə ona da aiddir.
Ayələrin təfsiri
Məsxərəyə qoyan və eyibaxtaran qeybətçinin vay halına! Məlum olduğu kimi Allah-taala surəni məsxərəçilərə qarşı təhdid və aqresiya ilə başlayaraq buyurur:
“Məsxərəyə qoyan və eyib axtaran qeybətçinin vay halına!"
هُمَزَةٍلمَزَةٍ
Yəni, dil vasitəsi ilə sancan, əl və gözün xüsusi hərəkətləri ilə qarşıdan gələnin, arxaya keçənin eybini digərinə bildirən kəslər! Vay olsun sizin halınıza.
Ayədəki (huməzə) və (luməzə) sözlərinin hər ikisi sözün mübaliğə formasında olub "sındırmaq" mənasındadır. Eyibaxtaran, özündən razı imkanlılar digərlərini ələ salır, şəxsiyyətlərini sındırırdılar. Buna görə də onlara “huməzə” deyilir. (luməzə) sözü isə “ləmz” sözündən alınmış və qeybət etmək, eyib axtarmaq mənasında işlənir.
Burada belə sual yaranır ki, görəsən, bu iki söz bir mənanı ifadə edərək qeybət etmək, eyib axtarmaq mənasında işlənir? Ya bunların arasında hansısa fərq vardır? Bu barədə təfsirçilər çox sayda fikir irəli sürmüşlər. Onların bəzisini aşağıda qeyd edirik:
\- Bu sözlər eynimənalı sözlərdir və iki sözün birlikdə gəlməsi məsələnin əyhəmiyyətini çatdırmaq və ya təkid üçündür.
\- Bəzi təfsirçilərin dediklərinə əsasən, “huməzə” qeybət edənlərə, “luməzə” isə eyibaxtaranlara deyilir.
\- “Huməzə” sözü əl, qaş-göz və sair işarələrlə edilən işarə və eyhamlara, “luməzə” sözü isə dili ilə bütün bu işlərə cavabdehlik daşıyır.
\- Bəzi təfsirçilərin fikrinə əsasən, birinci üz-üzə dayanaraq eybi demək, ikincisi isə həmin şəxsin ardınca danışmağa deyilir.
\-Bəzi təfsirçilər isə birinci sözü açıq-aşkarda eyib tutan şəxslərə, ikinci sözü isə gizlində, işarə və eyhamlarla deyənlərə işarə edir. - Digər təfsirçilərin rəyinə əsasən isə hər iki məna camaatı pis ləqəblərlə çağıran şəxsə aid edilir.
\- Və nəhayət, ibn Abbasın bu barədə rəyi bundan ibarətdir:
# هُمُالْمَسْاَلُونَبِالنَّمِيمَةِالْمُفَرِّقُونَبَيْنَالْأَحِبَّةِ،الْنَّاعِتُونَلِلنَّاسِبِالْعَيْبِ
"Bu söz aravuran, sözgəzdirən, dostlar arasında ixtilaf salan və camaatı pis sifətlərlə vəsf edən şəxslərə aid edilir.”
Deyilənlərə əsasən, ibn Abbas bu sözü Peyğəmbərdən (s) nəql olunan hədisin məzmununa əsasən demişdir. Peyğəmbər (s) buyurmuşdur:
# ألاأُنبِّئُكُمْبِشَرارِكُمْ؟
# قالُوا: بلىيارَسُولَالله (صلىاللهعليهوآله)
# قالَ: الْمَشَالُونَبالنَّمِيمَةالْمُفَرِّقُونَبَينَالْأَحبَّة،الْبَاغُونَالْبُرَاءِالْمَعَايبَ
Sizə insanların ən təhlükəlisi barəsində xəbər verim? Demişlər:
\- Buyur, ey Allahın Rəsulu!
Buyurmuşdur:
\- Söz gəzdirən, dostlar arasında ayrılıq salan, pak və günahsız insanlar barəsində xoşagəlməz sözlər deyərək eyib axtaran insanlar ən təhlükəli insanlardır.
Ümumi olaraq lüğət mütəxəssislərinin sözlərindən belə başa düşürük ki, sözügedən hər iki söz burada eyni leksik mənalı, amma daha dərin məzmunda işlənmişdir. Hər iki söz “şəraitdən asılı olmayaraq, eyib axtarmaq, qeybət etmək, tənə vurmaq, dil və sair əzaların vasitəsi ilə eyhamla eyibləri ifşa etmək, söz gəzdirmək və xoşagəlməz ifadələrdən istifadə etmək” mənalarındadır.
