Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Qureyş Surəsinin Ayələrinə Qayıt →
Qureyş Surəsi • Təfsiri-Nümunə • Bölüm 1

Qureyş surəsi, 1-4-cü ayələr

Qureyş surəsi, 1-4-cü ayələr



بِسْمِاللهِالرَّحْمَنِالرَّحِيم


لإيلافِقُرَيْشٍ .١


إِيلَافِهِمْرِحْلَةَالشَّتَاءِوَالصَّيْف .٢


فَلْيَعْبُدُوارَبَّهَذَاالْبَيْتِ .٣


الَّذِيأَطْعَمَهُممِّنجُوعٍوَآمَنَهُممِّنْخَوْفٍ .٤


Ayələrin tərcüməsi



Rəhman və Rəhim Allahın adı ilə!

1\. Fil süvarilərinin cəzalandırılması, Qüreyşin bu yerlərə sevgi göstərib öyrəşməsi, nəticədə, Peyğəmbərin zühuruna zəmin hazırlanması üçün idi,

2\. onların qış və yay səfərlərinə öyrəşməsi üçün.

3\. Bu nemətə görə onlar bu evin Rəbbinə ibadət etsinlər.

4\. Həmin Allah onları aclıqdan xilas etdi və qorxudan (çıxarıb) əmin-amanlıq bəxş etdi.

Ayələrin təfsiri



Bu evin Sahibinə gərək ibadət edilsin

Öncəki surədə “Əshabi-fil”in və Əbrəhənin ordusunun necə dar- madağın olmasından geniş şəkildə danışıldı. Qeyd olunduğu kimi, Əbrəhə və ordusu Kəbə evini alt-üst etməyə gəlsə də, ilahi qüdrət sayəsində ordusu və özü darmadağın edildi. Bu surənin əvvəlində də “Fil” surəsinin təkmili olaraq buyurulur:

"Fil süvarilərinin cəzalandırılması, Qüreyşin bu yerlərə sevgi göstərib öyrəşməsi, nəticədə, Peyğəmbərin zühuruna zəmin hazırlanması üçün idi. لإيلافِقُرَيْش

Ayədəki (ilaf) söz kökünün lüğətdəki mənası ülfət və mehribanlıqdır. Amma nədənsə bəziləri bu sözü “əhdü-peyman bağlamaq” mənasında tərcümə etmişlər. Diqqətinizə çatdıraq ki, bu tərcümənin nə sözün kökü, nə də ayənin məzmunu ilə heç bir bağlılığı yoxdur.

Hər halda, burada Qüreyşlə Məkkə torpaqlarının, o cümlədən Kəbə evinin arasında olan maddi və mənəvi bağlılıqdan danışılır. Çünki Məkkə şəhərinin sakinləri bu şəhərdə, əsasən, Kəbə evinə görə olan əmin- amanlıq üçün məskunlaşmışdılar. Hicaz ərazisinin sakinləri hər il həcc mövsümündə Məkkəyə toplaşar, ibadət və itaətdən əlavə, iqtisadiyyat, ədəbiyyat mübadiləsi edər, xülasə, bu torpağın müxtəlif bərəkətlərindən istifadə edərdilər.

Bütün bunlar orada olan xüsusi əmniyyətin sayəsində baş verirdi. Əgər Əbrəhənin qoşunu və onun kimilər bu şəhərin əmniyyətini pozsa idilər və ya ümumiyyətlə, Kəbə evini xaraba qoysaydılar, artıq bu ülfət onların arasında icad olmayacaqdı.