Hər halda, ayədəki “vəyl” sözü bu xasiyyətdə olan insanları şiddətli şəkildə təhdid edir. Ümumiyyətlə, Qurani-Kərim bu xüsusiyyətdə olan insanlar barəsində qətiyyətli mövqe tutmuş, barələrində təhdiddolu ayələrdən istifadə etmişdir. Hətta bəzi ayələrdə bu tip insanlar barəsində elə ifadələrdən istifadə etmişdir ki, başqa günahkarlar barəsində belə deyilməmişdir. Məsələn, əylənmək məqsədi ilə möminlərə məsxərə edən münafiqlər barəsində qətiyyətli mövqe sərgiləyərək buyurur:
اسْتَغْفِرْلَهُمْأَوْلَاتَسْتَغْفِرْلَهُمْإِنْتَسْتَغْفِرْلَهُمْسَبْعِينَمَرَّةًفَلَنْيَغْفِرَاللَّهُلَهُمْ
"Onlar üçün istər bağışlanma dilə, istər diləmə, hətta onlar üçün yetmiş dəfə də bağışlanma diləsən, yenə Allah onları bağışlamayacaq. Eyni ilə bu məzmunda Peyğəmbərə (s) istehza edən münafiqlər barəsində "Münafiqun” surəsinin beşinci ayəsi də qətiyyətli mövqedən çıxış etmişdir.
İslam dini üsullarına əsasən, hər bir insanın şəxsiyyəti möhtərəm olduğu üçün onu təhqir etmək, şəxsiyyətini alçaltmaq böyük günahlardandır. Həmçinin bu barədə çox sayda ayə və hədislər mövcuddur. O cümlədən Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir:
"İnsanları təhqir edən şəxslər ən zəlil insanlardır."
Allah-taala mövzunun davamında sözügedən pis xüsusiyyətin (eyib axtarmaq və istehza etmək) baş vermə səbəbinin mal-dövlətdən doğan lovğalıq və təkəbbürün olmasını qeyd edərək buyurur:
“O şəxs ki, çoxlu var-dövlət toplayıb onu sayır.”
Dünya malına həris olanlar var-dövlətə qarşı o qədər tamahkardırlar ki, onları saymaqla doymur, qızıl pulların, dirhəm və dinarların çoxluğundan və parıltısından məst olur, onlara baxdıqca özlüyündə fərəhlənirlər.
Dinar və dirhəmlər bu kimi insanlar üçün bir bütə çevrildiyindən bütün insanları özlərindən aşağıda görürlər. Təbii ki, onlar əbləh və azğın olduqları üçün daim fəqir təbəqəyə, o cümlədən möminlərə məs- xərə etməkdən ləzzəalacaqdır.
Ayədədki (əddədəh) sözü (əd) söz kökündən alınmış, saymaq mənasındadır. Bəzilərinin təfsirinə əsasən, bu söz “əd” söz kökündən deyil, "uddəh" söz kökündən olduğu üçün “çətin və müşküllü zaman üçün mal toplamaq” mənasındadır. Digərləri isə bu sözü “anbar etmək”, “saxlamaq" mənasında bilmişlər. Amma birinci məna və təfsir ayənin ümumi məzmununa əsasən, daha uyğun və münasibdir.
Xülasə ayədə vasitə ünvanında deyil, əksinə, qeyd-şərtsiz, halal- haram bilmədən, başqalarının hüququna təzavüz edərək, şərəf və rəzilliyin fərqinə varmadan, müəyyən hədəflərdə istifadə etmək üçün mal- dövlət toplamaqdan danışılır. Çünki mal-dövlət onların şəxsiyyətini formalaşdıran, onlara əzəmət və böyüklük bəxş edən yeganə vasitədir.
Onlar pulu, gündəlik məişət ehtiyaclarını ödəmək və yaşam tərzlərini asanlaşdırmaq üçün mal-dövlətləri artdıqca daha da hərisləşir və pula qarşı tamahkarlaşırlar. Məhz bu səbəbdən Quran onlara qarşı qətiyyətli mövqe tutmuşdur. Əks-halda, Quranın pula, dünya sərvətlərinə qarşı xüsusi məzəmməti yoxdur. Əksinə, bəzi ayələrdə onların Allahın fəzilətindən sadir olan nemətlər olduğunu açıq-aşkar bəyan edir. Məsələn, "Cumə” surəsinin 10-cu ayəsində buyurulur:
وَابْتَغُوامِنْفَضْلِاللَّهِ
"Yer üzünə dağılıb Allahın lütfünü axtarın.”