“Qüreyş” sözünün mənası barəsində bir çox lüğətşünaslar demişlər: “Dənizdə yaşayan və eyni zamanda bütün dəniz heyvanlarını asanlıqla yeyən böyük bir heyvandır”. İbn Abbasın bu sözü daha məşhurdur. Ondan: “Nə üçün Qüreyşə “qüreyş” deyilir.” - deyə soruşduqda cavabında demişdir:

# لدابَّةتَكُونُفِيالْبَحْرِمِنْأَعْظَمِدَوابٌيُقالُلَهَاالْقُرَيْسُ،لَاتَمُرُّبِشَيْءٍمِنَالْغَتْ


# وَالسَّمِيْنِإِلَّاأَكَلَتْهُ


“Bu sözün əsl mənası dənizdə yaşayan iri heyvandır, hansı ki, qarşısına çıxan bütün arıq və kök heyvanların hamısını asanlıqla udur.” Daha sonra sözünün davamında ərəb şairinin misralarını öz sözünə şahid gətirir.

Sözügedən qəbilə üçün belə bir adın olması, onların güc-qüvvətlərinə və bu güc-qüvvətdən sui-istifadə etdiklərinə görədir.

Amma bəziləri bu sözün Qüreyş deyil, “qərş” olduğunu bildirir. “Qərş” sözü lüğətdə kəsb etmək, ələ gətirmək və qazanmaq mənala- rındadır. Bu qəbilə, adətən, ticarət və alış-verişlə məşğul olduğu üçün bu adı seçmişlər.

Bəziləri isə bu sözün lüğətdəki mənasının “araşdırma və istintaq” olduğunu bildirirlər. Çünki bu qəbilə daim hacıların halını soruşmuş, onların ehtiyaclarına imkanları qədərincə köməklik göstərməyə səy etmişlər. Buna əsasən də, onları bu adla çağırmışlar.

"Qüreyş” sözünü lüğətdə “toplum və ictima" kimi də tərcümə edənlər var. Çünki bu qəbilə digərləri ilə müqayisədə vəhdət və toplum halında olmağa daha çox üstünlük verirdi. Buna əsasən də, onları bu adla çağırmışlar.

Bütün bunlara baxmayaraq, bu gün bu söz və qəbilə müsbət xatır- lanmır. Yəni müsəlmanların bu qəbilə barəsində heç də müsbət tarixi təsəvvürləri yoxdur. Çünki onların Peyğəmbərin (s) mənsub olduğu qəbilə olmalarına baxmayaraq, bildiyimiz kimi, Peyğəmbərə (s) ən çox əzab-əziyyət verən də məhz onlar olmuşlar. O cümlədən İslam dininin inkişafına maneçilik törətmiş və daim bu dinin nurunun sönməsini arzu etmişlər. Bütün vədələrinə vəəhdlərinə xilaf çıxmış, hətta Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra da üzdə müsəlman olsalar da, xəlvətdə öz hiylələrindən əl çəkməmişlər. Nəticədə, İslam Peyğəmbəri (s) dün- yasını dəyişdikdən sonra ümmətin başına elə bir oyun açdılar ki, bu gün də onun acı nəticəsini yaşamaqda və dadmaqdayıq. Bildiyimiz kimi, İslam tarixinin unudulmaz hissələrindən sayılan ən qəddar hakimiyyət Bəni-Üməyyə və Bəni-Abbas hakimiyyəti olmuşdur ki, hər iki qəbilə Qüreyşin qollarından sayılır.

Tarixi hadisələrdən belə başa düşürük ki, onlar cahillik dövründə belə, insanların üzərində hakim olmaq, onları istismar etmək və daim öz nəzarətlərində saxlamaq iddiasında olmuşlar. Odur ki, azadlıqsevər müqəddəs İslam dini zühur etdikdən sonra, onların məqam və hakim- likləri artıq gözdən düşməyə başladığı üçün İslam dini ilə var qüvvələri ilə mübarizəyə qalxmışdılar. Amma İslam dininin yenilməz qüvvət və qüdrəti sonda onlara qalib gələrək idarəçiliyi öz öhdəsinə götürdü. Növbəti ayədə buyurulur:

“Onların qış və yay səfərlərinə öyrəşməsi üçün.”