Və ya digər ayədə buyurulur:
كُتِبَعَلَيْكُمْإِذَاحَضَرَأَحَدَكُمُالْمَوْتُإِنتَرَكَخَيْرًاالْوَصِيَّةُلِلْوَالِدَيْنِوَالْأَقْرَبِينَ
بِالْمَعْرُوفِحَقًّاعَلَىالْمُتَّقِينَ
"Sizlərdən birini ölüm haqlayanda qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxınlarınıza (yaxın qohumlarınıza) verilməsi üçün layiqli vəsiyyət etməniz vacib edilmişdir."
Bu və digər ayələrdən məlum olduğu kimi, insana nəsib olan belə mal-dövlət onun azmasına, tüğyan etməsinə, lovğalıq edərək öyünməsinə səbəb olmamalıdır. Əks-təqdirdə, mal-dövləti özünə məbud bilən şəxslərin topladıqları var-dövlət onları Qarun tək azğınlaşdırar, tüğyana çəkər, onlara bədbəxtlik və zillət gətirərək əbədi olaraq Cəhənnəm atəşində sakin edər.
Adətən, bu şəkildə var-dövlət toplamağın fəsadları bir neçə mənfi təsirlə xülasələşmir. Əksinə, daha geniş şəkildə insanı azğınlığa sürükləyir.
İmam Əli ibn Musa Rzadan (ə) nəql olan hədisdə deyilir:
# لايجتمعالمالُإِلابِحَمْسِخِصال: بُحْلشَدِيدوَأَمَلطَوِيل،وَحِرْصغالب،
# الْآخِرَةوَقَطِيعَةِرَحِمٍ،وَإِيثَارِالدُّنْياعَلَى
"Mal çoxalıb bir yerə toplandıqca beş xoşagəlməz xasiyyəti də özü ilə birgə toplayar: şiddətli paxıllıq, uzun-uzadı arzular, hərislik, qohumluq əlaqələrinin kəsilməsi, dünyanın axirətdən öndə durması.”
Çünki qazancında diqqətli olan, halalı-haramdan ayıran, səxavətli insanlar heç vaxt uzun-uzadı arzulara qərq olmur, əksinə, əlinə düşəndən yaxın və qohumlarına ehsan edərək onların ehtiyaclarına yardımçı olurlar. Belə insanların gəlir yerlərinin çox olmasına baxmayaraq, onlar heç vaxt mal toplamaqla məşğul olmurlar.
Növbəti ayədə deyilir:
“Və elə güman edir ki, var-dövləti onu əbədiləşdirəcək."
مَالَهُأَخْلَدَهُ
Maraqlısı budur ki, ayədəki (əxlədə) feili keçmiş zamanda işlənmişdir. Yəni sanki o, var-dövlətin onu əbədiləşdirdiyini, heç vaxt ölməyəcəyini, hər hansı bir xəstəliyə tutulmayacağını və ümumiyyətlə, dünya həyatının onun üçün çətinlik yarada bilməyəcəyini düşünür. Çünki onun yanaşmasında bütün çətinliklərin açarı puldursa, o da artıq hamıdan daha çox onun ixtiyarında vardır. Məhz bu səbəbdən də pulun vasitəsi ilə əbədiləşdiyini sanır.
Necə yanlış düşüncədir?! Dünyanın ən varlılarından sayılan Qarunun xəzinələrinin açarlarını bir neçə qolu güclü kişi çətinliklə daşıyırdı. Amma buna baxmayaraq, Allahın əzabı ona nazil olduqda heç kəs, hətta onun saniyəsinə belə mane olaraq ertələyə bilmədi. Allah-taala kiçik bir zəlzələ vasitəsi ilə onun bütün var-dövlətini yerlə yeksan edərək torpağın altında dəfn etdi:
فَحَسَفْنَابِهِوَبَدَارِهِالْأَرْضَ
“Biz onu öz evi ilə birlikdə (yerə) batırdıq.”
Və ya Misirin yenilməz və var dövlət sahibi olan fironları barəsində buyurulur:
كُمْتَرَكُوامِنجَنَّاتٍوَعُيُونٍوَزُرُوعٍوَمَقَامٍكَرِيمٍ. وَنَعْمَةٍكَانُوافِيهَافَاكِهِينَ.
كَذَلكَوَأَوْرَثْنَاهَاقَوْمًاآخَرِينَ
“Onlar özlərindən sonra neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; əkinlər, möhtəşəm yerlər və içində qərq olduqları çoxlu nemətləri. Odur ki, Qiyamət günündə, bütün pərdələr götürüldükdə onlar necə böyük səhf iş tutduqlarını anlayacaq və onların fəryadları ərşə yüksə- ləcəkdir. Quranda buyurulur:
مَاأَغْنَىعَنِّيمَالِيهُ. هَلَكَعَنِّيسُلْطَانِيهْ
“Var-dövlətim məni zəngin etmədi. Qüdrətim də məhv olub getdi.” Adətən insanlarda yoxluğa və sonda faniliyə qarşı nifrət yaranır. Məhz bu səbəbdən hər bir insanın ölümdən acığı gəlir. Bunun müqabilində isə əbədilikdən xoşu gəlir. Heç vaxt bu əbədiliyi tərk etmək istəmir. Ölümdən sonrakı həyatın isbatı üçün bizə yardımçı olan mövzulardan biri də məhz insanın yoxluğa nifrəti və əbədiliyə qarşı sevgisidir. Çünki insanda olan bu daxili istək onda yaradılış zamanından formalaşmışdır. Bildiyimiz kimi, insan əbədi yaşamaq üçün yaradılmışdır. Buna əsasən də onda faniliyə deyil, yaşamağa sevgi vardır. Əks-halda, yəni insan sonda fani olmaq üçün yaradılsaydı, o, yaşamağa deyil, ölməyə daha çox səy edərdi. Xülasə, insanın daxili istəkləri nə üçün yaradıldığını anlatmaqda ona yardımçıdır.
Amma təəssüflər olsun ki, əbədi yaşamaq eşqində olan insan, bəzən yersiz öyünmələrin, təkəbbürlüyün və dünyapərəstliyin sayəsində məhz onu məhvə sürükləyən, sonu faniliklə bitən amillərə həvəs göstərir. Məsələn, insan – əbədi sağlam və xoşbəxt həyatına ən ciddi maneələrdən biri olan dünya malına göz dikir və əbədi xoşbəxtliyin yollarını onda görür.
Yuxarıdakı izahdan belə aydın olur ki, malın əbədilik amilinin olmasını düşünənlər yalnız dünya malını toplamaqla məşğul olmalıdırlar. Onların heç kəsə baxmadan dünya malı toplamaqla məşğul olmalarının ən əsas amili daxildən gələn əbədilik hissidir. Bu iki hiss və praktiki əməl onun düşüncəsində formalaşdıqda o, başqalarına, həmçinin fəqir təbəqənin insanlarına məsxərə edəcək, onlara istehza ilə baxacaq, sonda onların fani olduqlarını düşünəcəkdir. Çünki fəqir təbəqənin insanları hələ əbədi səadət yolunu tapmamış, tapsalar belə, buna qarşı hansısa praktiki addım atmamışlar.
Təbii ki, özlərində belə bir düşüncəni formalaşdıran insanlar yanılır, səadət yolunu səhf gedirlər. Yuxarıdakı ayələrdə də qeyd olunduğu kimi, onların son dayanacaqları elə həmin Cəhənnəm atəşidir ki, Quran məntiqində əsl məhvin özü də elə məhz budur!
Quran bu dəstəyə aid olan insanların cavabında buyurur:
"Xeyr! Düşündüyü kimi deyil. Tezliklə Hütəməyə (parça-parça edən oda atılacaqdır”
كَلَّالَيُنَبَذَنْفِيالْحُطَمَةِ
Ayə davamında (hutamə) sözünü təfsir edərək buyurur: “Sən haradan biləsən, Hütəmə nədir?”
“Allahın yandırdığı oddur.”
“O od ki, ürəklərdən qalxacaq."
Ayədəki (lǝyunbəzənnə) kəlməsi (nəbz) sözündən götürülmüş və Rağib İsfahaninin lüğətinə əsasən, “dəyərsiz və qiymətsiz olduğu üçün kənara atılan əşya" mənasındadır. Allah-taala bu ifadədən istifadə etməklə var-dövlətləri ilə özlərini öyən, lovğalanan, özünü olduğundan böyük sanan kəslərə xəbərdarlıq edir və bildirir ki, çox yaxın zamanda onları zəlil surətində üzü üstə Cəhənnəm atəşinə atacaqdır. Yəni tutduqları bu işin acı nəticəsinin sonunu indidən onlar üçün bəlli edir.