Ola bilsin, bu ayədəki əsas fikir belədir: Qüreyş qəbiləsinin bu müqəddəs torpaqları boş qoymaması üçün onlarla Məkkənin arasında ülfət, eləcə də bağlılığın baş tutmasından danışılır. Çünki onlar gündə- lik güzəranlarını keçirmək üçün qonşu şəhərlərə ticarət səfərləri edir, bu yolla dolanışıqlarını ələ gətirirdilər. Onlar Yəmən və Şam kimi şəhərlərə gedərkən orada məskunlaşmasınlar deyə bu mənəvi bağlılıq onların arasında bağlanmışdır. Məkkənin müqəddəs ayinləri vəəmin- amanlığına görə geri qayıtsınlar ki, (müəyyən zamana qədər) bu torpaq- lar boş qalmasın.

Və ya ikinci ehtimal da bundan ibarətdir ki, Qüreyş qəbiləsi ilə camaat arasında bu iki böyük ticarət səfəri boyunca yaranmış ülfət və mehribanlığa işarədir. Çünki Əbrəhənin hadisəsindən sonra bir növ insanlar Qüreyş qəbiləsindən olanlara ayrı gözlə baxır, hörmətlə yanaşır, ehtiram göstərir və onlara yaxın olmağı özlərindəəmin-amanlıq kimi başa düşürdülər.

Eyni zamanda qüreyşlilərin həm yol boyunca, həm də Məkkədə bu əmniyyətə və ehtirama ehtiyacları var idi. Allah-taala Əbrǝhənin hadisəsində Kəbə evini qorumaqla yanaşı, bu əmniyyətin şəraitini onlar üçün yaratmışdır.

Məkkə bağ vəəkinə yararlı əraziləri olmayan bir şəhər idi, heyvandarlıq üçün dəəlverişli deyildi. Məkkəəhalisinin əsas gəlir mənbəyi ticarət idi. Onlar qış fəslində şimala, havası mülayim Şama gedirdilər. Şam və Yəmən həmin vaxt ən mühüm ticarət mərkəzlərindən hesab edilirdi. Məkkə və Mədinə bu ikisinin qovuşma nöqtəsi idi. Qüreyş günah etsə də, Allahın bütün bu lütf və məhəbbətinə layiq olmasa da, İslam Peyğəmbəri (s) Qüreyş qəbiləsindən çıxacağı və bu müqəddəs şəhərdə zühur edəcəyi üçün Allah adıçəkilən qəbiləyə qarşı lütfkar davranırdı.

Bütün bu ilahi nemətlərdən və xüsusi lütfdən sonra belə nəticə alırıq ki, qüreyşlilər bütə deyil, Allaha ibadət və sitayiş etməli idilər. “Bu nemətə görə onlar bu evin Rəbbinə ibadət etsinlər." (رَبَّهَذَاالْبَيْتِ)

"Həmin Allah onları aclıqdan xilas etdi və qorxudan çıxarıb əmin-amanlıq bəxş etdi.

الَّذِيأَطْعَمَهُممِّنجُوعٍوَآمَنهُممِّنْخَوْف))


Allah-taala bir tərəfdən onlara gəlirli ticarət əta etmiş, digər tərəfdən isə onların əmin-amanlığını təmin edərək bütün zərərlərini dəf etmişdir. Bütün bunları Əbrəhənin ordusunu məğlubiyyətə məhkum etməklə başlatmışdır. Sözün əsl mənasında Kəbə evinin qurucusu İbrahim Xəlilin duası qəbul olmuşdu. Amma təəssüflər olsun ki, qüreyşlilər bütün bu nemətləri düzgün dəyərləndirmədilər. Nemətlərin qədrini bil- məyib, Allahın evini bütlərlə dolduraraq Allaha deyil, bütlərə sitayiş etdilər, bütlərə ibadət etməyi Allaha ibadət etməkdən daha üstün tut- dular. Əlbəttə, sonda bütün tutduqlarının acı nəticəsini çəkdilər.

Qureyş surəsinin sonu.