(hutamə) kəlməsi (hətm) sözündən alınmış, lüğətdəki mənası isə “bir-birinə vurmaqla sındırmaq" deməkdir. Bu sözdən belə başa düşülür ki, sözügedən şəxslərin Cəhənnəm atəşinin şiddətindən əzaları bir-birinə dəyərək sınıb töküləcəkdir. Həmçinin bəzi hədislərə əsasən, “hutamə” sözü cəhənnəmin bir qatının adı deyil, onun təsəvvür olunmayan, ən şiddətli alovlarından biridir.
Yuxarıdakı izaha əsasən, keçmiş zamanlarda atəşin nəticəsində sümüklərin bir-birindən ayrılaraq parçalanması mövzusu çətin başa düşülsə də, bu gün artıq bu məsələnin anlamı heç kəs üçün çətin deyil. Bildiyimiz kimi, kiçik bir bombanın partlaması nəticəsində təkcə insanın sümükləri deyil, hətta dəmirdən və betondan olan daha möhkəm sütunların milləri də yerindən oynayaraq parça-parça olur. Odur ki, bu gün bu cür ayələri başa düşmək heç də çətin deyil.
Altıncı ayədəki (narullah) kəlməsi atəşin böyüklüyünə, (muqədəh) sözü isə onun daim parıltılı və şöləli olmasına işarədir.
Daha maraqlısı budur ki, bu atəş dünya atəşlərindən fərqli olaraq öncə dərini, sonra isə daxili deyil, əksinə, öncə daxili – qəlbi, sümükləri və s. yandırdıqdan sonra bədənin üst qatına, yəni dəriyə keçir.
Nə üçün belə olmasın? Çünki onların qəlbində küfrdən, kibrdən, lovğalıqdan, dünya malından və sərvətdən savayı heç nə yox idi. Xülasə bu saydıqlarımızdan savayı heç nə düşünmürdülər.
Nə üçün atəş birinci onların qəlblərini yandırıb yaxmasın? Axı onlar daim möminlərin qəlblərini onları kiçiltməklə, məsxərəyə qoymaqla, onlarda eyib axtarmaqla, qeybətlərini etməklə yandırıb yaxmışlar. İlahi ədalət onların bu şəkildə cəzalanmasını tələb edir.
Surənin sonuncu ayələrində buyurulur:
"O (od), onların üzərinə qapanacaqdır."
Ayədəki (musadǝh) kəlməsi (isad) sözündən alınmış, lüğətdəki isə “qapını möhkəm bağlayaraq bərkitmək” mənasındadır. Buna əsasən də, mal-dövlət gizlətmək üçün dağları oyaraq düzəldilən balaca otaqlara "vəsiyəd” deyilir.
Sözün əsl mənasında öz mal-dövlətlərini insanların gözlərindən kənarda, sandıqçalarda, xəzinələrdə və zirzəmilərdə gizlədənləri Allah- taala Qiyamət günündə həmin şəkildə cəzalandıracaq, onları arxası bağlı, atəşdolu otaqlarda saxlayacaqdır.
Surənin sonunda buyurulur:
“Uzadılmış və uzun dirəklərdə.”
Ayədəki (əmədin) kəlməsi (əmud) sözünün cəmi olub, "sütunlar", "dirəklər” mənasındadır. Burada sütun və dirəyin materialının taxta və dəmirdən olmasının fərqi yoxdur.
Təfsirçilərin çoxu bu sözü uzun, eyni zamanda möhkəm dəmir mıxlara bənzədirlər. Hansı ki həmin mıxlarla Cəhənnəm qapılarının arxasını mıxlayır, bundan sonra bir daha oradan çıxış yolu qalmır. Həmçinin bu ayə, özündən öncəki ayənin hökmünü daha da təkidlə möhürləyir. "O (od), onların üzərinə qapanacaqdır."
Bəzi təfsirçilər isə bu ayələri əzab və işgəncə vasitələrinə işarə olduğunu qeyd edirlər. Bu kimi əzabların oxşar nümunələri hazırkı dünyamızda da mövcuddur, o cümlədən əsirlərin əl-ayaqlarının zəncir və ya iplə kəməndə vurulması kimi. Onların biləkləri, boyunları və ayaqları ağır zəncirlərlə bir-birinə az ara məsafəsi ilə bağlandığı üçün hərəkət edə bilmirlər. Bu əzab təkcə hərəkətlə bitmir, onlar nə qaça, nə də əzabdan yayına bilirlər. Bu, onların günahsız insanlara bu dünyada etdikləri işgəncə növlərindən bir nümunədir.
Digər təfsirçilərin rəyinə əsasən isə burada Cəhənnəm əzabının bu şəkildə təsəvvür olunması, uzun-uzadı atəş sütunlarının olmasından xəbər verir. Yəni onlar alovun şölələrinin hər birini sütuna bənzətmişlər.
Onların dediklərinə əsasən, əsrimizin son kəşfləri ilə bəzi tibbi və qeyri-tibbi aparatların şüası nəticəsində daxildə olan hər məchulu məlum etmək mümkündür. O cümlədən tibb elmində istifadə olunan rentgeni buna nümunə gətirə bilərik. Rentgenin şüaları alovun şüalarının əksinə olaraq, konus şəkilli deyil, düz sütun şəklində insanın daxilinə nüfuz edərək hər bir daxili orqanın şəklini çəkir. Bu əməliyyat zamanı rentgenin şüaları insanın bütün daxili orqanlarını əhatə edir. İzah olunan dünyəvi nümunəyə əsasən, Cəhənnəm atəşinin şölələrinin zalım və kafirlərin birinci dərilərinə deyil, qəlb və sümüklərinə nüfuz edərək yandırması bizə təəccüblü gəlmir. Əlbəttə, Cəhənnəm atəşi dünyadakı heç bir nümunəyə bənzəmir. Deyilən misallar yalnız mövzunun aydınlaşması üçündür.
Yuxarıda qeyd olunan təfsirlərin sırasında birinci təfsir daha münasib və uyğundur. Bunu da qeyd edək ki, (uzadılmış və uzun dirəklərdə.) ayəsinin təfsirində bəzi təfsirçilər atəşin özünü, bəziləri isə atəşdə yananları təfsir etmişlər.
İncəliklər:
1\. Təkəbbür və öyünmək bütün böyük günahların mənbəyidir Özünü hamıdan böyük, ağıllı saymaq xüsusiyyəti bütün günahların ibtidası və başlanğıcı sayılır. O cümlədən Allahdan qafil olmaq, nemətləri görməzdən gələrək küfr etmək, eyş-işrətə qərq olmaq, digərlərini təhqir etmək, möminlərə istehza ilə yanaşmaq və sair sonu rəzilliklə bitən günahların əsl səbəbi yuxarıda qeyd etdiyimiz yanlış düşüncədir.
Dar düşüncəli, burnunun ucundan savayı o tərəfi görməyən insanlar az miqdarda dünya malına sahib olan kimi lovğalanır, özünü hamıdan ağıllı sanır, digərlərinə istehza ilə baxaraq onlara heç bir hörmət və ehtiram bəsləmirlər. Odur ki, qısa zaman fasiləsində insanlar və bu kimi şəxslərdə bir-birindən ayrılıq, ictimai təbəqələşmə meydana gəlir. Onlar nəsihət qapısından uzaqlaşıb öz aləmlərində Allaha daha yaxın bəndə olduqlarını sanaraq ictimaiyyətdən uzaq gəzir, cəmiyyətə Allahın rǝh- mətindən uzaq düşmüş insanlar kimi baxırlar. Belə bir düşüncə tərzi dərinləşdikcə, hətta öz yaxınlarından belə uzaqlaşır, sonda özündən savayı hamının malı, canı, abir-heysiyyəti ucuzlaşır. Nəticədə isə “hüməz” və “lüməz”lə məşğul olmağa başlayır. İnsanlara istehza edir, onların qeybətini özünə doğru sanır və belə bir yanaşmanın onun böyüklüyünü artıracağını düşünür.
Adətən, belə insanları cəmiyyətdə əqrəbə bənzədirlər. Çünki əqrəblər hamıya qarşı kinli olduqlarından sancmaqla məşğuldurlar.
Peyğəmbərdən (s) nəql olunan hədisdə buyurulur: “Mən merac səfərimdə bir dəstə insanın qabırğalarının üstündən ət qopardıb onların özlərinə yedizdirdiklərini gördüm. Cəbraildən (ə) onların kim olduqlarını soruşduqda dedi:
# هؤلاءالْهَمّازُونَمِنْأُمَّتِكَ،اللَّمَازُونَ!
"Onlar ümmətdə eyibaxtaran və onların qeybətini edən şəxslərdir." Əlbəttə, bu barədə daha geniş şəkildə "Hucurat” surəsinin ayələrinin təfsirində danışılmışdır.
2\. Dünya malını toplamaqda hərislik etmək
Var-dövlət toplamaq barəsində, habelə bu mövzuda ifrat və təfrit cəhətindən müxtəlif, habelə fərqli yanaşmalar mövcuddur. Bəzilərinin varlı və sərvətli olmağa o qədər hərisliyi vardır ki, hətta pulun bütün məsələlərdə hər bir çətinliyin aradan qaldırmaq qabiliyyəti olduğunu düşünür. Hətta onlar düzgün yaşadıqlarını sübut etmək üçün müxtəlif şüar və şeirlər deyirlər. Ərəb şairlərindən biri deyir:
# مقلةفَصاحَةُسُحْبانوَخَطابْنِ
# وحِكمَةُلُقْمَانوَزُهْدُبْنُأَدْهَمَ
# إذااجْتَمَعَتْفِيالْمَرْءِوَالْمَرْءُمُفْلِسٌفَلَيْسَلَهُقَدْرٌبِمِقْدارِدِرْهَم
“Suhbanın fəsahəti (ərəb ədəbiyyatçısı), İbn Məqlənin xətti (məşhur ǝrǝb xəttati), Loğmanın hikməti və İbrahimin zöhdü bir insanda cǝm olsa da, əgər pulu olmasa, onun qədir-qiyməti heç bir dirhəm də olmayacaq!"
Amma təəccüblüsü budur ki, məhz pulun vasitəsi ilə rahat olacağını düşünən insanlar, daim (halal və harama diqqət yetirmədən) pul toplamaqla məşğul olduqları üçün heç vaxt istirahət etmir, rahat yaşamırlar. Bunların əksi olaraq, sadə və fəqir həyat tərzini seçərək hər çətinliyin həllində Allaha təvəkkül edən insanlar rahat, aram həyat tərzi sürür, bəzən də dünya malını təqvaya maneə kimi görürlər.
Yuxarıda qeyd olunan hər iki dəstə, yəni var-dövlətin toplanmasında ifrat və təfrit edənlər barəsində ayə, eləcə də hədislərdən belə başa düşülür ki, var-dövlət bir neçə şərt əsasında yaxşıdır:
Birinci bundan ibarətdir ki, var-dövlət dünya işlərində keçinmək üçün əsas hədəf deyil, vasitə olmalıdır. Yəni insanın yaşamaqdan məqsədi yalnız pul toplamaq olmamalıdır.
İkincisi budur ki, insan pulun əsiri deyil, əmiri olmalıdır.
Üçüncüsü, pul və sərvət ələ gətirilən zaman onun halal və ya haram olmasına diqqət yetirilməli, pul halal maldan olmalı, Allahın razılığı ilə xərclənməlidir.
Bu şəkildə pul qazanmaq və ya var-dövlətin olması insanı dünyapərəstliyə tərəf deyil, əksinə, axirətə tərəf yaxınlaşdırır. Çünki pul daim insana arzuolunmaz xüsusiyyətlər verir və onu dünyapərəst etməklə axirət evindən qoparıb, dünya evinə yaxınlaşdırır. İmam Sadiqdən (ə) nəql olunan hədisdən oxuyuruq:
# لَيْسَحَيْثُتَذْهَبُإِلَيْهِإِنَّمَاالذَّهَبُالَّذِيذَهَبَبِالدِّينِوَالْفِضَّةُالَّذِيأَفَاضَالْكُفْرَ
“İmam qızıl və gümüşə lənət oxuyan vaxt səhabələrindən biri təəccüb edərək ondan bu barədə soruşdu. İmam buyurdu: Məsələ sənin başa düşdüyün kimi deyil. Qızıl insanın dinini əlindən alan, gümüş isə insanı küfrə və imansızlığa çəkən amil kimi nəzərdə tutulur.”
Möminlərin əmiri Əlidən (ə) nəql olan digər bir hədisdə buyurulur:
# الشكرُأَرْبَعُسُكراتسُكْرُالشَّراب،وَسُكْرُالمال،وَسُكْرُالنَّوْمِ،وَسُكْرُالْمُلْكِ
"Məstlik dörd növdür. Şərabın məstliyi, malın məstliyi, yuxunun məstliyi və qüdrətin məstliyi!"
Digər bir hədisdə isə belə deyilir:
Bir kişi İmam Cəfər Sadiqin (ə) hüzuruna gəlib deyir:
\- Atam-anam sənə fəda olsun! Mənə nəsihət ver.
İmam (ə) buyurur:
# انكانَالْحَسَنَاتُحَقّاًفَالْجَمْعُلماذا؟وَإِنْكانَالْخَلَفُمِنَاللَّهِعَزَّوَجَلَّحَقّاً
# فَالْبُخْلُلماذا؟
Ehsan etmək yaxşıdırsa, bəs nə üçün mal toplayırıq, nə üçün Allah yolunda xərcləmirik? Allahın mükafatlandıracağı və edilən ehsanın yenidən özümüzə qayıdacağı haqdırsa, bəs paxıllıq və simiclik nə üçündür?
Ömrünü yalnız dünya malı toplamağa həsr edənlərin çoxunun mal- mülkünə özü sahib çıxa bilmir və sonda başqalarına nəsib olur. Hətta onların borclarını ödəmək belə başqalarının öhdəsinə düşür. Xülasə, bunlar bir ömür istirahət etmədən qazanaraq qoyub getdiklərindən digər- ləri rahatlıqla istifadə edirlər. Bu barədə hədisdə oxuyuruq:
Möminlərin əmiri Əlidən (ə) soruşdular:
# مَنْأَعْظَمُالنَّاسِحَسْرَةً؟
\- Hamıdan daha çox həsrət çəkən kimdir?! Buyurdu:
# مَنْرَأىمالَهُفِىمِيزانغَيْرِهِ،وَأَدْخَلَهُاللهبهالنارَ،وَأَدْخَلَوَارِثَهُبِهِالْجَنَّةَ!
– Öz mal-dövlətini başqasının əməl tərəzisində görən şəxs daha çox həsrət çəkəcəkdir. Allah-taala onu mal-dövlətinə görə Cəhənnəmə, varislərini isə onun mal-dövlətindən ehsan etdiklərinə görə behiştə aparacaqdır.
(Bəli, beləcə, Allah onların əməllərini təəssüfdoğuracaq şəkildə özlərinə göstərər.) ayəsinin təfsirində buyurur:
İmam Sadiq
# هُوَالرَّجُلُيَدَعُالْمَالَلايُنْفِقُهُفىطَاعَةِاللهِبُحْلاًثُمَّيَمُوتُفَيَدَعُهُلِمَنْيَعْمَلُبِهِ
# فِيطَاعَةِاللهِأَوْفِيمَعْصِيَته
Bu ayə öz mallarını paxıllıq və simiclik səbəbindən xərcləməyən, sonda isə dünyadan gedərək onları səxavətli vərəsələri üçün qoyub gedənlər haqqındadır. Onlar simiclikdən xərcləyərək axirət evini abad etməsələr də, onlardan sonra gələnlər bu fürsəti əldən vermədilər. Eyni zamanda bunun əksi də mümkündür. Qiyamət səhnəsində zəhmətlə topladığı malların günah yolda sərf olunduğunu görəndə (həmin şəxs) yenə də eyni halı keçirəcəkdir. – Daha sonra İmam əlavə edərək buyurur: - Əgər öz malını başqasının əməl tərəzisində onun xeyrinə görsə, daha çox qəmgin olacaq. Çünki mal bunun olsa da, ondan faydalanan başqasıdır. Xülasə, hər iki halda paxıllıq səbəbindən xərcləməyən şəxsin həsrəti daha artıqdır.
Bəli, insanların dünya malına yanaşma tərzləri olduqca müxtəlifdir. Bəzən ondan təhlükəli büt düzəldir, bəzən isə əbədi səadət yolunda xərcləyirlər. Deməli, mal insanın xoşbəxtlik və bədbəxtlik amillərindən biridir.
Bu mövzunu İbn Abbasdan nəql olunan hədislə yekunlaşdırırıq:
"Dünyada ilk dəfə sikkə və dinar pul dövriyyəyə buraxıldıqda şeytan onlara diqqətlə baxıb, gözlərinin üstünə, daha sonra isə sinəsinə qoyaraq aşiqcəsinə, sevincli bir fəryad çəkdi! Daha sonra yenə də pul- ları sinəsinə yapışdıraraq dedi: “Siz mənim gözümün nuru və qəlbimin meyvəsisiniz. İnsanların sizi sevərək ondan büt düzəltməkləri mənim üçün o qədər də mühüm deyil. Mühüm olanı onların sizi sevməsidir.”
Huməzə surəsinin sonu.